Qadınlara nəsihətim (Şeyx Muqbilin (rahiməhullah) qızı Şeyxa Umm Abdullah )
İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.
Təbii bəzən uşaqlarla çox ciddi davranmaq lazımdır.Amma bu ciddilik də həddini aşmamalıdır.Əgər ifrata varsanız uşaq inadkar olar və sizə tabe olmaz.
Allahdan dua edirik, övladlarımızın qayğı və müdafiəsində yardımçımız olsun.Çünki hər bir valideynin üzərində çox böyük məsuliyyət dayanır.
Necə ki,
Allahu təalə Qurani-Kərimdə buyurur:
Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim surəsi/6)
Hər bir valideyn öz ailəsinin rəhbəridir.Və buna görə böyük məsuliyyət daşıyır.Əgər siz bu məsuliyyətə etinasız yanaşsanız, övladınızın tərbiyəsi də qüsurlu olacaqdır.
Sizə birinci tövsiyyəm, uşağınızı onun anlayacağı bir tərzdə öyrədin.Məsələn, Allahu təalə haqqında danışarkən, əlinizlə səmanı göstərin.Övladınız yemək yeyərkən sağ əli ilə yeməsini tələb edin.
Və beləcə övladınızı ilk çağlarından belə məsələlərə alışdırın.Peyğəmbərimiz (sas) buyurur:
-"Uşaq dünyaya müsəlman olaraq gəlir.Fəqət valideynləri onu Yəhudi və Xristian edir."Artıq övladınız dil açıb, danışmağa başlayıbsa ona yemək yeyərkən ilk öncə "Bismilləh" deməsini və ona yaxın olan yerdən yeməsini öyrədin.Tədricən bu adət halını alacaqdır.O zaman ki, övladınızın müəyyən məsələləri anlaya bildiyinə əmin oldunuzsa,ona ilk olaraq İslam dinin sütunlarından bəhs edin.Bu barədə Allahu təalənin nazil etdiyi ayələrdən və Peyğəmbərimizin (sas) səhih hədislərindən istifadə edin.
Artıq övladınız yeddi yaşına çatdısa ona namaz qılmağı öyrədin.Çünki Rasulullah (sas) buyurur:
-Yeddi yaşında övladınıza namazı öyrədin.İtaətsizlik etsə on yaşına çatdığında onları vurun.
Uşaqlarınıza əsas anladacağınız kəlmə isə tövhid kəlməsi olmalıdır.Rasulullah (sas) buyurur:
-Övladlarınıza ilk öyrədəcəyiniz kəlmə "Lə iləhə illəllah" kəlməsi olsun.
Yəni ən böyük önəmi əqidə məsələsinə yönəldin.Bu barədə Peyğəmbərimizin (sas) çox gözəl hədisləri mövcuddur.Necə ki, Rasulullah (sas) buyurur:
-"Allahı xatırlayın, Allah sizi qoruyacaqdır.Yalnız Ona dua edib, Ondan kömək diləyin!Əgər bütün ümmət sizə xeyir vermək üçün yığışsalar Allahın yazdığından artıq sizə xeyir verə bilməyəcəklər.Yox əgər zərər vermək üçün yığışsalar yenə Allahın yazdığından artıq zərər verə bilməyəcəklər."
Loğmanın (aleyhissəlam) oğluna etdiyi nəsihəti siz də övladınıza edin.
-" (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)"
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!
Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!"
(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!
Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!
Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!" (Loğman surəsi/13-19)
Övladınıza məclisin ədəblərini öyrədin.Əgər qonaq gedərsə və ya hər hansısa bir məclisə daxil olarsa ilk öncə icazə istəsin.Və əgər üç dəfə izn istədikdən sonra icazə verilməzsə geri qayıtsın.Bunlar mühüm məsələlərdir, bacılar.
Bundan əlavə olaraq, övladınızı qadağan və haram olan şeylər haqqında da məlumatlandırın,onları öyrədin.Bu haramlardan necə qorunmaq yollarını izah edin.Necə ki, səhabələrdən biri buyurur: "Hər kəs Peyğəmbərdən (sas) nicata aparan əməllər barədə soruşarkən mən ancaq zəlalətə aparan əməllər barədə soruşurdum.Hətta zəlalətə düşməyim deyə..."
Gün ərzində övladınıza ayə və hədislər oxuyub, onları izah edin.Mənalarını aşılayın.Nazil olma səbəblərini bildirin.Bununla da uşaqlarınızda dinə böyük həvəs yaradın.
Yavaş-yavaş, tədricən Qurani-Kərimi onlara əzbərlədin.Quranı yadda saxlamaq narahatlıq doğuran bir məsələdir.Amma uşaqların hafizəsi daha güclü olur.Onun üçün gün ərzində müəyyən qədər ayələri oxuyub öyrənsinlər və əməl etmədikcə digər ayələrə keçməsinlər.
Rasulullah (sas) buyurur: "Sizdən ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir!"Ən mühüm məsələlərdən biri də övladınızın böyüdüyü mühitdir.Bu mühit nə qədər sağlam olarsa övladınızın əqidə və əxlaqı da bir o qədər sağlam olar.Belə ki,övladlarınızı əxlaqsız və səfeh uşaqlardan uzaq edin.Onlarla ilə bir yerdə oynamağı qadağan edin.Çünki uşaq gördüyü bir hərəkəti mənasına varmadan dərhal götürür və təkrarlayır.
Uşaq qəlbi ağ vərəqə bənzəyir.Siz istədiyinizi o vərəqdə həkk edə bilərsiniz.Övladınızı dünyəvi sevgilərdən uzaq edin.Təbii birdəfələik məhrum etmək də düzgün deyildir.Çünki o əhatəsində olanlara baxır.Və onlardan seçilmək istəmir.Amma əxlaq ilə, mülayim rəftar ilə pis və xoşagəlməz xarakteri övladınızdan uzaq edin.Təbii o da böyüdükcə bunları daha dərindən anlayacaqdır.
Və gecələr uşaqlarınızı çölə buraxmayın.Çünki bu vaxt Şeytanın azdırma vaxtlarındandır.Necə ki, hədisdə buyurulur:" Axşam vaxtı Allahı zikr edib, qapı-pəncərəni örtün, çünki bu vaxt şeytan onları aça bilməyəcəkdir.!"
Və hər bir valideyn çalışmalıdır ki, övladı əməli saleh olsun.Çünki Rasulullah (sas) buyurur:" İnsan öldükdən sonra əməli bitir.Ona artıq savab yazılmır.Lakin üç kəsdən başqa." Bu kəslərdən biri də özündən sonra əməli saleh övlad qoyandır.Yəni övladı etdiyi saleh əməllərdən valideyninə də savab yazılır.
Bu barədə kifayət qədər ayə və hədislər mövcuddur.Çalışın oxuyun,nəticə çıxarın və tətbiq edin. Məsələn, Nuh (aleyhissəlam) ilə oğlunun söhbəti.Allah təalə bu haqda buyurur:
-(Oğlu ona) belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar". Nuh dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. (Hud surəsi/43)
Və ya İbrahim (aleyhissəlam) peyğəmbərin hekayəsi.Allahu Təalə buyurur:
-(Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!" (Məryəm surəsi/46)
Təbii ki, Allahu təalə sizi ən çox övladlarınızla sınağa çəkmişdir.Çalışmaq lazımdır ki, bu sınağın gerçək mənasını anlayaq və sınaqdan üzü ağ çıxaq.Şeytanın qurduğu bu tələyə düşməyək.Özümüzü bu fitnədən qoruyaq.Allahu təalə buyurur:
-Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir! (Təğabun surəsi/14)
Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır. (Munafiqun surəsi,9)
Uşaqlar adətən gördüyündən təsirlənirlər.Yəni siz öz aranızda və qohumlarınız arasında əxlaq və nəzakət ilə davransanız bu övladınızın tərbiyəsində mühüm rol oynayacaqdır.
Və dövrümüzün bəlalarından biri- evdə uşaq xəstələnərkən dərhal onu hansısa falçının yanına aparırlar.Təbii ki, bu küfrdür. İlk öncə Allaha təvəkkül etmək və Ondan kömək diləmək lazımdır.Çünki bəndələrinə şəfa verən Odur.
Övladlarınızın əxlaqına təsir edən vasitələrdən biri də televizordur.Bəzi valideynlər imkan yaradıblar ki, küfr televizor vasitəsi ilə evə daxil olsun.Təbii, indiki dövrdə ondan çox ehtiyatla istifadə etməliyik.Hətta özünüz və övladlarınız Cəhənnəmə sürüklənməsin deyə...Çünki hamı çox gözəl bilir ki, göstərilən əksər verilişlərin rəhbərləri İslam düşmənləridir.Allah təalə bizi bu cür fitnə əhlindən qorusun.
Əlbəttə ki, övladınızın gözəl tərbiyəsi üçün hər gün Allahu təaləyə dualar edin.Övladı sizə O bəxş etdi və onun əxlaqının gözəl olması da Onun izni ilədir.
Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!(Ğafir surəsi/60)
Son olaraq dua edirik, Allahu təalə bizə əməli saleh övladlar nəsib etsin.Və bizi ailəmiz ilə birgə ən uca Cənnət olan Firdovs Cənnətində Peyğəmbər (sas) ilə bir yerdə etsin.Amin
Bu risalədə müəllifi Şeyx Muqbilin (rahiməhullah) qızı Şeyxa Umm Abdullah (hafizəhullah) olan "Qadınlara nəsihətim" kitabından istifadə edilmişdir.
Məqalələr
Uşaqlarımız yalan danışmasın
07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...
Ətraflı"Əvəz-əvəz" dünyası
15 Fev 2012 Məqalələr
Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...
ƏtraflıGündəlik "Mənim dinim" dərsləri
15 Fev 2012 Məqalələr
Gündəlik "Mənim dinim" dərsləri Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...
ƏtraflıUltra səs müayinəsinin təhlükəsi
11 Fev 2012 Məqalələr

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...
ƏtraflıSaleh ana və ata
30 Yan 2012 Məqalələr
Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar. Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...
Ətraflı"Pamperslər" nədən hazırlanır?
23 Yan 2012 Məqalələr
Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...
ƏtraflıTərbiyədə cəza tədbirlərinin rolu
16 Yan 2012 Məqalələr
Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...
ƏtraflıKörpələrlə evdə İslam Proqramı Tövsiyyəs…
21 Dek 2011 Məqalələr
Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur.
Ətraflı4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…
21 Dek 2011 Məqalələr
4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....
ƏtraflıUşaqlara Ramazan ayının fərqliliyini his…
23 İyun 2011 Məqalələr
Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...
ƏtraflıUşaqların əxlaqına güc və izzət hissləri…
23 İyun 2011 Məqalələr
Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...
ƏtraflıTərbiyə etməyə nə vaxt başlayaq?
23 İyun 2011 Məqalələr
İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...
ƏtraflıUşaq və sizin nümunə
23 İyun 2011 Məqalələr
Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...
ƏtraflıQadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…
22 İyun 2011 Məqalələr
Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...
ƏtraflıZikrin uşaqlar üzərində təsiri
22 İyun 2011 Məqalələr
Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...
ƏtraflıKörpələrin gizli aləmi
14 İyun 2011 Məqalələr
Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...
ƏtraflıIslamda uşaqlar
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....
ƏtraflıAllah uşaqlara niyə xəstəlik və bəla gön…
14 İyun 2011 Məqalələr
Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...
ƏtraflıBir neçə gündən sonra dünyaya gələcək ye…
14 İyun 2011 Məqalələr
Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?
ƏtraflıUşaqların islamda xoşbəxtliyi
14 İyun 2011 Məqalələr
Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...
ƏtraflıUşaqlarla davranmağa dair bəzi nəsihətlə…
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...
ƏtraflıCahil cəmiyyətlərdə valideynlərin uşaqla…
14 İyun 2011 Məqalələr
Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri
ƏtraflıRamazan nəfsə hakim olmanı uşaqlara öyrə…
13 İyun 2011 Məqalələr
Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.
ƏtraflıÖvlad haqqları
13 İyun 2011 Məqalələr
Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...
ƏtraflıBeş yaşında olan balacaya Quranı necə öy…
12 İyun 2011 Məqalələr
Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...
ƏtraflıYeni doğulan uşağa gözəl ad qoymaq
02 İyun 2011 Məqalələr
Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |