Bilirdinmi?
Fitrə zəkatını hesablaya bilirsən, balaca?

Osman riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir.Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir.
Ramazan ayının mübarək günlərinin birində Osman məğrib namazını məsciddə qılıb evə döndü.
İki rükət məğrib namazının sünnəsini qılıb,ailəsi ilə axşam yeməyini yemək üçün süfrəyə oturdu. Axşam naharını edib, bitirdikdən sonra Osman belə dua etdi:
"Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!".
Sonra Osman öz otağına keçib,dərs stolunda əyləşdi. Elə bu vaxt, radioda aparıcının belə dediyini eşitdi:
"Şəvval ayının başlandığını bildirən ay göründü. Allah Ramazan ayında tutduğunuz orucu və saleh əməllərinizi qəbul etsin!"
Bu xəbər Ramazan ayının bitməsini və bayramın gəlişini bildirirdi. Osmanın ailəsi bayramın gəlməsinə çox sevindi və dərhal Allaha dua etməyə başladılar: "Uca Rəbbimiz hər birimizin bu ayda etdiyimiz bütün ibadətləri qəbul etsin".
Osmanın anası dedi: "Oğlum,bu gecə sənin üzərinə vacib bir riyazi məsələni həll etmək düşür. Bilmək istəyirsənmi o nədir?"Bunu eşidən Osman hülümsəyərək cavab verdi: "Bəli,bilirəm anacan. Bu yəqin ki, fitrə zəkatını hesablamaqdır".
Sonra Osman vərəq və qələm gətirib hesablamağa başladı.Və bu arada onun yanına balaca bacısı Zeynəb gəldi.Qardaşından xahiş etdi ki,ona da fitrə zəkatını hesablamağı öyrətsin. Osman bacısının bu istəyinə çəx sevinərək gülümsədi. "Əziz bacım,bil ki,fitrə zəkatı hər bir azad,ağıllı müsəlman kişi və qadına vacibdir.Necə ki, səhih olan hədisdə,Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) «(Ramazan bayramında) fitrə zəkatı olaraq müsəlmanlardan köləyə və azad insana, kişiyə və qadına, kiçiyə və böyüyə bir saa xurma və ya bir saa arpa verməyi vacib buyurmuşdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) fitrə zəkatını, camaat(bayram)namazına çıxmamışdan əvvəl verməyi əmr etmişdir.
Fitrə zəkatı ölkə əhalisinin yeməklərinə uyğun verilməlidir. Belə ki, düyü, kişmiş, xurma və buğda kimi ərzaqlar fitrə zəkatı olaraq verilə bilər."
Zeynəb dedi: "Əziz qardaşım bəs hədisdə keçən "saa" sözü nə deməkdir?Mən bu sözü heç vaxt dükandakı satıcılardan eşitməmişəm".
Osman dedi:"saa" keçmişdə insanların tətbiq etdikləri ölçü vahididir.Bu xüsusi ölçüyə malik qab idi.İndiki ölçü ilə uyğunlaşdırsaq tutumu 2kiloqram yarıma bərabərdir.İndi də bəzi kəndlərdə insanlar ərzaqlarını belə qablarla ölçüb,"saa" ölçüsündən istifadə edirlər.
Beləliklə,Osman vərəq üzərində yazmağa başladı.
Ailə üzvləri Ərzaq Kiloqram
Atam düyü 2,5
Anam düyü 2,5
Mən düyü 2,5
Bacım düyü 2,5
2,5+2,5+2,5+2,5=10kq
Hesabladıqdan sonra, Osman bacısına izah etməyə başladı:
"Əziz bacım,yəni biz hər birimizə düşən 2,5kq-ı dörd dəfə təkrarlamalıyıq.Yəni toplamalıyıq.Və ya onu 4-ə vurmalıyıq. Nəticədə,2,5*4=10kq alırıq."
Zeynəb gülümsəyərək dedi:"Osman,sən bütün bunları necə öyrənmisən?"
Osman"Biz müsəlman olaraq dinimizin əsaslarını öyrənməliyik ki,halalı haramdan seçə bilək. Allah da bizdən razı qalsın". Zeynəb dedi:"Bunu necə etməliyik?". Osman dedi:
"Dinimizi öyrədən bu kitabları oxumaqla."(və əli ilə rəfdəki kitabları işarə etdi)
İşa namazını qıldıqdan sonra Osmanın anası dörd kisə düyü götürdü. Hər kisənin çəkisi 2,5 kq olmaqla bir adamın fitrəsinə bərabər idi. Osman kisələri atasının maşınına yerləşdirdi.
Ertəsi gün fəcr namazının azanı verildikdə Osmanın ailəsi artıq oyanmışdı. Bayram üçün hazırladıqları gözəl paltarlarını geyinmişdilər.Evdən çıxdıqda isə Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun)sünnəsinə uyğun olaraq xurma yedilər.
Çinarə Köçəriyeva
Bilirdinmi?
Duanın qəbul olan vaxtları
05 Mart 2012 Bilirdinmi?

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...
ƏtraflıƏn böyük xəzinənin sirri
24 Fev 2012 Bilirdinmi?

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...
ƏtraflıFitrə zəkatını hesablaya bilirsən, balac…
15 Yan 2012 Bilirdinmi?

Osman riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir.Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir.Ramazan ayının mübarək günlərinin birində Osman məğrib namazını məsciddə qılıb evə döndü.İki rükət məğrib...
ƏtraflıEy xəstə! Müjdələr olsun sənə …
05 Dek 2011 Bilirdinmi?

Bir gün Əbu Hureyra (Allah ondan razı olsun) yanında dayanan bir kəsə deyir:– Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah -subhənəhu və təalə onun sağındakı mələyə deyir:– Sağlam ikən quluma...
ƏtraflıRamazan nə üçün 11 ayın sultanıdır?
30 İyul 2011 Bilirdinmi?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...
ƏtraflıPinqvinlər -88 dərəcəyə dözür
22 İyun 2011 Bilirdinmi?

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...
ƏtraflıXoruzu söymək olmaz
22 İyun 2011 Bilirdinmi?

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...
ƏtraflıQədr gecəsi nə etməli?
22 İyun 2011 Bilirdinmi?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...
ƏtraflıKovboydan məharətli hörümçək var
14 İyun 2011 Bilirdinmi?

Yer üzündə yüzlərlə cins hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablarını edə bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən fövqəladə güclü və elastik iplər, öldürücü...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:49 |
| Günəş | 6:20 |
| Zöhr | 1:37 |
| Asr | 5:34 |
| Məğrib | 8:54 |
| İşa | 10:26 |