Ramazan nə üçün 11 ayın sultanıdır?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar. Azğın şeytanlar zəncirlənər. Bu ayda elə bir gecə var ki, min aydan xeyirlidir və kim bunun xeyrindən məhrum olarsa, həqiqətən də o məhrum qalmışdır."

Ramazan ayında müsəlmanlar oruc tutmaqla, Quran oxumaqla, Allahı yad etməklə, müxtəlif saleh əməllər etməklə və gözəl sözlər söyləməklə məşğul olurlar. Ramazan qapılarımızı döyür və carçı səslənir: "Ey xeyir istəyən, davam et. Ey şərr istəyən, geri çəkil." Elə isə bu çağırışa cavab verin, ey Müsəlmanlar!

Ramazan insanın ömür hekayəsində özünəməxsus bir yer tutur. Bu ayda gecələrini namaz qılmaqla, dua etməklə, gündüzlərini isə oruc tutub Quran oxumaqla, sədəqə verməklə, qohumluq əlaqələrini saxlamaqla, elm əldə etməklə və saleh əməllər etməklə keçirən kəs həqiqətən də nemətə nail olmuşdur.
Saleh əcdadlarımız, Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) silahdaşları və haqq yolunda onlara itaət edənlər Ramazan ayına böyük diqqət yetirmiş və Ramazanın gəlişi münasibətilə çox sevinirdilər. Onlar Allaha dua edərdilər ki, gələn Ramazanı görmək üçün onlara yaşamaq nəsib etsin. Daha sonra isə Allaha dua edərdilər ki, etdikləri oruc və ibadətləri onlardan qəbul etsin. Onlar Ramazan oruclarına xələl gətirəcək, batil edə biləcək hər bir şeydən və yaxud boş-boş, mənasız söhbətlərdən, əylənmək, qeybət qırmaq, söz gəzdirmək və yalan danışmaq kimi orucun savabını azaldacaq əməllərdən onu qoruyub hifz edərdilər. Kasıblara və miskinlərə, ehtiyacı olanlara sədəqə verməklə onların qeydinə qalar, onlarla xoş davranar, onları yedirdər və iftara dəvət edərdilər. Onlar islamın düşmənlərinə qarşı vuruşardılar ki, Allahın Kəlamı uca olsun və bütün din Allaha aid edilsin. Böyük Bədr döyüşü Ramazan ayının 17-də baş vermişdi. Bu döyüşdə müsəlmanlar düşmənləri üzərində qələbə çalmışdılar. Məkkənin Fəthi Ramazan ayının 20-də gerçəkləşmişdi. İnsanlar o vaxt Allahın dininə dəstə-dəstə daxil oldular və Məkkə İslamın mərkəzi oldu.

Ramazan ayı tənbəllik və yatmaq ayı deyil, əksinə bu ay ibadət və əməl etmək ayıdır. Odur ki, bu ayı sevinc və fərəh hissi ilə qarşılamalı və bunu qeyd edərək, ehtiram göstərməliyik. Allah təala bu ayda oruc tutmağı bəndələrinə fərz etmiş, bu ayda Qurani Kərimi nazil etmişdir ki, onları zülmətlərdən nura çıxarsın. Saleh əməllər üçün veriləcək əcr, savabların qat-qat artdığı və insanların dərəcəsinin Allah qatında yüksəldiyi, günahların bağışlandığı belə bir ayda necə sevinməyə bilərik?

Nə qədər ki, yaşayırıq, sağlam və gəncik bu fürsətdən istifadə etməli, hər zaman etdiyimiz günah və pis əməllərdən səmimi bir şəkildə tövbə etməli, Allahın əmrlərinə boyun əymək və qadağan etdiklərindən çəkinmək üçün Rəbbimiz ilə əhdimizi təzələməliyik ki, heç bir var-dövlət fayda verməyəcəyi Gündə və yalnız Allaha səlim bir qəlb gətirərək uğur qazananlar ilə bir səffdə olaq.

Muhəmməd Saleh əl-Münəccid
(mətn qısaldılmışdır)
Cəər Allah, səh.6 "Ramazan Məktubları Məcmusu".

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Bilirdinmi?

Əvvəlki Növbəti

Duanın qəbul olan vaxtları

05 Mart 2012 Bilirdinmi?

Duanın qəbul olan vaxtları

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...

Şərh əlavə et!

Ətraflı

Ən böyük xəzinənin sirri

24 Fev 2012 Bilirdinmi?

Ən böyük xəzinənin sirri

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...

Şərh əlavə et!

Ətraflı

Fitrə zəkatını hesablaya bilirsən, balac…

15 Yan 2012 Bilirdinmi?

Fitrə zəkatını hesablaya bilirsən, balaca?

Osman riyaziyyat fənnini çox sevir. O,vurma cədvəlini bilir.Toplama, çıxma əməlini və digər riyaziyyat məsələlərini də əla bilir.Ramazan ayının mübarək günlərinin birində Osman məğrib namazını məsciddə qılıb evə döndü.İki rükət məğrib...

Şərh əlavə et!

Ətraflı

Ey xəstə! Müjdələr olsun sənə …

05 Dek 2011 Bilirdinmi?

Ey xəstə! Müjdələr olsun sənə …

Bir gün Əbu Hureyra (Allah ondan razı olsun) yanında dayanan bir kəsə deyir:– Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah -subhənəhu və təalə onun sağındakı mələyə deyir:– Sağlam ikən quluma...

Şərhlər(1)

Ətraflı

Ramazan nə üçün 11 ayın sultanıdır?

30 İyul 2011 Bilirdinmi?

Ramazan nə üçün 11 ayın sultanıdır?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...

Şərh əlavə et!

Ətraflı

Pinqvinlər -88 dərəcəyə dözür

22 İyun 2011 Bilirdinmi?

Pinqvinlər -88 dərəcəyə dözür

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...

Şərhlər(2)

Ətraflı

Xoruzu söymək olmaz

22 İyun 2011 Bilirdinmi?

Xoruzu söymək olmaz

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...

Şərh əlavə et!

Ətraflı

Qədr gecəsi nə etməli?

22 İyun 2011 Bilirdinmi?

Qədr gecəsi nə etməli?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...

Şərh əlavə et!

Ətraflı

Kovboydan məharətli hörümçək var

14 İyun 2011 Bilirdinmi?

Kovboydan məharətli hörümçək var

Yer üzündə yüzlərlə cins hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablarını edə bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən fövqəladə güclü və elastik iplər, öldürücü...

Şərh əlavə et!

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:49
Günəş 6:20
Zöhr 1:37
Asr 5:34
Məğrib 8:54
İşa 10:26

Kim var Kim yox?

Hazırda 7 qonaq Xətdə