Bilirdinmi?
Kovboydan məharətli hörümçək var
Yer üzündə yüzlərlə cins hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablarını edə bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən fövqəladə güclü və elastik iplər, öldürücü zəhərlər, əridici turşular çıxaran bir kimyagər, bəzən də son dərəcə hiyləgər taktikalarla ov ovlayan bir ovçu olaraq qarşımıza çıxarlar.
Təbiətdəki bütün canlılar kimi hörümçəklərin davranışlarını, məsələn ovlama üsullarını, artım şəkillərini, müdafiə etmə taktikalarını araşdırıb, ətraflı məlumatlar əldə etdikcə heyrətə gəlirik.
Bütün canlılar həyatlarını davam etdirə bilmək üçün ağıl tələb edəcək davranışlar nümayiş etdirirlər. Qabiliyyət, bacarıq, üstün manevr qabiliyyəti kimi adlandırıla biləcək bu davranışların ortaq xüsusiyyəti isə hər birinin mütləq surətdə ağıl tələb edən davranışlar olmalarıdır. Bir insanın ancaq öyrənmə, bacarıq və təcrübə kimi xüsusiyyətlərlə qazanacağı qabiliyyətlər, bu canlılarda ilk doğulduqları andan etibarən vardır. Bu xüsusiyyətlərin hamısını onlara verən, onları ağıllı davranacaqları, şüurlu hərəkət edəcəkləri şəkildə yaradan güc Allahdır. Allah bütün təbiətdəki canlılarda saysız nümunəsini gördüyümüz ağılın tək sahibidir. Canlılara nələr etmələri lazım olduğunu ilham edən Allahdır.
Bir çox insan hörümçəkləri yalnız, ovlamaq üçün tor quran heyvanlar olaraq tanıyır. Bu əskik bir məlumatdır, çünki bir memarlıq və mühəndislik möcüzəsi olan bu torlar, hörümçəklərin ovlamaq üçün istifadə etdikləri tək üsul deyil. Hörümçəklər, tor hörməklə yanaşı ovlamaq üçün çox heyrətləndirici taktikalardan istifadə edirlər.
Kəmənd ataraq ovlayan hörümçək
Hörümçək növləri içində ən maraqlı ovlama üsullarından birinə "Bolas" hörümçəklərində rast gəlmək olar. Bolas hörümçəkləri ovunu kəməndlə tutur.
Bolas hörümçəyinin ovlaması iki mərhələdən ibarətdir. İlk mərhələdə hörümçək, ucunda yapışqan olan bir ip hazırlayıb pusquda durur. Bu yapışqan ipdən daha sonra bir kəmənd kimi istifadə edəcək. Bu vaxt hörümçək, ovunu özünə çəkmək üçün çox xüsusi bir kimyəvi maddə ifraz edir. Bu maddə güvələri cəlb edən qoxuya bənzəyir. Hörümçəklərin görmə duyğusu çox zəifdir, ancaq güvənin uçarkən çıxardığı titrəşmələri hiss edə bilir. Bununla da hörümçək, ovunun özünə doğru yaxınlaşdığını hiss edir. Burada diqqət çəkən, Bolas hörümçəyinin demək olar ki kor olduğu halda havada asılı dayanaraq özünün hazırladığı bir kəmənd ilə, uçan bir canlını tuta bilməsidir.
Gardner Soulun "Strange Things Animals Do" adlı kitabında Bolas hörümçəyinin ovlama şəkli, bir kovboyun kəmənd istifadə etməsinə bənzədilməkdədir. "Hörümçək ipək kimi bir kəmər hörür və bunun sonuna bir ağırlıq qoyur. Beləcə silahı bir kovboyun kəməndini xatırlatmaqdadır. Daha sonra bu kəməndi öndəki iki cüt ayağına götürür və bu öndəki iki ayaq qol vəzifəsini görür. Bir güvə uçduğunda kəməndini atır. Yapışqanlı ağır cismi havada uçaraq tam böcəyin bədəninin üzərinə toxundurur və yapışqan maddə böcəyin üstünə yapışır, güvə içəri çəkilir və Bolas hörümcəyi onu yuxarı doğru bürüyür..."
Qoxuya aldanan qurbanın yaxınlaşmasıyla birlikdə ovdakı ikinci mərhələ başlayır. Hörümçək ayağını geriyə çəkərək hücum mövqeyinə keçir və birdən insan gözünün qəbul edə bilməyəcəyi bir sürətlə kəməndini atır. Güvə ipin ucundakı yapışqan topa yapışır. Hörümçək ovunu yuxarı çəkir və dişləyərək dərhal onu iflic edir. Ardından ifraz etdiyi xüsusi bir ipəklə güvəni bürüyər. Bu ipəyin xüsusiyyəti qidanı uzun müddət təzə saxlaya bilməsidir. Beləcə hörümçək ovunu, daha sonra yemək üçün təzə bir şəkildə saxlayır. Necə ola bilər ki Bolas hörümçəyi bu qədər ağıl tələb edən bir plan çərçivəsində hərəkət etsin?
Bu vəziyyət çox xüsusi bir yaradılışın olduğunu bizə dəlillərlə sübut edir. Allah, bütün canlıları, bitkiləri, heyvanları, böcəkləri yaradandır. Allah üstün qüdrət, elm, ağıl və hikmət sahibidir. Allah Quranda belə buyurmaqdadır:
"Göylərin, yerin və ikisi arasında olanların Rəbbidir, üstün və güclü olan, bağışlayandır." (Sad Surəsi, 66)
"Həqiqətən heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır"
Mu'minun Surəsi,
Tərcümə etdi: Aydın
Bilirdinmi?
Duanın qəbul olan vaxtları
05 Mart 2012 Bilirdinmi?

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...
ƏtraflıƏn böyük xəzinənin sirri
24 Fev 2012 Bilirdinmi?

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...
ƏtraflıFitrə zəkatını hesablaya bilirsən, balac…
15 Yan 2012 Bilirdinmi?

Osman riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir.Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir.Ramazan ayının mübarək günlərinin birində Osman məğrib namazını məsciddə qılıb evə döndü.İki rükət məğrib...
ƏtraflıEy xəstə! Müjdələr olsun sənə …
05 Dek 2011 Bilirdinmi?

Bir gün Əbu Hureyra (Allah ondan razı olsun) yanında dayanan bir kəsə deyir:– Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah -subhənəhu və təalə onun sağındakı mələyə deyir:– Sağlam ikən quluma...
ƏtraflıRamazan nə üçün 11 ayın sultanıdır?
30 İyul 2011 Bilirdinmi?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...
ƏtraflıPinqvinlər -88 dərəcəyə dözür
22 İyun 2011 Bilirdinmi?

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...
ƏtraflıXoruzu söymək olmaz
22 İyun 2011 Bilirdinmi?

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...
ƏtraflıQədr gecəsi nə etməli?
22 İyun 2011 Bilirdinmi?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...
ƏtraflıKovboydan məharətli hörümçək var
14 İyun 2011 Bilirdinmi?

Yer üzündə yüzlərlə cins hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablarını edə bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən fövqəladə güclü və elastik iplər, öldürücü...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:49 |
| Günəş | 6:20 |
| Zöhr | 1:37 |
| Asr | 5:34 |
| Məğrib | 8:54 |
| İşa | 10:26 |