Bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm?
Cavab: Həmd Allaha məxsusdur.
İlk növbədə:
Allahdan diləyimiz budur ki, sizin yeni körpənizi sizin üçün bərəkətli, mübarək etsin və onu salehlərdən və təqvalılardan etsin ki, sizin xeyir əməl tərəzinizdə bu körpə ağır gəlsin. Çünki Allahın elçisinin belə buyurduğu sallallahu aleyhi və səlləm rəvayət olunmuşdur: "İnsan dünyasını dəyişdikdə onun bütün əməllərinə son qoyulur, yalnız üç şeydən başqa: davam edən sədəqə (sədəqə cəəriyə), faydalı elm və yaxud onun üçün dua edən saleh övlad". (Müslim (1631))
İkincisi:
Nə qədər ki, bizə məlumdur, doğulmasına bir və yaxud iki gün qalmış təzə doğulacaq körpəni qarşılamaq məqsədilə hazırlaşmağa dair şəriətdə bu barədə buyurulan heç bir şey yoxdur. Lakin körpənin sağ və salamat olması, hidayət olunması və s. üçün ümumi dualar etmək olar. Allah təala Öz Kitabında saleh qadın, İmranın zövcəsinin duasından bəhs edərək buyurur:
"35 Bir zaman İmranın arvadı demişdi: "Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən".
36 Ondan azad olduğu zaman demişdi: "Ey Rəbbim! Mənim qızım oldu" – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – "axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm". (Ali-İmran 3:35-36)
Körpə dünyaya gəldiyi zaman və sonra hansı əməlləri etmək lazımdır? Bunlar aşağıda yığcam olaraq qeyd olunmuşdur:
1.Uşaq üçün təhnik etmək və onun üçün dua etmək müstəhəbdir.
TƏHNİK-xurma və yaxud bal kimi şirin bir şeyi uşaq doğulanda onun ağzına qoymaqdır.
Əbu Musa radiyallahu anhu deyir ki, "Mənim oğlum doğulmuşdu. Onu götürüb Peyğəmbərin sallallahu aleyhi və səlləm yanına gətirdim. O, uşağı İbrahim adlandırdı. Sonra barmağının ucuna xurma qoyub uşağın ağzına sürtdü və onun üçün dua edib Allahdan bərəkət istədi və sonra uşağı mənə qaytardı». Bu uşaq Əbu Musanın radiyallahu anhu böyük uşağı idi. (Buxari (5150); Müslim (2145) rəvayət etmişdirlər).
2. Birinci və yaxud yeddinci gün uşağa ad vermək caizdir.
Rəvayət olunur ki, Ənəs ibn Malik radiyallahu anhu demişdir: Allahın elçisi sallallahu aleyhi və səlləm demişdir: "Bu gecə mənim oğlum olmuşdur və onu atam İbrahimin adını qoydum». (Müslim (3126) rəvayət etmişdir).
Rəvayət olunur ki, (möminlərin anası) Aişə (Allah ondan razı olsun) demişdir: "Allahın elçisi sallallahu aleyhi və səlləm Həsən və Hüseyin (Allah onların hər ikisindən razı olsun) üçün yeddinci gün "əqiq" kəsdi və onlara ad qoydu. (İbn Hibban (12/127); Hakim (4/264; rəvayət etmişdirlər. Hafiz ibn Həcər "Fəth Əl-Bari 9/589" əsərində hədisi səhih olaraq təsnif etmişdir).
3. Əqiq kəsmək və sünnət etdirmək
Əqiq, insanın övladı dünyaya gələndə kəsdiyi heyvandır.
Hökmü: Övladı olan insanın əqiq kəsməsi vacibdir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun kəsilməlidir.
Salman ibn Amir əd-Dabbi Allah ondan razı olsun deyir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitmişəm: "Doğulmuş uşaqilə 'əqiq' vardır. Onun əvəzinə qan axıdın və ona əziyyət verən şeyləri təmizləyin» Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2561. İbn Macə: 2/ 1056/ № 3163. Tirmizi: 3/ 35/ № 1549.
Rəvayət olunur ki, Samura ibn Cundub Allah ondan razı olsun demişdir: "Allahın elçisi sallallahu aleyhi və səlləm demişdir: "Doğulmuş hər bir uşaq"əqiqi" ilə bağlıdır. Yeddinci günü əqiqi kəsilib, saçı qırxılır və adı qoyulur". (Tirmizi 1522; Nəsai 4220 və Əbu Davud 2838).
Həmçinin, ola bilsin ki əqiqin digər faydalarından da biri, qohum-əqrəbanın və dost-tanışın "vəlimə" (ziyafət) münasibətilə bir yerə toplaşmasıdır.
4. Sünnət etdirmək "Fitrətin (insanın təbiətinin) sünnətlərindəndir" (insanın saf və təbii istəkləri ilə bağlı olan əməllər). Oğlanları sünnət etdirmək fərzdir, çünki bu təmizlik məsələsidir. Bu da namazın şərtlərindən biridir.
