Bilirdinmi?
Ey xəstə! Müjdələr olsun sənə …
Bir gün Əbu Hureyra (Allah ondan razı olsun) yanında dayanan bir kəsə deyir:– Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah -subhənəhu və təalə onun sağındakı mələyə deyir:
– Sağlam ikən quluma yazdığın yaxşı əməli yaz!
Solundakı mələyə isə deyir:
– Xəstə ikən qulumun günahlarını yazma!
Həmin kişi dedi:
– Yə Əbu Hureyra! Kaş ki, mən həmişə xəstə olardım.
Əbu Hureyra (Allah ondan razı olsun) buyurdu:
– Qul günahları sevməz!
Hər bir möminin keçdiyi çətin zaman, çəkildiyi çətin bir sınaq vardır. Lakin mömin bu halında da, yalnız Allaha təvəkkül edər və bu hala düşdüyünə səbəb olan xəstəliyi verən Allaha (subhənəhu və təalə) həmd edər.
Müjdələr olsun sənə, ey xəstə! Axı Allah -subhənəhu və təalə qüdsi hədisdə buyurdu:
– Qulumun, canını aldığım təqdirdə Cənnətə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi Özümə vacib etdim!
[Əlbəni, Sahihut-Tərğib vət-Tərhib, 3431]
Başqa bir qüdsi hədisdə mələklərə xitab edərək buyurur:
– Ey mələklərim! Əgər qulumun ruhunu alsam, onu bağışlayaram, yox əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!
[Əlbəni, Sahihul-Cəmiıs-Sağir, 1673]
Müjdələr olsun sənə, ey xəstə! Məgər Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurmadımı:
– Həqiqətən gözəl bir tərzdə Allaha ibadət edən qul xəstələndikdə, Allah-subhənəhu və təalə mələyə belə buyurar:
– Onu xəstəlikdən azad edənə qədər onun üçün sağlam ikən etdiyi əməllərə bərabər savab yaz!
[Əlbəni, Sahihut-Tərğib vət-Tərhib, 3422]
Mömin xəstəlik anında səbr etməli və halından şikayət etməməlidir.
Allahu -subhənəhu və təalə qüdsi hədisdə buyurur:
– Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbr etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan təmizlənərək ayağa qalxar.
Bu zaman Uca Allah mələklərə xitab edərək buyurar:
– Həqiqətən Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən yazdığınız əcr qədər onun üçün mükafat yazın!
[Əlbəni, Sahihul-Cəmiıs-Sağir, 4300]
Möminin xəstə olduğunu bildikdə isə müsəlman qardaşları onun ziyarətinə tələsərlər. Onun üçün dua edərlər və mələklər onların etdikləri dualara amin deyərlər.
Bir gün Rasulullahın (Allahın ona salavat və salamı olsun) xəstələndiyini eşidən Əbubəkr əs-Siddiq (Allah ondan razı olsun) dərhal onun ziyarətinə yollanır. Rasulullahı(Allahın ona salavat və salamı olsun) ziyarət etdikdən sonra evinə qayıdır və xəstələnərək yatağa düşür.
Günlər keçir və Rasulullah (Allahın ona salavat və salamı olsun) sağalır. O, Əbubəkrin (Allah ondan razı olsun) xəstələndiyini eşidib onu ziyarətə gəlir. Əbubəkr Rasulullahın (Allahın ona salavat və salamı olsun) gəldiyini görüb, cəld yatağından qalxır və qapını özü açır.
Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur:
– Ey Əbubəkr, eşitdim xəstələnmisən.
Əbubəkr gülümsəyərək cavab verir:
– Yə Rasulullah! Dostum xəstələnmişdi, onun bu halını gördükdə, mən də xəstələndim. Onun sağaldığını gördükdə isə, mən də sağaldım.
Hazırladı: əz-Zubeyr
Bilirdinmi?
Duanın qəbul olan vaxtları
05 Mart 2012 Bilirdinmi?

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...
ƏtraflıƏn böyük xəzinənin sirri
24 Fev 2012 Bilirdinmi?

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...
ƏtraflıFitrə zəkatını hesablaya bilirsən, balac…
15 Yan 2012 Bilirdinmi?

Osman riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir.Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir.Ramazan ayının mübarək günlərinin birində Osman məğrib namazını məsciddə qılıb evə döndü.İki rükət məğrib...
ƏtraflıEy xəstə! Müjdələr olsun sənə …
05 Dek 2011 Bilirdinmi?

Bir gün Əbu Hureyra (Allah ondan razı olsun) yanında dayanan bir kəsə deyir:– Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah -subhənəhu və təalə onun sağındakı mələyə deyir:– Sağlam ikən quluma...
ƏtraflıRamazan nə üçün 11 ayın sultanıdır?
30 İyul 2011 Bilirdinmi?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...
ƏtraflıPinqvinlər -88 dərəcəyə dözür
22 İyun 2011 Bilirdinmi?

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...
ƏtraflıXoruzu söymək olmaz
22 İyun 2011 Bilirdinmi?

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...
ƏtraflıQədr gecəsi nə etməli?
22 İyun 2011 Bilirdinmi?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...
ƏtraflıKovboydan məharətli hörümçək var
14 İyun 2011 Bilirdinmi?

Yer üzündə yüzlərlə cins hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablarını edə bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən fövqəladə güclü və elastik iplər, öldürücü...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:49 |
| Günəş | 6:20 |
| Zöhr | 1:37 |
| Asr | 5:34 |
| Məğrib | 8:54 |
| İşa | 10:26 |
Şərh
RSS feed for comments to this post