Ilk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu axşam sabah başlayacaq ayın orucunu tutmaq üçün niyyət edilir.
Mən də müsəlmanam. Ancaq heç vaxt oruc tutmamışdım. Sabah da oruc tutmaq niyyətim yox idi. Ancaq orucun nə olduğunu və sabah Ramazan ayının biri olduğunu bilirdim.
Evimizin yanında balaca bir park var idi. Adətən axşamlar keçmiş sinif yoldaşım Hüseynlə həmin parkda əyləşib söhbət edirik. Hüseyn çox ağıllı uşaqdır. Məktəb vaxtı yoxlama yazı işi olanda hamı onun başına yığışardı. O, həm də dindardır. Namaz qılır və hər Ramazan ayında oruc tutur. Məni də həmişə dinə dəvət edər, ancaq heç vaxt məcbur etməzdi.
Bu gün də Hüseyn mənə sabah oruc tutacağı barəsində danışır və məni də sabah oruc tutmağa çağırırdı. Mən isə orucun mənlik olmadığını deyirdim.
Söhbətimizin sonunda ayrılıb evə gedəndə o mənə - Allah buyurub: "Oruc Mənim üçündür və mükafatını da Özüm verəcəm" - dedi və sağollaşdıq.
Evə gəldim. Ancaq dostumun dediyi sözlər yadımdan çıxmırdı. Elə hey o sözləri fikirləşirdim. Yəni oruc bu qədərmi vacibdir, yoxsa bu adi sözdən başqa bir şey deyil? Bunu fikirləşə-fikirləşə yuxuya getdim.
Gecənin bir vaxtı yuxudan oyandım. Nə qədər etdimsə də gözümə yuxu girmədi. Yatağımda hey fırlanırdım. Birdən Hüseynin oruc tutan haqqında dediyi sözlər yadıma düşdü. Yerimdən durub otağımda hərəkət etməyə başladım. Elə hey o sözləri fikirləşırdim.
Bir müddət sonra otaqdan çıxıb mətbəxə keçdim. Soyuducunu açdım. Orada anamın axşamdan hazırladığı salatdan qalmışdı. Həmin salatdan bir qaşıq daddim. Sonra onu soyuducudan götürüb yeməyə başladım.
Artıq mən doymuşdum. Ancaq mən hələ də oruc tutmaq niyyətində deyildim. Birdən gözüm pəncərədən çölə sataşdı. Pəncərəyə yaxınlaşıb qarşıdakı binaya baxdım. Binadakı evlərin bəzilərinin işığı yanır, bəzi evlərdə isə qaranlıq idi. Öz-özümə fikirləşdim ki, yəqin işığı yanlı olanlar oruc tutmaq üçün oyananlardı. Yoxsa camaat niyə bu vaxt oyanıb? Yəni onların da mənim kimi yuxusu qaçıb? Sözsüz ki, belələri belə sayda ola bilməz.
Çox qəribə mənzərə var idi. İki qonşunun biri yatır, digəri isə Allahın ona vacib buyurduğu üçün gecənin bu vaxtı durub oruc tuturdu. Elə bunu fikirləşirdim ki, birdən gözümdən bir damla yaş gəldi. İndi Hüseynin dediyi sözləri daha yaxşı başa düşürdüm. Allahım, doğurdan da sən Özün onların əvəzini verərsən. Axı Allah gecənin bu vaxtı durub oruc tutan qonşu ilə yatan divar qonşusuna eyni mükafat verə bilməz...
Bir də özümə baxdım. Mən heç vaxt gecənin bu saatında durub yemək yeməmişdim. Bu hal məndə birinci dəfə idi. Özü də bunun Ramazan ayına təsadüf etməsi çox qəribədir. Yəqin ki, bu Allahın mənə bir hədiyyəsidır. Deməli, mən də bu gün oruc tutmalıyam.
Amma çox susuz idim. Stolun üstündə ki, qəfədandan iki stəkan su içdim. Bir az fikirə getmişdim ki, qulağıma bir səs gəldi:
Allahu Əkbər! Allahu Əkbər! ...
Bəli, bu azan səsi idi. Artıq mən oruc tutmuş hesab olunurdum. Elə bil mən indiyənədək qaranlıq otaqda idim, indi işıqlığa çıxdım...
Oturub azana qulaq asdım. Mən əvvəllər də azan eşitmişdim. Ancaq bu azan o birilərindən fərqlənirdi. Bəlkə də mənə elə gəlirdi.
Azan qurtardıqdan təxminən iyirmi dəqiqə sonra yatmağa getdim. İçimdə böyük bir sevinc var idi. Qanadım olsaydı uçardım...
Səhər açıldı. Atam işə getmək üçün hazırlaşırdı. Elə məni də atamın ayaq səsləri oyatdı. Gözlərimi açan kimi gülümsəməyə başladım. Mən çox xoşbəxt idim. Özümü böyük bir cəmiyyətin kiçik bir üzvü kimi hiss edirdim.
Təxminən yarım saatdan sonra mən də evdən çıxmalı olduğumdan yatağımdan qalxıb hazırlaşmağa başladım. Evdən çıxıb birbaşa Hüseyngilə getdim. O, məni görən kimi gözlərimin güldüyünü və həmişəkindən fərqli olduğumu dedi. Sanki mənim oruc olduğumu bilirdi.
Bəlkə də bilirdi. Axı Hüseyngilin də evləri bizim binanın qarşısındakı binada idi...

mənbə: dəyərlər

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Hekayələr

Əvvəlki Növbəti

Oğlun atasına verdiyi suallar-2

01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar-2 Ata: Oğlum, qonşumuz xəstələnib, mənimlə gedək, ona baş çəkək.Oğul: Atacan, xəstə bir qonşunun ziyarət etməyin nəkimi faydası var? Ata: Oğlum, Bu hər bir kəsin borcudur və bizi Uca Allaha yaxınlaşdıracaq bir...

Şərh əlavə et!

Ətraflı

Oğlun atasına verdiyi suallar

01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar

Oğlun atasına verdiyi suallar Ata qonşularından birinin can üstə olması xəbərini eşidir. Oğlunu da özü ilə götürərək onlara gəlir.…Xəstənin yaxınlarından biri artıq onları qabaqlayaraq özünü xəstəyə yetirmiş , ona "lə iləhə illəllah"...

Şərh əlavə et!

Ətraflı

Ibrahim Peyğəmbər (aleyhissələm)

26 Mart 2012 Hekayələr

Ibrahim Peyğəmbər (aleyhissələm)

Ibrahim Peyğəmbər. Bir neçə əsr bundan əvvəl İbrahim adlı bir cavan oğlan var idi, o elə bir dönəmdə yaşayırdı ki, insanlar Allaha tabe olmurdular və Onu sevmirdilər. Bu insanlar çox pis idilər...

Şərh əlavə et!

Ətraflı

“Bunda da bir xeyir var”

05 Dek 2011 Hekayələr

“Bunda da bir xeyir var”

Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirini yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, "Bunda da bir...

Şərh əlavə et!

Ətraflı

Ilk orucum

27 İyul 2011 Hekayələr

Ilk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu axşam sabah başlayacaq...

Şərh əlavə et!

Ətraflı

Susuz qalmış köpək

01 İyul 2011 Hekayələr

Susuz qalmış köpək

Əli heyvanları çox sevirdi, əsasən də pişikləri. Anasından ona pişik almasını çoxdan istəyirdi. Gülsüm xala isə heyvanlara təkcə evdə deyil, həm də küçədə də qayğı göstərmək lazım gəldiyini oğluna nəsihət...

Şərhlər(1)

Ətraflı

Musa əleyhissəlamın şeytan ilə söhbəti

21 İyun 2011 Hekayələr

Musa əleyhissəlamın şeytan ilə söhbəti

Rəvayət olunur ki, iblis Musa əleyhissəlam ilə görüşüb demişdir:- Ey Musa, Allah səni Öz peyğəmbəri seçmişdir və səninlə ünsiyyət qurmuşdur, məni də Allah yaradıb, mən günah işlətdim və tövbə etmək...

Şərh əlavə et!

Ətraflı

Paltarım əzilər

13 İyun 2011 Hekayələr

Paltarım əzilər

Yolda qarşılaşdığımız zaman azan verilirdi.- Gəl gedək məscidə. Yəqin bilirsən bu gün cümədir.- Bilirəm. Amma sən də bilirsən ki, mən heç vaxt məscidə getmirəm.- Məscidə getmədiyini bilirəm. Amma maraqlıdır, məscidə...

Şərh əlavə et!

Ətraflı

Dünyada heç bərbər yoxmuş..

13 İyun 2011 Hekayələr

Dünyada heç bərbər yoxmuş..

Bir adam həmişəki kimi saçını-üzünü qaydaya salmaq üçün dəlləyə gedir. Onunla məşğul olan dəlləklə maraqlı söhbətə başlayır. Müxtəlif mövzular barədə danışdıqdan sonra söhbət dinə gəlir.Dəllək: Bilirsən mən sənin dediyin kimi...

Şərh əlavə et!

Ətraflı

Musa və Xızır

12 İyun 2011 Hekayələr

Musa və Xızır

Bir dəfə Musa İsrail ogullarına xutbə verərkən ondan ən elmli adamın kim oldugunu soruşdular. Musa bu mənəm deyə cavab verdi .Allah buna görə onu qınadı. Çunki Musa bu haqda bilginin...

Şərh əlavə et!

Ətraflı

Quranı anlamıramsa, niyə oxuyum?

04 İyun 2011 Hekayələr

Quranı anlamıramsa, niyə oxuyum?

Əli yay tətilini babasının yanında keçirməyə gəlmişdi. Əli babasını çox istəyirdi və onun elədiyi hər şeyi təkrar edirdi. Babasının hər səhər tezdən mətbəxdə Quran oxuduğunu görən Əli bir gün soruşdu:"Baba,...

Şərhlər(1)

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:49
Günəş 6:20
Zöhr 1:37
Asr 5:34
Məğrib 8:54
İşa 10:26

Kim var Kim yox?

Hazırda 2 qonaq Xətdə