Övlad haqqları


Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi isə bu hüquqlardan bəzilərini sadalayaq və bu hüquqlara məxsus olan İslamın gözəlliklərini qeyd edək.Birinci: Övladların dünyaya gəlməmişdən öncə olan haqları:
1. Evlənərkən və ya qız ərə verərkən onun saleh bəndə olmasına, eləcə də dini və əxlaqi xüsusiyyətlərinə daha üstünlük vermək. Peyğəmbər səllallahu əleyhi vəsəlləm buyurmuşdur:

قال النبي e: «فاظفر بذات الدين تربت يداك». جزء من حديث أبي هريرة t، أخرجه البخاري في صحيحه ومسلم.

"Dini gözəllik xüsusiyyətinə görə seç, xeyrə çatarsan!" .
Həmçinin başqa bir hədisdə buyurur:

وقال أيضا: «إذا جاءكم من ترضون دينه وخلقه فأنكحوه إلا تفعلوا تكن فتنة في الأرض وفساد». جزء من حديث أبي حاتم المزني، أخرجه الترمذي في سننه وحسنه الترمذي وله طرق وشواهد.

"Sizin yanınıza dinindən və əxlaqından razı qaldığınız adamlar (evlənmək məqsədi ilə) gəlsələr, onları evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə-fəsad olar" .
Çünki evlənməkdən məqsəd sadəcə olaraq ehtiras hisslərini ödəmək deyildir. Əslində evlənmək gözəl yaşayış, yaxşılıq və mütilik üzərində olan bir həyatdır. Ər öz arvadına xeyir işləri və Allah taalaya müti olmağı əmr edir, arvad da kişiyə nəsihət edir və bunları həyata keçirmək üçün ərinə kömək olur. Həmçinin ər-arvad uşaq üçün saleh tərbiyə mənbəyi olmalıdır. Valideynlərin əməlisaleh olmaları uşağın gözəl tərbiyə alması üçün çox əhəmiyyətlidir. Bütün bu gözəl xüsusiyyətlərə nail olmaq yalnız əməlisaleh qadınla evlənmək və əməlisaleh kişiyə qız verməklə mümkündür.
2. Cinsi əlaqədən öncə kişinin bu duanı deməsi sünnədir. İbn Abbas a.r.o. Peyğəmbərdən s.a.v. rəvayət edərək deyir:

عن النبي e قال: «لو أن أحدكم إذا أراد أن يأتي أهله فقال: باسم الله، اللهم جنبنا الشيطان وجنب الشيطان ما رزقتنا، فإنه إن يقدر بينهما ولد في ذلك، لم يضره شيطان أبداً». أخرجه البخاري في صحيحه ومسلم.

"Sizlərdən biriniz ailəsi ilə yaxınlıq etmək istədikdə: "Bismilləh, Allahummə cənnibnəş şeytanə və cənnibiş şeytanə mə razəqtənə" bu duanı dedikdən sonra həmin əlaqədən uşaq qalarsa həmin uşağa şeytanın heç bir zərəri dəyməz" . Çünki, kişi öz qadını ilə yaxınlıq etdiyi zaman şeytan dünyaya gələcək uşaqda öz payını istər. O, Allah taalaya and içərək demişdir:
"O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam"." (ən-Nisa: 118). Bu vaxt Allah taalaya sığınmaq şeytanı uzaqlaşdırır. Onu uşağın ilk yaradılışına təsir etməkdən kor-peşman döndərir. Bu da Allah taalanın izni ilə uşağın şeytandan qorunmasıdır.

İkinci: Övlad doğulduqdan sonra onun haqları.
1. Doğulmuş uşağın qulağına azan oxumaq.

عن أبي رافع t قال: «رأيت رسول اللهe أذن في أذن الحسن بن علي حين ولدته فاطمة بالصلاة» أخرجه أبو داود في سننه والترمذي في سننه وقال الترمذي: هذا حديث صحيح والعمل عليه.

Əbu Rafi a.r.o. deyir ki, mən Peyğəmbəri s.a.v. Hüseyn İbn Əli doğularkən onun qulağına azan verdiyini gördüm" .
Bu, körpənin ilk olaraq Allah kəlməsini və onun əzəmətli Rəbb olduğunu eşitməsi, şəhadət kəlməsini duyması, şeytanın azan sözlərini eşitdikdə qaçması, Allah taalanın dəvətinin şeytanın çağırışından əvvəl olması və s. üçündür.
2. Doğulmuş uşağın əvəzinə əqiq etmək (yəni, Allaha şükr əlaməti olaraq qoç kəsmək), başını qırxmaq və adını qoymaq. Salman ibn Amir əl-Dabbi a.r.o. Peyğəmbərin s.a.v. belə buyurduğunu deyir:

قال رسول الله e: «مع الغلام عقيقة، فأهريقوا عنه دما، وأميطوا عنه الأذى». أخرجه البخاري في صحيحه.

"Doğulmuş körpə ilə əqiq (qurban) vardır, onun əvəzinə qan axıdın və üzərindəki natəmizliyi (saçını) təmizləyin" .
Səmurə a.r.o. Peyğəmbərin s.a.v. belə buyurduğunu deyir:

وعن سمرة t قال: «كل غلام رهين بعقيقته، تذبح عنه يوم سابعه ويحلق رأسه ويسمى». أخرجه أبو داود في سننه والترمذي في سننه والنسائي في سننه وابن ماجه، قال الترمذي: هذا حديث حسن صحيح والعمل على هذا.

"Hər bir doğulmuş uşağın əqiqi (qurbanı) onunladır. Yeddinci günü onun adından heyvan kəsilir, başı qırxılır və adı qoyulur" .
Aişə a.r.o. Peyğəmbərdən s.a.v. rəvayət edərək deyir:

قال رسول الله e: «عن الغلام شاتان مكافئتان، وعن الجارية شاة». أخرجه الإمام أحمد في المسند والترمذي في سننه وغيرهما، وقال الترمذي: حديث حسن صحيح.

"Doğulmuş oğlan uşağının əvəzinə birgə iki, qız uşağının əvəzinə isə bir qoç (yaxud qoyun) kəsilir" .
Bu heyvanların kəsilməsi Allah taalaya, onlara uşaq bəxş etdiyindən şükür əlaməti olaraq kəsilir. Hamıya məlumdur ki, əksər hallarda valideynlər tərəfindən oğlan uşağı daha çox sevilir. Ona görə də oğlan uşağının doğulması daha böyük nemət sayılır. Onun üçün Allah taala oğlan uşağının əvəzinə iki, qız uşağının əvəzinə isə bir qoç kəsməyi əmr etmişdir. Bunların hər ikisi Allah taalanın neməti olduğu üçün onların əvəzinə qoç kəsib ətinin paylanmasını əmr etmişdir ki, qoy bununla çox insanlar sevinsin və hamı bu uşaq üçün xeyirli dua etsin. Doğulmuş uşağın gözəl qarşılanması, onun qədrini bilmək, onu doğru yola yönəltmək və gözəl tərbiyə etmək üçün müsəlman valideynlərə bir xatirədir.
3. Uşaqlara gözəl adlar vermək: Peyğəmbər s.a.v. uşaqlara gözəl adlar verməyi tövsiyə edərdi. Abdullah Ibn Ömər a.r.o. deyir ki, Peyğəmbər s.a.v. buyurmuşdur:

قال رسول الله e: «إن أحب أسمائكم إلى الله عبد الله وعبد الرحمن» أخرجه مسلم.

"Sizin Allah taalaya ən sevimli adlarınız, Abdullah və AbdurRəhmandır" .
Gözəl ad seçmək, uşaqların haqlarından sayılır. Çünki, uşaq adı ilə tanınır və onunla da çağırılır. Ad, uşağın üzərində bir əlamətdir. O, xoşladığı və qəlbi rahat olduğu adı eşitdikdə rahatlanar və nəfsi dayaq tapar. Həmçinin burada olacaq haqda xəbər verən gözəl əlamət vardır və Peyğəmbər s.a.v. gözəl əlamətləri xoşlayardı. Əgər uşağın adı pis olarsa o yalnız pis söz eşidəcək və bununla çağırılacaqdır. Bu da onun təbiətini korlamaq üçün bir səbəb ola bilər. Bu ad onun canını sıxar və ciddi problemlərə səbəb ola bilər. İslam şəriətinin, uşaqlara gözəl ad qoymağı əmr etməsi, bu şəriətin gözəlliyindən bir guşədir. Peyğəmbər s.a.v. buyurmuşdur:

«فإن الله لا يحب الفحش ولا التفحّش» كما قال عليه الصلاة والسلام.

"Çünki, Allah taala pis işləri və pislikləri sevməz".
4. Sünnət etmək. Uşaqları sünnət etmək fitrətdən və Peyğəmbərin  sünnəsindəndir (qoyduğu qaydalardandır). Əbu Hureyrə  Peyğəmbərin  belə buyurduğunu rəvayət edir:

قال رسول الله e: «الفطرة خمس: الختان، والاستحداد، وقص الشارب، وتقليم الأظفار، ونتف الإبط».أخرجه البخاري في صحيحه ومسلم.

"Fitrət (işləri) beşdir: Sünnət, övrət yerlərini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuqaltı tükləri yolmaq" .
Eləcə də, sünnət təmizlik və yaradılışın gözəlləşdirilməsi deməkdir. Sünnət olunmayanlar natəmizlikdən və digər səhhətə aid problemlərdən şikayətlənirlər. Bu da açıq dəlildir ki, sünnət etmək fitrətdəndir. İslam şəriəti də bu fitrəti dəstəkləyərək sünnət etməyi müstəhəb etmişdir.
5. Onlarla nəvaziş və rəhmətlə davranmaq. Peyğəmbər s.a.v. bu xüsusiyyətə görə Qureyş qəbiləsindən olan saleh qadınları tərifləmişdir. Əbu Hureyrə a.r.o. Peyğəmbərin s.a.v. belə buyurduğunu deyir:

عن النبي e قال:«خير نساء ركبن الإبل صالح نساء قريش، أحناه على ولد في صغره، وأرعاه على زوج في ذات يده». أخرجه البخاري في صحيحه ومسلم.

"Dəvə üzərində oturmuş ən xeyirli qadınlar Qüreyşli qadınlardır. Bu qadınlar körpə uşağa nəvazişlə baxar, öz ərinə gözəl xidmət göstərərlər" .
Uşaqlara qarşı rəhmli və şəfqətli davranmaq lazımdır. Əslində həyatı, rəhmət və mərhəmətsiz təsəvvür etmək mümkün deyildir.
6. Onlar özlərini dolandırmaq iqtidarında olana qədər, onların xərcliklərini və gündəlik təlabatlarını ödəmək atanın boynundadır. Bu xərclik və gündəlik təlabata yemək, içmək, geyim, məskunlaşma, müalicə, oxutmaq və tərbiyə etmək daxildir. Bunlar həm qız, həm də oğlan uşaqlarının haqlarıdır.
Sovban a.r.o. Peyğəmbərin s.a.v. belə buyurduğunu rəvayət edərək deyir:

قال رسول الله e: «أفضل دينار ينفقه الرجل: دينار ينفقه على عياله، ودينار ينفقه الرجل على دابته في سبيل الله، ودينار ينفقه على أصحابه في سبيل الله» أخرجه مسلم.

"Kişinin xərclədiyi ən yaxşı dinar (pul), ailəsi, Allah taala yolunda mindiyi miniyi və Allah yolunda öz yaxınları üçün xərclədiyi dinardır (puldur)" .
Əbu Hureyrə a.r.o. Peyğəmbərdən s.a.v. rəvayət edərək deyir:

قال رسول الله e: «دينار أنفقته في سبيل الله، ودينار أنفقته في رقبة، ودينار تصدقت به على مسكين، ودينار أنفقته على أهلك، أعظمها أجرا الذي أنفقته على أهلك». أخرجه مسلم.

"Allah yolunda xərclədiyin dinar, kölə azad etdiyin dinar, kasıba verdiyin dinar və ailən üçün xərclədiyin dinar. Bunların ən çox savab olanı ailən üçün xərclədiyin dinardır" .
Çünki, azyaşlı uşaq, qız və ya oğlan olmasından asılı olmayaraq qazanc əldə etmək iqtidarında deyildir. Ona görə də Allah taala bu xərcliyi ata üzərində vacib hüquqlardan etmişdir. Ona görə ki, bu uşaqların gələcək həyatları güclü kömək və dəstək əsasında qurulmalıdır. Allah taala ataların qəlblərində elə bir məhəbbət və mərhəmət yaratmışdır ki, onlar bu xərcləri ödəməkdə heç bir çətinlik çəkməzlər. Bununla belə Allah taala bunu vacib etmiş və atalara etdikləri bu əməlin əvəzi olaraq çoxlu savab vəd etmişdir. Peyğəmbər s.a.v. buyurmuşdur:

قال عليه الصلاة والسلام: «إنك لن تنفق نفقة تبتغي بها وجه الله إلا كان لك فيها أجر حتى ما تجعل في فِيِّ امرأتك» رواه البخاري في صحيحه ومسلم.

"Sən Allah yolunda xərclədiyin hər malın savabını qazanırsan. Hətta həyat yoldaşına yedizdirdiyin bir tikənin də savabını qazanırsan..." . Bütün deyilən və vəd olunanlar ataları bu və digər xərcliklərdə xəsislik etməməyə çağırır!
7. Övladlar arasında bərabərliyin vacibliyi. Onların arasında qız yaxud oğlan olmasından asılı olmayaraq heç bir fərq qoymamaq.

عن النعمان بن بشير-رضي الله عنهما-قال: تصدق علي أبي ببعض ماله، فقالت أمي عمرة بنت رواحة: لا أرضى حتى تشهد رسول الله e فانطلق أبي إلى النبي e ليشهده على صدقتي. قال له رسول الله r: «أفعلت هذا بولدك كلهم »؟ قال: لا. قال: «اتقوا الله واعدلوا في أولادكم». فرجع أبي، فرد تلك الصدقة.أخرجه البخاري في صحيحه ومسلم.

Noman Ibn Bəşir a.r.o. deyir: Atam malının bir hissəsini mənə sədəqə olaraq vermişdi. Anam, Amratu Bint Rəvahə  dedi ki, Peyğəmbərdən  bu haqda soruşmasan mən razı olan deyiləm! Atam Peyğəmbərin  yanına gedib mənə verdiyi sədəqə haqda soruşdu. Peyğəmbər  buyurdu: "Bu sədəqəni, övladlarının hamısına vermisənmi?" Atam: xeyr, deyərək cavab verdi. Peyğəmbər  buyurdu: "Allahdan qorxun və övladlarınız arasında adillik edin!" Atam, qayıdıb mənə verdiyi sədəqəni geri götürdü .
Övladlar arasında adillik etmək vacibdir.

( وإذا أعطى بعض ولده شيئا لم يجز حتى يعدل بينهم ويعطي الآخرين مثله ).أخرجه البخاري في صحيحه.

"Övladlarının bəzilərinə bir şey verdikdə digərlərinə də eynisini vermək lazımdır. Yalnız bu halda onlara qarşı adil olmaq mümkündür" .
Bu şəriət qaydasında, ataya və övlada həddindən artıq çox mərhəmət və lütf vardır.
a. Övladlar arasında fərq qoymaq, onların birini digərinə qarşı həsədli, nifrətli və qəzəbli edir. Bunu, Yusif peyğəmbər (Ona Allahın salamı olsun!) və onun qardaşlarının əhvalatı təsdiq edir. Əslində Yaqub (Ona Allahın salamı olsun!) Yusifə digər qardaşlarından daha çox xərclik verməmişdi. Sadəcə olaraq atalarının Yusifi onlardan daha çox sevdiyini hiss edib istədiklərini etdilər.
Əgər qardaşlar arasında həsəd və nifrət varsa, deməli onların qohumluq əlaqələri qırılmış hesab olunur. Belə halda onlar bir-birinə dayaq olmaqdan vaz keçər, düşmənçilik və nifrət göstərərlər.
b. Övladlar arasında fərq qoymaq, onların valideynin üzünə ağ olmalarına səbəbdir. Çünki şeytan, məhrum edilmiş övlada: "atan səni sevmir, digər qardaşını səndən çox sevir" deyərək vəsvəsə verəcəkdir. Nəticədə övlad valideynlərin haqlarını layiqincə verməyəcəkdir. Ona görə də Peyğəmbər s.a.v. Noman ibn Bəşirin a.r.o. nəql etdiyi hədisinin bəzi rəvayətlərində buyurmuşdur:

في إحدى روايات حديث النعمان بن بشير: «أيسرك أن يكونوا لك في البر سواء؟»

"Sənə göstərdikləri yaxşılıqda eyni olmalarını istəmirsənmi?"
c. Ata xərclik verməkdə övladları arasında fərq qoymaqla, övladlarının niyyətlərini korlamış olur. Çünki, bundan sonra onlar, etdikləri əməlləri və itaətlərini Allah taala üçün deyil, atalarının göz¬ün¬də yaxşı görünmək və digər qardaşa verilən xərcliyə nail olmaq üçün edəcəklər.
d. Xərclik verilən övlad özünü digər qardaşlarından üstün və daha layiqli hesab edə bilər. Bu da onun həlak olması və işlərinin pozulması üçün kifayətdir.
8. Övladlara yaxşı tərbiyə vermək: Allah taala buyurur:
""Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" – de." (əl-İsra: 24).
"(Ya Rəsulum!) Yadında qalsın ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)". Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara qulaq as!), tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!" (Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır! Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!" (Loğman: 13-19).
Bu, ataların boynuna düşən ən mühüm vacib olandır. Çünki Allah taala insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allah taala buyurur:
"Mən, cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat: 56).
İbadətlərin ən əzəmətlisi də namazdır. Atanın öz övladına namaz qılmağı əmr etməsi vacibdir. Peyğəmbər s.a.v. buyurmuşdur:
"Övladlarınıza yeddi yaşları tamamlandıqda namaz qılmağı əmr edin. On yaşlarından isə (namaz qılmasalar) onları vurun və (qızlarla oğlanların) yataqlarını ayırın" .
Bu, övladların ata üzərində olan ən əhəmiyyətli haqdır. Çünki ata yalnız əməlisaleh övladından xeyir görə bilər. Əməlisaleh övlad öz atasına yaxşılıq edər, onun üçün dua edər, adından sədəqə verər və onun vəfatından sonra ona fayda verər. Allah taala atalara öz övladlarını tərbiyə etməyi və şəriət qanunlarına riayət etməyi əmr etmişdir. Bu, atanın övlada olan hədsiz yaxşılığıdır. Əslində bu, atanın özü üçün etdiyi bir yaxşılıqdır. Çünki, əgər övlad əməlisaleh olarsa, atasına həm sağlığında və həm də öləndən sonra fayda verər. Övlad fasiq olarsa sağlığında ona zərər verər, öləndən sonra isə ona xeyir verməz.
Onlar üçün xeyir və doğru yol istəməklə dua etmək: Allah taala İbrahim və İsmailin dualarından bəzilərini xatırladaraq buyurmuşdur:
"(İbrahim və İsmail dedilər: ) "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər. tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!"" (əl-Bəqər: 128).
Həmçinin Allah taala Zəkəriyyə peyğəmbərin belə dua etdiyini buyurur:
"Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, O həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl əxlaqi ilə) riza (Sənin rizanı) qazanmış olsun!"" (Məryəm: 5-6)
Əbu Hureyrə a.r.o. Peyğəmbərdən s.a.v. rəvayət edərək buyurur:

عن النبي e قال: «ثلاث دعوات مستجابات لا شك فيهن، دعوة الوالد، ودعوة المسافر، ودعوة المظلوم». رواه أبو داود في سننه والترمذي في سننه وابن ماجه في سننه وحسنه الترمذي والألباني وغيرهما.

"Üç dua qəbul olunandır və bu duaların qəbul olunmasında heç bir şübhə yoxdur. Atanın duası, müsafirin duası və məzlumun duası" .
Əgər Allah taala rəhmət olaraq, ata-analara övladları üçün etdikləri duaları qəbul edəcəyini vəd edibsə, onlar övladları üçün gözəl dualar etməyi unutmamalıdırlar. Çünki övladlar nə qədər bu dünyada sağdırlarsa, valideynlər üçün dünyada göz işığı, öldükdən sonra isə daimi sədəqə ola bilərlər.
Bu, valideynlərin boynuna düşən bəzi övlad haqlarıdır. Biz sadəcə olaraq onun az bir hissəsində İslamın gözəlliklərini qeyd etdik. Deyilənlərin hamısı, İslam şəriətinin kamil və hikmətli şəriət olmasının sübutudur.

mənbə abubakr-mescidi.com

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Məqalələr

Əvvəlki Növbəti Səhifə:

Uşaqlarımız yalan danışmasın

07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...

Şərh əlavə et!

Ətraflı

"Əvəz-əvəz" dünyası

15 Fev 2012 Məqalələr

Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...

Şərh əlavə et!

Ətraflı

Gündəlik "Mənim dinim" dərsləri

15 Fev 2012 Məqalələr

Gündəlik "Mənim dinim" dərsləri  Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...

Şərh əlavə et!

Ətraflı

Ultra səs müayinəsinin təhlükəsi

11 Fev 2012 Məqalələr

Ultra səs müayinəsinin təhlükəsi

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...

Şərh əlavə et!

Ətraflı

Saleh ana və ata

30 Yan 2012 Məqalələr

     Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar.   Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...

Şərh əlavə et!

Ətraflı

"Pamperslər" nədən hazırlanır?

23 Yan 2012 Məqalələr

Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...

Şərhlər(2)

Ətraflı

Tərbiyədə cəza tədbirlərinin rolu

16 Yan 2012 Məqalələr

Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...

Şərh əlavə et!

Ətraflı

Körpələrlə evdə İslam Proqramı Tövsiyyəs…

21 Dek 2011 Məqalələr

Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 

Şərh əlavə et!

Ətraflı

4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…

21 Dek 2011 Məqalələr

4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....

Şərh əlavə et!

Ətraflı

Uşaqlara Ramazan ayının fərqliliyini his…

23 İyun 2011 Məqalələr

Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...

Şərh əlavə et!

Ətraflı

Uşaqların əxlaqına güc və izzət hissləri…

23 İyun 2011 Məqalələr

Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...

Şərh əlavə et!

Ətraflı

Tərbiyə etməyə nə vaxt başlayaq?

23 İyun 2011 Məqalələr

İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...

Şərh əlavə et!

Ətraflı

Uşaq və sizin nümunə

23 İyun 2011 Məqalələr

Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...

Şərh əlavə et!

Ətraflı

Qadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…

22 İyun 2011 Məqalələr

Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...

Şərh əlavə et!

Ətraflı

Zikrin uşaqlar üzərində təsiri

22 İyun 2011 Məqalələr

Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...

Şərh əlavə et!

Ətraflı

Körpələrin gizli aləmi

14 İyun 2011 Məqalələr

Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...

Şərh əlavə et!

Ətraflı

Islamda uşaqlar

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....

Şərh əlavə et!

Ətraflı

Allah uşaqlara niyə xəstəlik və bəla gön…

14 İyun 2011 Məqalələr

Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...

Şərh əlavə et!

Ətraflı

Bir neçə gündən sonra dünyaya gələcək ye…

14 İyun 2011 Məqalələr

Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?

Şərh əlavə et!

Ətraflı

Uşaqların islamda xoşbəxtliyi

14 İyun 2011 Məqalələr

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...

Şərh əlavə et!

Ətraflı

Uşaqlarla davranmağa dair bəzi nəsihətlə…

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...

Şərh əlavə et!

Ətraflı

Cahil cəmiyyətlərdə valideynlərin uşaqla…

14 İyun 2011 Məqalələr

Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Şərh əlavə et!

Ətraflı

Ramazan nəfsə hakim olmanı uşaqlara öyrə…

13 İyun 2011 Məqalələr

Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.

Şərh əlavə et!

Ətraflı

Övlad haqqları

13 İyun 2011 Məqalələr

Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...

Şərh əlavə et!

Ətraflı

Beş yaşında olan balacaya Quranı necə öy…

12 İyun 2011 Məqalələr

Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...

Şərh əlavə et!

Ətraflı

Yeni doğulan uşağa gözəl ad qoymaq

02 İyun 2011 Məqalələr

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...

Şərhlər(1)

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 4 qonaq Xətdə