Cahil cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri
Sual: Qərb ölkələrində gənclər arasında müşahidə olunan çox geniş yayılmış problemlərdən biri budur ki, valideynlər övladlarına müəyyən qədər harama dalmalarına izn verirlər və elə fikirləşirlər ki, bu cür etməklə övladlarının daha böyük haram işləməsinin qarşısını almış olacaqlar. Məsələn, valideynləri uşaqlarının musiqiyə qulaq asmasına icazə verirlər və düşünürlər ki, bu cür etməklə uşaqlarının pis insanlar ilə oturub-durmasının və yaxud evi birdəfəlik tərk etmələrinin qarşısını alacaqlar. Valideynləri qorxur ki, əgər onlar Allahın şəriətini evlərində tətbiq etsələr uşaqları şəriəti tərk edəcəklər, bundan qaçacaqlar. Bu cür güzəşt etmək barədə şəriətin hökmü nədir? Bəzi valideynlər həmçinin deyirlər ki, onların üzərinə düşən yeganə vəzifə bir şeyin haram olduğunu uşaqlarına bildirməkdir və sonra övladları özləri üçün seçim edəcəklər, çünki artıq onlar həmin vaxt gənc yeniyetmə (yəni, 13-18 yaş həddində və yaxud subay, evdə yaşayırlar) olacaqlar. Məgər valideynlər hər bir yolla haramı qadağan etməli deyilmi? Və yaxud sadəcə bir şeyin haram olduğunu söyləyib onları özləri ilə baş-başa buraxmalıdırlar? Haramdan çəkindirməkdə valideynlər hansı həddə qədər bunu etməlidirlər? Valideynlər həmçinin düşünür ki, övladları həddi-büluğ yaşına çatdıqda, valideynlər artıq övladlarının günahlarına və ya əməllərinə görə məsuliyyət daşımayacaqlar və odur ki, uşaqlarına bir şeyin haram olduğunu söyləyib onları özlərinə tərk etsələr buna görə onlara günah yazılmır. Onların bu fikirləri doğrudurmu? Və ya övladlarını haramdan hər zaman çəkindirməkdən valideynlər məsuliyyət daşıyırmı? Övladlarının haram bir iş etdiklərini görüb onlara məsləhət verdikdən sonra onları başı başına buraxdıqda buna görə cavabdeh tutulacaqlarımı?

Cavab:

Həmd Allaha məxsusdur.

Əvvəla: Övladların tərbiyəsində bir müsəlman valideynlərin müvəffəq olub-olmaması bir sıra müxtəlif amillərdən asılıdır. Və şübhəsiz ki, bu amillərdən biri də övladların böyüyüb-başa çatdığı mühitdir. Bu mühit tərbiyənin uğurlu olub-olmaması ilə birbaşa əlaqəlidir və mühüm rol oynayır.

İkincisi: Valideynlər dərk etməlidirlər ki, Allah Təala övladları üzərində onlara cavabdehlik, məsuliyyət yükü vermişdir və onlar da bu əmanəti Allah Təalanın Qurani Kərimdə bildirdiyi qaydada yerinə yetirməlidirlər. Eləcə də, bir çox hədislərdə Peyğəmbərin Sünnəsi də bunu bir daha vurğulayır. Şəriət mətnləri həmçinin öz əhli-əyalının qayğısına səmimi-qəlbdən qalmayan və Allahın onlara əmanət olaraq verdiyi bu əmanətə biganə qalıb laqeyd yanaşan kəsləri xəbərdar edir.

Maqil ibn Yasar əl-Muzəninin belə söylədiyi rəvayət olunur: Mən Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini eşitdim: "Allah Təala bir kəsi digərlərindən cavabdeh tutarsa (onlar üzərində əmr sahibi edərsə) və həmin insan rəiyyəti altında olanlara qarşı qeyri-səmimi davranaraq (öyüd-nəsihət etməyərək) vəfat edərsə, Allah cənnəti ona haram edər.
Digər bir rəvayətdə isə belə deyilir: "...və onlara qarşı qeyri-səmimi davranarsa (öyüd-nəsihət etməzsə), cənnətin qoxusunu duymaz." Buxari (6731) və Müslim (142)

Üçüncü:

Uşaqlarına görə məsuliyyət daşıyan tərəflərə Allah təala əmr edir ki, hələ kiçik yaşlarından övladlarını Allaha itaət etmək və islamı sevmək tərbiyəsi ilə böyütsünlər. "Həddi-büluğ yaşına çatmadığından hələ uşaqlar məsuliyyət daşımırlar", fikri doğru olsa da, müsəlman bir kəs uşaqlarına dini öyrətmək, onlara yol göstərmək, istiqamətləndirmək və onlara Allah itaət etmələrini söyləmək üçün onların həddi-büluğ yaşına çatmasını gözləməməlidir. Çünki, əksər hallarda həmin yaş dövrünə (həddi-büluğ) vardıqda, əvvəlcədən islami tərbiyə ilə böyüyüb başa çatmayıbsa və hələ erkən yaşlarından ailələrində din barədə öyrənməyiblərsə, nəticə etibarilə övladlar islam dəvətinə cavab vermirlər. Bu səbəbdəndir ki, valideynlərə əmr olunur ki, övladları yeddi yaşına vardıqda onlara namaz qılmağı əmr etsinlər və on yaşına varıb namaz qılmadıqda isə şəriət ədəbləndirmək məqsədilə onları yüngülcə vurmağı buyurur. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əshabələri övladları hələ kiçik ikən onları oruc tutmağa alışdırırdı ki, onlar islamı və şəriəti sevməyə alışsınlar. Bundan məqsəd isə budur ki, uşaqlar böyüyüb başa çatdıqda şəriətin əmrlərinə tabe olmaq və qadağalardan uzaq durmaq onlar üçün asan olsun.
Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə söylədiyi rəvayət olunur: "Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Yeddi yaşına vardıqda uşaqlarınıza namaz öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın" Əbu Davud (495), Əlbani "Səhih Əbi Davud"da hədisi səhih olaraq təsnif edib.

Əl-Rubeyyi bint Muavviz ibn Afranın belə söylədiyi rəvayət olunur: "Aşura sabahı Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Mədinənin həndəvərindəki Ənsar kəndlərinə xəbər göndərdi. Xəbərdə deyilirdi: "Kim gününü oruc tutmaqla başlayıbsa, qoy orucunu tamamlasın, kim gününə oruc tutmayaraq başlayıbsa, elə isə qoy günün qalan hissəsini (yemək yemədən) tamamlasın."

Bundan sonra biz həmin günü oruc tutardıq və uşaqlarımıza, hətta kiçik uşaqlarımıza da oruc tutdurardıq. Biz onlar üçün yundan oyuncaqlar düzəldərdik və uşaqlardan hansısa yemək üçün ağladıqda, həmin oyuncağı uşağa verərdik ki, orucu açmaq üçün vaxt yetişənə qədər (başı qarışsın)."

Buxari (1960) və Müslim (1136)

Valideynlər uşaqlarına ibadətləri yerinə yetirmək üçün onları bu ruhda böyütdüyü kimi, eləcə də onları haram işlərdən çəkindirməlidirlər. Əgər övlad ibadəti yerinə yetirirsə bunun savabı onun özünə və ona bu əməli öyrədib ibadətlərə qarşı ondan rəğbət hissi oyadan kəsə də çatır. Asilik və yaxud günah əməlləri işləmək məsələsində isə, kiçik uşağa günah yazılmır, əksinə onu bunu etməyə imkan yaradan və bu günahı işləməkdə onun üçün qapıları açıb bunları bağlamayana günah yazılır. Uşağa günah etməyi söyləyən kəsin halında isə, onun qazandığı günah bu əməli edənin günahı kimi eynidir.

Ona görə də, əgər bir müsəlman övladlarını Allaha itaət etmək, Allahın və Onun Rəsulunun qadağan etdiklərindən çəkinmək ruhunda tərbiyə edirsə, burada heç bir ifrata varmaqdan söz gedə bilməz. Bu qadağalara bunlar aid ola bilər: oğlan uşaqlarının qızıl və yaxud ipək geyməsi və ya qız uşaqlarının kişi paltarı geyməsi və yaxud yalan danışmaq, oğurluq etmək, söyüş söymək və digər günahlar. Eynilə, əgər bir müsəlman kişi qızına həyalı-abırlı, iffətli, namuslu olmaq və qarşı cins ilə qarışmamaq ruhunda böyüdürsə, bunda da şişirdiləcək bir şey yoxdur. Çünki, insan gənc çağlarından bir şeyi etməyə alışırsa, qorxulur ki, o bunu etməyə davam edəcəkdir.

İbn əl-Qeyyim Allah ona rəhmət etsin demişdir:
Baxmayaraq ki, uşaq (kiçik yaşında) mükəlləf deyil, onun vəlisi (himayədarı, qəyyumu) ona görə məsuliyyət daşıyır və övladının haram bir iş görməsinə imkan verməsi icazəli deyil, çünki əks halda uşaq buna alışacaq və nəticədə uşağı bundan uzaqlaşdırmaq çətin olacaqdır.
Tuhfat əl-Məvdud bi Əhkam əl-Məvlud (səh.162)

Həmçinin İbn əl-Qeyyim, Allah ona rəhmət etsin, demişdir: Uşağına fayda verəcək məsələləri öyrətməkdə laqeyd davranan və onu başlı başına buraxan kəs çox pis bir əməl işləmişdir. Uşaqların əksəriyyətinin yolunu azması, korlanması valideyinlərinin ucabtından və uşaqlarına qarşı laqeyd yanaşmalarından irəli gəlir. Çünki valideynlər övladlarına şəriətdə buyurulan fərzləri və sünnətləri öyrətməkdə etinasız yanaşırlar. Odur ki, kiçik ikən uşaqlarına qarşı laqeyd mövqe tutduqlarından, nəticədə uşaqlar nə özlərinə fayda vermək iqtidarında olur, nə də valideynləri yaşa dolduqda onlara fayda verə bilirlər.

Tuhfat əl-Məvdud, səh.229

Daimi Heyətin alimlərinə belə bir sual ilə müraciət edirlər:
Sualım kiçik övladlarım barədədir. Uşaqlarıma islamda geyim ədəbini öyrədib, kick qızlarıma islamda icazə verilən paltarlar geyindirimmi, yoxsa bu dində həddi aşmaq sayılır? Əgər bu cür etmək doğrudursa, bu barədə Quran və Sünnədən dəlil nədir?

Cavab: Qızlarınıza gen və bədəni örtən paltar geyindirmək və onları bu cür geyinməyə kiçik yaşlarından alışdırmaq barədə qeyd etdiklərinizə gəldikdə, bunlar heç də dində həddini aşmaq deyil. Əksinə, onlara İslami tərbiyə verməklə siz doğru addım atmısınız, haqq yolundasınız.

Şeyx Əbdüləziz ibn Baz
Şeyx Əbdürrəzzaq əl-Əfifi
Şeyx Abdullah ibn Ğüdeyyan
Daimi Heyətin Fətvaları (25/285, 286)

Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin, (Allah ona rəhmət etsin), özünün "Məcmuəh Əsiləh Tuhimm əl-Usrəh əl-Musliməh" adlı kitabında demişdir:Elm əhli bildirir ki, böyüklərə geyinilməsi haram olan paltarları uşaqlara geyindirmək eynilə haramdır. Üzərində şəkil (canlı surət) olan paltarları geymək böyüklərə haramdır, odur ki, bunu geyinmək eynilə uşaqlara da haramdır.

Müsəlmanların üzərinə düşən vəzifə bu cür geyimləri və ayaqqabıları boykot etməkdir ki, o kəslər ki, fitnə-fəsad, şər və pozqunluq yaymaq istəyirlər, bu cür vasitərlə ilə bizə çatmağa (yetişməyə) imkanları olmasın. Əgər onlar (bu cür haram geyimlər) boykot edilərsə, heç bir zaman bunları bu ölkəyə gətirməyə onlar imkan tapa bilməyəcəklər.

Bundan sonra şeyxə növbəti sualı verirlər:
Qızıl və ipək və s. kimi yalnız qadınlara məxsus geyimləri oğlan uşaqları geyə bilərmi və yaxud əksinə?

Cavab: Bu sualın cavabı birinci sualın cavabında qeyd olunub. Mən bildirdim ki, elm əhli bildirir ki, böyüklərə geyinilməsi haram olan patlarlar eynilə kiçiklərə də haramdır. Buna əsaslanaraq deyirik ki, yalnız qadınlara məxsus geyimlərin kiçik oğlan uşaqlarının geyinməsi haramdır və yaxud əksinə (yəni, yalnız kişilərə məxsus geyimlərin kiçik qız uşaqlarının geyinməsi də haramdır)

Bundan sonra növbəti sualı verirlər:

Bura isbal da (yəni, oğlan uşaqlarının paltarının topuqdan aşağı düşməsi) aiddirmi?

Cavab:
Bəli, aiddir. Sitatın sonu

Muhəmməd Saleh əl-Münəccid
dinifetvalar.com

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Məqalələr

Əvvəlki Növbəti Səhifə:

Uşaqlarımız yalan danışmasın

07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...

Şərh əlavə et!

Ətraflı

"Əvəz-əvəz" dünyası

15 Fev 2012 Məqalələr

Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...

Şərh əlavə et!

Ətraflı

Gündəlik "Mənim dinim" dərsləri

15 Fev 2012 Məqalələr

Gündəlik "Mənim dinim" dərsləri  Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...

Şərh əlavə et!

Ətraflı

Ultra səs müayinəsinin təhlükəsi

11 Fev 2012 Məqalələr

Ultra səs müayinəsinin təhlükəsi

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...

Şərh əlavə et!

Ətraflı

Saleh ana və ata

30 Yan 2012 Məqalələr

     Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar.   Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...

Şərh əlavə et!

Ətraflı

"Pamperslər" nədən hazırlanır?

23 Yan 2012 Məqalələr

Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...

Şərhlər(2)

Ətraflı

Tərbiyədə cəza tədbirlərinin rolu

16 Yan 2012 Məqalələr

Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...

Şərh əlavə et!

Ətraflı

Körpələrlə evdə İslam Proqramı Tövsiyyəs…

21 Dek 2011 Məqalələr

Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 

Şərh əlavə et!

Ətraflı

4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…

21 Dek 2011 Məqalələr

4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....

Şərh əlavə et!

Ətraflı

Uşaqlara Ramazan ayının fərqliliyini his…

23 İyun 2011 Məqalələr

Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...

Şərh əlavə et!

Ətraflı

Uşaqların əxlaqına güc və izzət hissləri…

23 İyun 2011 Məqalələr

Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...

Şərh əlavə et!

Ətraflı

Tərbiyə etməyə nə vaxt başlayaq?

23 İyun 2011 Məqalələr

İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...

Şərh əlavə et!

Ətraflı

Uşaq və sizin nümunə

23 İyun 2011 Məqalələr

Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...

Şərh əlavə et!

Ətraflı

Qadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…

22 İyun 2011 Məqalələr

Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...

Şərh əlavə et!

Ətraflı

Zikrin uşaqlar üzərində təsiri

22 İyun 2011 Məqalələr

Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...

Şərh əlavə et!

Ətraflı

Körpələrin gizli aləmi

14 İyun 2011 Məqalələr

Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...

Şərh əlavə et!

Ətraflı

Islamda uşaqlar

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....

Şərh əlavə et!

Ətraflı

Allah uşaqlara niyə xəstəlik və bəla gön…

14 İyun 2011 Məqalələr

Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...

Şərh əlavə et!

Ətraflı

Bir neçə gündən sonra dünyaya gələcək ye…

14 İyun 2011 Məqalələr

Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?

Şərh əlavə et!

Ətraflı

Uşaqların islamda xoşbəxtliyi

14 İyun 2011 Məqalələr

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...

Şərh əlavə et!

Ətraflı

Uşaqlarla davranmağa dair bəzi nəsihətlə…

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...

Şərh əlavə et!

Ətraflı

Cahil cəmiyyətlərdə valideynlərin uşaqla…

14 İyun 2011 Məqalələr

Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Şərh əlavə et!

Ətraflı

Ramazan nəfsə hakim olmanı uşaqlara öyrə…

13 İyun 2011 Məqalələr

Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.

Şərh əlavə et!

Ətraflı

Övlad haqqları

13 İyun 2011 Məqalələr

Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...

Şərh əlavə et!

Ətraflı

Beş yaşında olan balacaya Quranı necə öy…

12 İyun 2011 Məqalələr

Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...

Şərh əlavə et!

Ətraflı

Yeni doğulan uşağa gözəl ad qoymaq

02 İyun 2011 Məqalələr

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...

Şərhlər(1)

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 3 qonaq Xətdə