Əbu Hureyradan radiyallahu anhu rəvayət edilir: "Beş şey Fitrətdəndir:
1. Sünnət etdirmək (Xitan)
2. Ayıb yerlərini qırxmaq
3. Qoltuğaltı tüklərini götürmək
4. Dırnaqları tutmaq
5. Bığları qısaltmaq
(Buxari 5550; Müslim 257)
5 Yeni doğulan uşağı qarşılamağa dair sünnətlər arasında alimlər azanı qeyd etmişdirlər. Azan körpənin sağ qulağına oxunur. Bundan məqsəd budur ki, dünyaya gələn körpənin ilk duyacağı kəlimələr Tövhid kəliməsi olsun. Körpəyə bunun böyük və mübarək təsiri var.
Körpənin sol qulağına azan oxumaq məsələsinə gəldikdə, bununla əlaqədar bu əməlin tələb olunduğunu təsdiq edən heç bir şey yoxdur". (Baxın: Şeyx Albani "Silsilət əl-Daifə 1/491)
6: Körpənin başını qırxaraq başına zəfəran ilə yağlamaq olduqca faydalıdır. Daha sonra isə saçının ağırlığına bərabər nisbətdə qızıl və yaxud gümüş sədəqə verilir. Bunu yerinə yetirmək üçün mütləq saçı tərəzidə çəkmək vacib deyil; bunu etmək çox çətindirsə, sadəcə saçın ağırlığını təxminən hesablamaq və qızıl və yaxud gümüşün qiymətinə bərabər kağız pul vermək kifayətdir.
SONDA: Allahdan bizi və bizim uşaqlarımızı bütün şərlərdən qorumağı və bu dünya və axirətdə onları sağ-salamat etməsini Ondan diləyirik. Allahın salamı və salavatı peyğəmərimiz Məhəmmədin sallallahu aleyhi və səlləm üzərinə olsun.
Muhəmməd Saleh əl-Münəccid
mənbə: dinifetvalar.com
Məqalələr
Uşaqlarımız yalan danışmasın
07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...
Ətraflı"Əvəz-əvəz" dünyası
15 Fev 2012 Məqalələr
Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...
ƏtraflıGündəlik "Mənim dinim" dərsləri
15 Fev 2012 Məqalələr
Gündəlik "Mənim dinim" dərsləri Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...
ƏtraflıUltra səs müayinəsinin təhlükəsi
11 Fev 2012 Məqalələr

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...
ƏtraflıSaleh ana və ata
30 Yan 2012 Məqalələr
Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar. Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...
Ətraflı"Pamperslər" nədən hazırlanır?
23 Yan 2012 Məqalələr
Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...
ƏtraflıTərbiyədə cəza tədbirlərinin rolu
16 Yan 2012 Məqalələr
Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...
ƏtraflıKörpələrlə evdə İslam Proqramı Tövsiyyəs…
21 Dek 2011 Məqalələr
Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur.
Ətraflı4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…
21 Dek 2011 Məqalələr
4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....
ƏtraflıUşaqlara Ramazan ayının fərqliliyini his…
23 İyun 2011 Məqalələr
Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...
ƏtraflıUşaqların əxlaqına güc və izzət hissləri…
23 İyun 2011 Məqalələr
Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...
ƏtraflıTərbiyə etməyə nə vaxt başlayaq?
23 İyun 2011 Məqalələr
İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...
ƏtraflıUşaq və sizin nümunə
23 İyun 2011 Məqalələr
Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...
ƏtraflıQadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…
22 İyun 2011 Məqalələr
Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...
ƏtraflıZikrin uşaqlar üzərində təsiri
22 İyun 2011 Məqalələr
Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...
ƏtraflıKörpələrin gizli aləmi
14 İyun 2011 Məqalələr
Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...
ƏtraflıIslamda uşaqlar
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....
ƏtraflıAllah uşaqlara niyə xəstəlik və bəla gön…
14 İyun 2011 Məqalələr
Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...
ƏtraflıBir neçə gündən sonra dünyaya gələcək ye…
14 İyun 2011 Məqalələr
Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?
ƏtraflıUşaqların islamda xoşbəxtliyi
14 İyun 2011 Məqalələr
Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...
ƏtraflıUşaqlarla davranmağa dair bəzi nəsihətlə…
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...
ƏtraflıCahil cəmiyyətlərdə valideynlərin uşaqla…
14 İyun 2011 Məqalələr
Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri
ƏtraflıRamazan nəfsə hakim olmanı uşaqlara öyrə…
13 İyun 2011 Məqalələr
Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.
ƏtraflıÖvlad haqqları
13 İyun 2011 Məqalələr
Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...
ƏtraflıBeş yaşında olan balacaya Quranı necə öy…
12 İyun 2011 Məqalələr
Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...
ƏtraflıYeni doğulan uşağa gözəl ad qoymaq
02 İyun 2011 Məqalələr
Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |