"Əvəz-əvəz" dünyası

Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay edərik. Çox adam uşaq böyüdür, amma çox az adam onu şəxsiyyət kimi tərbiyyə edə bilir. Bəzi valideynlər də var ki, uşağın tərbiyyəsini, həddi buluğa çatdığı zaman ona ediləcək nəsihətlər kimi başa düşür. Amma bina edilən hər bir şeyin möhkəmliyi onun binövrəsindən asılıdır, ona görə də övladlarımızın böyüdükdə "möhkəm" olması üçün, onlara körpəlikdən fikir verməliyik.
Uşaq tərbiyyəsində diqqət tələb edən bir çox vacib məqam vardır. Bunlardan biri uşağı cəzalandırmaq mövzusudur. "Cəza" sözü ərəb mənşəli olaraq, insanın etdiyi əmələ görə qazandığı tənbeh və ya, əksinə, mükafat deməkdir. Bu sözün lüğəvi mənasıdır. Uşaq tərbiyyəsi dilində isə "cəza" xoşagəlməz davranışı ortadan qaldırmaq üçün görülən tədbirə deyilir. Bu tədbir düzgün görülərsə, uşağın etdiyi hərəkət barədə düşünməyə, onu təkrar etməkdən çəkinməyə, verilən zərəri aradan qaldırmağa və ya əvəzini ödəməyə və, ən əsası, uşağın pis əməli yaxşı əməldən ayıra bilməsinə yönələ bilər. Cəzanın məqsədi - xoşagəlməz hərəkətin təkrar edilməməsidir. Əgər tədbiq olunan cəzadan sonra uşaq həmin hərəkəti yenidən təkrar edirsə, biz yeni bir tədbir görməkdə tələsməməliyik. Dayanıb düşünməliyik: mən uşağıma uyğun bir cəza verdim yoxsa yox?
Cosep Cobert demişdir: "Uşağa yersiz cəza verən valideyn həqiqi cəza tələb olunduğu zaman nə edəcəyini bilməz."
Cəza tədbiqində bir çox xətalara yol verilir. Bunlardan ən çoxu valideynin qəzəbli halda cəza verməsi zamanı baş verir. Bu an valideyn sanki əsas məqsəd olan tərbiyyəni unudaraq, uşağı cəzalandırmaqla öz hirsini soyutmağa çalışır. Çox vaxt qəzəbli halda verilən cəza əks təsir göstərir. Çünki bu halda insanın tənbehdə həddi keçmə təhlükəsi yaranır. Bu an uşağımız bizi qucaqlayaraq "Anacan, məni bağışla" desə belə, o, qəlbində peşmançılıqdan savayı başqa hisslər də keçirəcək. Ola bilsin ananın həddindən artıq sərt olduğunu görüb, onun ədalətli olmadığın düşünsün. Bu zaman uşağın bağışlanma diləməsi daha çox peşmançılıqdan yox, qorxudan irəli gəlir. Və ya elə də ola bilər ki, uşaq anasının qəzəbini görüb özünün çox pis bir insan olduğunu düşünsün və aşırı dərəcədə peşmançılıq onda özünə qarşı pis fikirlər yaratsın. Hər iki hal uşağın qəlbində pis iz qoyur. Birinci halda uşaqda valideyninə qarşı küskünlük yaranır. Ona qarşı olan etibarını itirir. İkinci halda uşağın özünüqiymətləndirmə səviyyəsi aşağı düşür və o özünə əminliyi itirir. Ana ilə övladın arası düzəlmədikdə, uşağın keçirdiyi bu hisslərin qarşısı alınmadıqda, bu onun gələcəkdə nə cür xasiyyətli insan olmasına da təsir edə bilər. O, agressiv, həyatdan küskün, insanlara qarşı kobud birisi kimi böyüyə bilər. Bu çox vaxt ananın ədalətli olmadığını düşünən uşaqlarda müşait olunur. Anasını incitdiyini düşünən uşaq isə, gələcəkdə də "Onsuzda mənim heçkimə xeyrim dəymir. Mən elə hey ətrafdakılarımı incidirəm" deyə düşünür, və bu fikirlər ona içindəki gözəllikləri və yaxşı cəhətləri kəşf etməyə manə olur. İnsanları incitdiyini düşünərək özünü onlardan təcrid edir. Əlbəttə ki, bunlar mütləq olan şeylər deyil, amma əsassız da deyil - insanın uşaqlıq dövrünün şəxsiyyətinə təsiri qaçılmazdır.
Buradan özümüz üçün bir fayda çıxaraq - ədalət üçün cəzanın böyüklüyü xətanın böyüklüyü qədər olmalıdır. Bundan əlavə, vacibdir ki, biz uşağımızın etdiyi hərəkətə görə nə dərəcədə peşman olduğuna fikir verək. Bəzən balacalarımız etdikləri səhvə görə özləri elə peşman olurlar, elə utanırlar ki, tənbehə ehtiyc belə qalmır. Bu zaman biz onları çox danlamamalı, sakit bir şəkildə: "Bax, balam, gördün sənin etdiyin hərəkət necə pisdir. Çalış birdə bunu təkrar etmə" kimi sözlər deməliyik. (Qeyd: uşağa ünvanlandırdığınız sözlər onun yaşına və əqli inkişaf dərəcəsinə uyğun olmalıdır. Əks halda sizin dedikləriniz ona qəliz gələr və o sizi anlamaz).
"Uşağı elə tərbiyə etmək lazımdır ki, ananın tək sərt baxışı onunçün artıq bir cəza kimi olsun. Və əgər bundan başqa heçnəyə əl atmağa ehtiyac qalmazsa, bu çox gözəl olar." V.Q.Belinskiy
Cəzada ən çox əl atdığımız yollardan biri uşağa "Sən filan şeyi belə etdin, mən də filan şeyi belə edəcəm" kimi sözlər deməkdir. Əslində bu cür sözlərin uşağa əvvəlcədən profilaktik olaraq deyilməsi daha effektiv olur. Bu xəbərdarlıqlar onun şüüuraltısında qalaraq həmin hərəkəti etməkdən onu çəkindirə bilər. Amma, sözsüz ki, bəzən uşaqlar bizim gözləmədiyimiz hərəkətləri edirlər. Elə ki, o haqda xəbərdarlıq etmək bizim ağlımıza belə gəlmir. Sual yaranır: ümumiyyətlə, bu cür təhtidin tədbiq edilməsi nə dərəcədə düzgündür? Elə mövzumuzun adı kimi - "əvəz-əvəz" dünyasındır. İstər bu dünya olsun, istər əbədi. İnsan mütləq etdiyi yaxşılığın və ya pisliyin cavabını alır. Bu dünyada olmasa belə, əbədiyyat diyarında mütləq alır. Amma, mövzuya qayıdaraq qeyd edək ki, bizim körpəmiz hələ bunları anlamaq üçün çox balacadır, ona görə ona elementar cəzaların tədbiq edilmədi bəzən vacib olur. Əvvəlki suala cavab olaraq deyə bilərik ki, "əvəz-əvəz" metodikasını istifadə etmək olar. Amma bunu müəyyən çərçivə içində, bəzi şərtləri yerinə yetirərək etmək lazımdır. Bu şərtlədrən: adillik, yalandan və şiddətdən uzaq olmaq, deyilən sözlərin şantaz və həqarət yönlü olmaması və s. Misalçün, uşağımız yeməyini yemədikdə: "Yeməsən sənin anan olmayacam," - kimi sözlər demək düzgün deyil. Birinci, bu sözlərdə ədalət yoxdur: heç bir yeməyə görə ana öz övladından imtina edərmi? "Yox, etməz" - deyəcəksiniz. Onda bu sizin sözlərinizin ikinci mənfi tərəfidir - siz etməyəcəyiniz şeyi uşağınıza deməklə ona yalan danışmış olursunuz. Bu sözlərin üçüncü mənfi tərəfi isə şiddətdir. Heç təsəvvür edirsinizmi, körpə uşaq üçün anasını itirmək nə dərəcədə dəhşətli bir şeydir? Öz uşaqlığını xatırlayan kəs bunu daha yaxşı təsəvvür edə bilər. Bu hələ sadəcə olaraq bir misaldır. Təəssüf ki, anaların istifadə etdiyi bü cür cümlələrdən çox misal gətirmək olar. Başqa bir misal çəkək: uşağınız sizin ən sevdiyiniz gül qabını qırır, siz də ona: "Sən mənim qabımı qırdın, mən də sənin filan oyuncağını qıracam!" deyirisiniz. Bəziləriniz bunu oxuyarkən güləcəksiniz, amma, həqiqətən, uşağını tərbiyyə etdiyini düşünərək bu cür edən analar var. Bu misal əvvəlkindən də pisdir. Çünki bu cür etməklə biz özümüz öz uşağımıza pisliyə pisliknən cavab verməyi öyrədirik. Halbuki, bunun tam əksini etməliyik. Yaxşı, bəs onda necə edək ki, düzgün olsun? Misalçün, uşağınız bir şeyi qırdıqda, o, atasının ona oyuncaq üçün verdiyi pula qırdığı şeyin yenisini ala bilər; paltarları tökübsə gedib onları özü yığışdıra bilər; əgər divarları yazıbsa bir müddətlik sevdiyi rəngli qələmlərindən məhrum ola bilər. Bunun kimi xəfif, düşündürən cəzalardan istifadə etmək olar. Amma bunu da unutmamaq lazımdır ki, uşaqlarımızın bəzi yaramazlıqları onların inkişafına yönəlir. Belə ki, uşağı öz oyuncağını söküb qırdığına görə cəzalandırmaq lazım deyil. Çünki o, bunu etməklə həmin oyuncağın hissəciklərini özü üçün kəşf edir, bütün diqqətini ona yönəldir, hətta bəzən gördüyü bu "yaramazlığın" üzərində səbrlə saatlara oturur. Bunlar uşağın əqli inkişafı üçün vacib olan məqamlardır. Və ya, başqa bir misal, uşaq yeməyi üstünə tökdüyü üçün onu acılayıb, yeməyi özünüz yedidirməyə çalışmayın. Sizin üçün çirkli patlar, batmış döşəmə problem olsa belə, uşaq üçün bu proses ailə adlanan balaca cəmiyyətdə özünü təsdiqləməsi üçün çox vacibdir. Ümumiyyətlə, unutmayın ki, uşağın məktəbəqədərki yaş dövründə inkişafı məhz oyun vasitəsilə baş verir.
Bu anda Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) həyatından gözəl bir misal yadıma düşdü. Bir gün Peyğəmbər (sallallahu əleyhi və səlləm) balaca Ənəs bin Məliki bir iş dalınca göndərir. Yolda Ənəs uşaqlara rast gəlir. Oynamağa başı qarışır və Peyğəmbərin (sallallahu əleyhi və səlləm) tapşırığını yerinə yetirməyi unudur. Bunu görən Peyğəmbər (sallallahu əleyhi və səlləm) qəzəblənmir, əksinə ona baxıb gülür. Çünki Peyğəmbər (sallallahu əleyhi və səlləm) bəşəriyyətin ən müdrik insanı, ən gözəl tərbiyyəçisi olub. Və o, uşağın oyuna olan həvəsinin təbii olduğunu bilərək buna görə uşağı tənbeh etməyib. Ənəs bunu böyüdüyü vaxt yada salaraq deyib: "Mən Allahlın rəsuluna 10 il qulluq etdim. Nə etsəm də, o mənə heçvaxt "Bunu niyə belə etdin?!" deməzdi. O məni bir dəfə də olsun tənbeh etməyib". Və bugün biz bu səhabənin həyatını haqda oxuyub, onun necə gözəl şəxsiyyət olduğunu görürük. Allah ondan razı olsun.
Bu balaca misalda bizim üçün böyük bir ibrət vardır. Ümumiyyətlə, anlamalıyıq ki, cəza tərbiyyə zamanı əl atılan ikincidərəcəli bir şeydir. Çünki ən birinici və ən gözəl üsul sözlə tərbiyyədir. Rəbbimiz Muhammədi (sallallahu əleyhi və səlləm) öz kəlamı - Qurani Kərimlə tərbiyyə etmişdir. Və bugün milyonlarla insan onun yolunu gedir, onun kimi olmağa çalışırlar.
"(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik". (Sad surəsi, 29cu ayə)

Aygül İskəndərova

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Məqalələr

Əvvəlki Növbəti Səhifə:

Uşaqlarımız yalan danışmasın

07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...

Şərh əlavə et!

Ətraflı

"Əvəz-əvəz" dünyası

15 Fev 2012 Məqalələr

Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...

Şərh əlavə et!

Ətraflı

Gündəlik "Mənim dinim" dərsləri

15 Fev 2012 Məqalələr

Gündəlik "Mənim dinim" dərsləri  Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...

Şərh əlavə et!

Ətraflı

Ultra səs müayinəsinin təhlükəsi

11 Fev 2012 Məqalələr

Ultra səs müayinəsinin təhlükəsi

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...

Şərh əlavə et!

Ətraflı

Saleh ana və ata

30 Yan 2012 Məqalələr

     Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar.   Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...

Şərh əlavə et!

Ətraflı

"Pamperslər" nədən hazırlanır?

23 Yan 2012 Məqalələr

Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...

Şərhlər(2)

Ətraflı

Tərbiyədə cəza tədbirlərinin rolu

16 Yan 2012 Məqalələr

Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...

Şərh əlavə et!

Ətraflı

Körpələrlə evdə İslam Proqramı Tövsiyyəs…

21 Dek 2011 Məqalələr

Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 

Şərh əlavə et!

Ətraflı

4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…

21 Dek 2011 Məqalələr

4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....

Şərh əlavə et!

Ətraflı

Uşaqlara Ramazan ayının fərqliliyini his…

23 İyun 2011 Məqalələr

Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...

Şərh əlavə et!

Ətraflı

Uşaqların əxlaqına güc və izzət hissləri…

23 İyun 2011 Məqalələr

Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...

Şərh əlavə et!

Ətraflı

Tərbiyə etməyə nə vaxt başlayaq?

23 İyun 2011 Məqalələr

İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...

Şərh əlavə et!

Ətraflı

Uşaq və sizin nümunə

23 İyun 2011 Məqalələr

Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...

Şərh əlavə et!

Ətraflı

Qadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…

22 İyun 2011 Məqalələr

Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...

Şərh əlavə et!

Ətraflı

Zikrin uşaqlar üzərində təsiri

22 İyun 2011 Məqalələr

Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...

Şərh əlavə et!

Ətraflı

Körpələrin gizli aləmi

14 İyun 2011 Məqalələr

Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...

Şərh əlavə et!

Ətraflı

Islamda uşaqlar

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....

Şərh əlavə et!

Ətraflı

Allah uşaqlara niyə xəstəlik və bəla gön…

14 İyun 2011 Məqalələr

Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...

Şərh əlavə et!

Ətraflı

Bir neçə gündən sonra dünyaya gələcək ye…

14 İyun 2011 Məqalələr

Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?

Şərh əlavə et!

Ətraflı

Uşaqların islamda xoşbəxtliyi

14 İyun 2011 Məqalələr

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...

Şərh əlavə et!

Ətraflı

Uşaqlarla davranmağa dair bəzi nəsihətlə…

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...

Şərh əlavə et!

Ətraflı

Cahil cəmiyyətlərdə valideynlərin uşaqla…

14 İyun 2011 Məqalələr

Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Şərh əlavə et!

Ətraflı

Ramazan nəfsə hakim olmanı uşaqlara öyrə…

13 İyun 2011 Məqalələr

Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.

Şərh əlavə et!

Ətraflı

Övlad haqqları

13 İyun 2011 Məqalələr

Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...

Şərh əlavə et!

Ətraflı

Beş yaşında olan balacaya Quranı necə öy…

12 İyun 2011 Məqalələr

Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...

Şərh əlavə et!

Ətraflı

Yeni doğulan uşağa gözəl ad qoymaq

02 İyun 2011 Məqalələr

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...

Şərhlər(1)

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 3 qonaq Xətdə