Körpələrin gizli aləmi
Qədim nəzəriyyələrə əsasən körpə, "istənilən məlumatı üzərinə yazacağın boş, ağ səhifə" kimidir. Körpələrə bir qədər fərqli nəzərlərlə baxan elm adamları həmin boş, ağ səhifə nəzəriyyəsinin səhv olduğunu sübut etməyə çalışdılar. Beləliklə, onların tədqiqatlarının heyrətamiz nəticələri aşağıdakı kimidir: Körpələr valideynlərindən başqa bir çox böyüklərə də bir neçə saniyə ərzində təsir edirlər.
Əgər onların göz bəbəklərinin bizimkilərdən böyük olduğunu görmüsünüzsə, bilin ki, bunun da bir səbəbi vardır.
Çünki o böyük gözlərlə insana baxdıqda təsir etməmələri mümkün deyil. Yəqin ki, gözlərin danışdığını eşitmisiniz... Hətta bu ifadələr körpələrə də aiddir. İnsanın göz bəbəkləri onun ruhi vəziyyətini göstərir. Bu körpələrdə də belədir. Bir şey onların xoşuna gəldiyi zaman göz bəbəkləri böyüyür. Lakin əsəbləşdiyi və ya narahat olduqları zaman isə göz bəbəkləri kiçilir.
Qədim inanclara əsasən körpələr bir o qədər də yaxşı görmürlər. Onlar böyüdükdə görmə qabiliyyətləri də artır. Dövrümüzdə isə bunun qismən səhv olduğu məlum olub.
Körpələrin eşitmə qabiliyyəti çox yüksəkdir. Hətta körpələrin görmə qabiliyyətləri də bizləri çox heyrətləndirir.
Elm adamları apardıqları tədqiqatlar nəticəsində körpələrin ana bətnində olduqları zaman bəzi səsləri eşitdikləri aydın olub.
Bununla bağlı belə deyilir: "Körpələr ana bətnində yalnız yüksək səsləri eşidirlər. Axı onlar xarici dünyadan ayrı bir dünyada yaşayırlar. Doğuş zamanı isə plasenta mayesindən müəyyən qədər orta qulağa sızır və onlar xarici aləmdə qulaqbatırıcı səsləri eşitmirlər. Körpələr onlar üçün ən mühüm səs olan ana səsini eşidirlər. Elə buna görə də insan səsinə asanlıqla vərdiş edir və onu təqlid edirlər".
Başqa maraqlı tədqiqat isə yeni dünyaya gələn körpənin qoxu ilə bağlı qeyri-adi qabiliyyətinin olmasıdır. Körpənin ana südü qoxusu olan bir yastığı təmiz yastıqdan üstün tutduğu aydın olub.
Ən maraqlısı isə odur ki, altı günlük körpə öz anasının süd qoxusunu başqalarının süd qoxusundan ayırır. Həmçinin körpələr ammonium hidroksid (sidik) kimi kəskin və pis qoxulardan diksinir, gözəl qoxular hiss etdikdə isə sevinir. Bütün bu və buna bənzər qabiliyyətlər refleks olmayıb şəxsiyyəti bildirir. Yəni bir körpə müəyyən məhdudiyyətlər daxilində fərqli davranışlara malikdir.
Körpə inkişafı psixologiyası laboratoriyasında işləyən professor Rocer Leeuverin fikrincə, körpələr "İnsanlarla münasibət sahəsində bir mütəxəssisdirlər". Gülümsəməyi necə öyrənmələri bir sirr olsa da, qətiyyətlə demək olar ki, bu çox faydalıdır. İlk dörd-beş ayı yalnız gülümsəyir, ondan sonra isə gülməyi də öyrənirlər.
Bu mövzu ilə bağlı məşhur olan başqa bir elm adamı Desmond Morris isə belə deyir: "Deməli gülümsəmək insan genlərinə həkk olunub, çünki heç bir heyvan gülümsəmir. Halbuki dünyadan xəbərsiz olan körpələr gülümsəməyi çox yaxşı bacarırlar. Üstəlik bu onlara öyrədilmədiyi halda... Belə olduğu halda düşünürəm ki, körpələr daha çox şeylər bilirlər".
Körpələr təkliyi sevmirlər. Lakin yanlarında ən çox valideynlərini istəyirlər. Belə ki, bu yerdə Montpellier Tibbi Tədqiqatlar İnstitutunun rəhbəri professor H. Montagnerin apardığı tədqiqatlar olduqca maraqlıdır. Çünki bir neçə həftəlik körpələrin öz valideynlərini tanımaları doğrudan da heyrətamizdir.
Hər bir körpə valideynini uzaqdan gördüyü zaman dərhal tanıyır. Hətta qaranlıqda da yanındakıların anası və ya atası olduğunu bilirlər.
Çünki qaranlıqda qoxu hiss edirlər. Heç nə görmədikləri və ya qoxu hiss etmədikləri zaman səslərindən valideynlərini tanıyırlar.
Həmçinin başqa bir sınaqda hər bir ananın hətta yuxuda da öz körpəsinin səsini dərhal tanıdığı məlum olub.
Professor Montagner sınaqdan belə bəhs edir: "20-yə yaxın qadından ibarət ananı böyük bir xəstəxanada yerləşdirdik. Onların körpələrini də xəstəxananın digər tərəfində yerləşdirdik. Gecələr aparılan qeydlərə əsasən qadınlar yatdıqları zaman öz körpələrinin səsini eşidib dərhal oyanırlar. Qadınların yuxu zamanı bu qədər körpə səsi arasından öz körpələrinn səsini ayırıb oyanmalarının sirrini hələ də öyrənə bilməmişik".
Həmin tanımaq mexanizminin necə işləməsi isə tam olaraq aydın deyil.
Burada bilinən yalnız İlahi rəhmətin, ana ilə körpəsi arasındakı möcüzəli şəfqət bağının olmasıdır. Körpələrdə olan bu heyrətli hallar onların bioloji formulların ifadə edilmədiyi insan ruhunu sığındırmasına gözəl dəlildir. Biz səfərə çıxdığımız zaman hazırlıq gördüyümüz kimi körpələr də həyata göndərilməmişdən əvvəl sanki lazım olan xüsusiyyətlərlə təchiz olunurlar.
Məqalələr
Uşaqlarımız yalan danışmasın
07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...
Ətraflı"Əvəz-əvəz" dünyası
15 Fev 2012 Məqalələr
Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...
ƏtraflıGündəlik "Mənim dinim" dərsləri
15 Fev 2012 Məqalələr
Gündəlik "Mənim dinim" dərsləri Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...
ƏtraflıUltra səs müayinəsinin təhlükəsi
11 Fev 2012 Məqalələr

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...
ƏtraflıSaleh ana və ata
30 Yan 2012 Məqalələr
Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar. Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...
Ətraflı"Pamperslər" nədən hazırlanır?
23 Yan 2012 Məqalələr
Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...
ƏtraflıTərbiyədə cəza tədbirlərinin rolu
16 Yan 2012 Məqalələr
Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...
ƏtraflıKörpələrlə evdə İslam Proqramı Tövsiyyəs…
21 Dek 2011 Məqalələr
Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur.
Ətraflı4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…
21 Dek 2011 Məqalələr
4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....
ƏtraflıUşaqlara Ramazan ayının fərqliliyini his…
23 İyun 2011 Məqalələr
Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...
ƏtraflıUşaqların əxlaqına güc və izzət hissləri…
23 İyun 2011 Məqalələr
Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...
ƏtraflıTərbiyə etməyə nə vaxt başlayaq?
23 İyun 2011 Məqalələr
İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...
ƏtraflıUşaq və sizin nümunə
23 İyun 2011 Məqalələr
Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...
ƏtraflıQadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…
22 İyun 2011 Məqalələr
Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...
ƏtraflıZikrin uşaqlar üzərində təsiri
22 İyun 2011 Məqalələr
Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...
ƏtraflıKörpələrin gizli aləmi
14 İyun 2011 Məqalələr
Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...
ƏtraflıIslamda uşaqlar
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....
ƏtraflıAllah uşaqlara niyə xəstəlik və bəla gön…
14 İyun 2011 Məqalələr
Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...
ƏtraflıBir neçə gündən sonra dünyaya gələcək ye…
14 İyun 2011 Məqalələr
Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?
ƏtraflıUşaqların islamda xoşbəxtliyi
14 İyun 2011 Məqalələr
Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...
ƏtraflıUşaqlarla davranmağa dair bəzi nəsihətlə…
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...
ƏtraflıCahil cəmiyyətlərdə valideynlərin uşaqla…
14 İyun 2011 Məqalələr
Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri
ƏtraflıRamazan nəfsə hakim olmanı uşaqlara öyrə…
13 İyun 2011 Məqalələr
Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.
ƏtraflıÖvlad haqqları
13 İyun 2011 Məqalələr
Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...
ƏtraflıBeş yaşında olan balacaya Quranı necə öy…
12 İyun 2011 Məqalələr
Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...
ƏtraflıYeni doğulan uşağa gözəl ad qoymaq
02 İyun 2011 Məqalələr
Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |