Uşaqların əxlaqına güc və izzət hisslərinin yerləşdirilməsinə islamın gətirdiyi həll yolları

Həmd Allaha məxsusdur.

Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin yerləşdirilməsinə dair bəzi yollar aşağıda sadalanır:

TƏXNIYYƏ-(uşaqlara müraciət edərkən künyadan istifadə etmək və yaxud atasının, anasının adı ilə çağırmaq, məsələn: gənc bir oğlan uşağına "Əbu Fulən" "filankəsin atası" deyə müraciət etmək) və yaxud gənc bir qız uşağına "Umm Fulən" filankəsin anası deyə müraciət etmək. Bu cür xitab etmək uşaqda daha çox məsuliyyət hissi və özünü böyük kimi aparmaq kimi bir hissiyyat formalaşdırır. Belə ki, o artıq özünü daha çox formalaşmış bir kəs kimi aparır və adi uşaqlardan daha üstün olduğu şüuru ilə hərəkət edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) uşaqlara künyalar (təxəllüs) verirdi. Ənəs (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) rəftar və əxlaqca insanların ən üstünü idi. Mənim bir qardaşım var idi və biz onu Əbu Ümeyr deyə çağırırdıq. Güman edirəm qardaşın təzə-təzə südəmərlik yaşını ötmüşdü və nə vaxt ki göründü Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona deyərdi: "Ey Əbu Ümeyr, nuğeyr nə etdi? (Nüğeyr kiçik bir quş idi və Ümeyr onunla oynayırdı). Hədisi Buxari (5735) rəvayət edir.

Umm Xalid bint Xalid rəvayət edir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) paltar gətirmişdilər, bunların arasında ipəkdən hazırlanmış xamisə kimi tanınan bir kiçik qara əlbisə var idi. O (Ona Allahın salavatı və salamı olsun) dedi: "Səncə bunu kimə versəm yaxşı olar?" Ətrafdakılar sükut içində idilər və sonra o (Ona Allahın salavatı və salamı olsun) dedi: "Umm Xalidi yanıma gətirin" və onu Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gətirdilər (onun olduqca gənc olduğuna dəlalət edir). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əlbisəni əlinə götürdü və onun əyninə geyindirərək dedi: "Köhnələnə qədər bunu gey". Əlbisənin üstündə yaşıl və ya sarı ləkə var idi və o (Ona Allahın salavatı və salamı olsun) dedi: "Ey Umm Xalid, bu "sənah"dır. (Sənah-Həbəşi (Efiopiya) dilində qəşəng deməkdir). Hədisi Buxari (5375) rəvayət edib.

Buxarinin rəvayət etdiyi digər bir hədisdə belə deyilir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) xamisəyə baxdı və əlbisəni göstərərək dedi: "Ey Umm Xalid, bu "sənaa"dır. (Sənaa-efiopiya dilində qəşəng deməkdir). Hədisi Buxari (5397) rəvayət edib.

UŞAQLARI MƏCLİSLƏRƏ, YIĞINCAQLARA APARMAQ VƏ BÖYÜKLƏR İLƏ OTURUB-DURMALARINA ŞƏRAİT YARATMAQ.

Çünki bu uşaqların dərrakəsini artırır və hikmətli olmasında öz töhfələrini verir, böyüklərə oxşamağa çalışırlar, oyunlar və əyləncəyə həddən artıq çox vaxt sərf etmələrinin qarşısını alır. Səhabələr Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) yanına gedib onunla oturduqda uşaqlarını özləri ilə götürərdilər. Bundan bəhs edən bir qissəni Muaviyə ibn Qurrah atasından rəvayət edərək belə deyir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir dəstə səhabələr ilə oturub-durardı. Onlardan birinin kiçik uşağı yanında idi; o uşağını arxadan çağıraraq qarşısında otuzdurardı...Hədisi Nəsai rəvayət edib və Şeyx Əlbani "Əhkam əl-Cənaiz"də hədisi səhih olaraq təsnif edib.

SƏLƏF VƏ XƏLƏFDƏN GƏLƏN QƏHRƏMANLIQ HEKAYƏLƏRİ
Sələfi (erkən dövr əcdadlarımız) və xələfi (sonradan gələn əcdadlarımız) nəsillərdən gələn qəhrəmanlıq hekayələri, islam uğrunda aparılan döyüşlər və müsəlmanların qazandıqları qələbələri onlara danışmaq.

Çünki bu qəhrəmanlıq hekayətləri uşaqlarımızın daha cəsur, mərd olmasına təşviq edəcək ki, bu da güclü və izzətli olmağın ən mühüm tərkib hissəsini təşkil edir. Zübeyr ibn əl-Əvvamın iki uşağı var idi, onlardan biri döyüşlərin bəzilərində iştirak edirdi və digəri isə atasının çiynində keçmiş döyüşlərdən qalan yara izləri ilə oynayırdı. Bunu Urva ibn əz-Zübeyr rəvayət edir və deyir ki, Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) Səhabələri Yərmuk günü Zübeyrə belə dedilər: "Sən gedib hücum edəcəksənmi? Biz səninlə gedəkmi? O dedi: "Mən hücum etsəydim..." Onlar dedilər: "Xeyr, biz (söz verdiyimiz) kimi edəcəyik." Beləliklə o (Rumlulara)qarşı hücuma keçdi, onların səfflərinə nüfuz etdi və onların arasından kəsərək keçdi, lakin onunla heç kəs getməmişdi. Sonra ətrafına dönüb baxdı və geri qayıtdı, Rumlular onun atının yüyənindən tutdular və çiynindən iki dəfə onu yaraladılar. Bu iki yeni yaranın arasında Bədr döyüşündə aldığı yaranın yeri var idi. Urva deyir: "Mən kiçik olarkən barmaqlarımı həmin yara yerlərinin üstünə qoyaraq oynayırdım.

Urva deyir: "Həmin gün Abdullah ibn Zübeyr onunla idi. Onun on yaşı var idi. Zübeyr onu atının üstünə qoydu və ondan muğayat olması üçün onu başqa birinə tapşırmışdı." Hədisi Buxari (3678) rəvayət edib.

İbn Hacər, Allah ona rəhmət etsin, hədisin şərhində belə deyir: "Zübeyr hiss edirdi ki, onun oğlu Abdullah cəsur və cəngavər biri idi. Odur ki, onu atın tərkinə mindirdi, lakin qorxurdu ki, o bacardığından daha çox bir şey etməyə cəhd edə bilərdi, odur ki, onunla başqa bir adam saxladı ki, özü döyüşə başı qarışdığı zaman oğlunun Rumluların hücumundan əmin amanlıqda olduğunu hiss etsin.

İbn əl-Mübarək, Hişam ibn Urvadan, o atasından, o Abdullah ibn əz-Zübeyrdən rəvayət edir ki, Yərmuk günü o atası ilə birlikdə idi və müşriklər qaçmağa başladıqda o hücum etdi və onlardan yaralılarını öldürməyə başladı. Yəni, rast gəldiyi yaralanmış hər əsgəri öldürdü. Bu dəlalət edir ki, o uşaqlıqdan güclü və cəsur idi.

UŞAQLARA GÖZƏL ƏXLAQI AŞILAMAQ
Uşaqlara öyrədilməsi lazım olan digər əxlaq davranışına Əbu Hüreyranın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdə işarə edlir. Hədisdə deyilir: "Gənclər özündən yaşlılara, (yoldan) ötüb keçənlər əyləşənlərə, sayca az olanlar sayca çox olanlara salam versin." Buxari, 5736

BAŞQALARININ YANINDA UŞAQLARA LAYİQ OLDUQLARI TƏRİFİ VERMƏK VƏ HÖRMƏTİ GÖSTƏRMƏK

Bu məsələ aşağıdakı hədisdə açıqlanır: Səhl ibn Sad, (Allah ondan razı olsun), deyir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) bir fincan gətirdilər və o fincandan içdi. Onun sağında oradakı camaat içində ən gənc olan bir oğlan və sol tərəfində isə böyüklər var idi. O (Ona Allahın salavatı və salamı olsun) dedi: "Ey gənc oğlan, icazənlə bunu böyüklərə verim? Oğlan dedi: "Mənə verdiyin bərəkət payımı heç kəsə verən deyiləm ey Allahın Rəsulu", odur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) fincanı ona verdi. Buxari, 2180

FİZİKİ İDMAN NÖVLƏRİNİ ÖYRƏTMƏK
Misal üçün: oxçuluq, üzgüçülük və at sürmək.

Həmçinin bura aiddir:
• Onları, xüsuilə də digərlərinin yanında təhqir etməmək
• Onların fikirlərini heç vaxt gözardı etməmək, dəyərini kiçiltməmək, öz fikir və ideyalarını ifadə etmək üçün onlara şərait yaratmaq, buna təşviq etmək
• Onlarla məsləhətləşmək və onların fikirlərini öyrənmək
• Yaşlarına və qabiliyyətlərinə müvafiq olaraq onlara tapşırıq vermək, məsuliyyət yükləmək
• Münasib şərtlərdə onları cəsur olmağı öyrətmək-o cümlədən insanların qarşısında danışmağı öyrətmək
• Paltarlarının abır-həyalı olmasına diqqət yetirmək və bayağı paltarlar, saçdüzümü, hərəkətlər və yeriş tərzinə yol verməmək
• Oğlan uşaqlarının ipək paltar geyinməməsinə diqqət etmək, bilindiyi kimi bu yalnız qadınlara aiddir
• İsrafçılıq, bəd-xərclik, dəb-dəbəyə, tənbəllik və avaralnamağa yol verməmək

Ömər, (Allah ondan razı olsun), demişdir: "Çətin həyat şərtlərinə özünüzü öyrəşdirin, çünki təmtəraq (lüks həyat burada) əbədi deyil".

Əyləncə və yaxud əyləncəməqsədli yığıncaqlar, mahnı oxumaq, musiqi və digər vaxt israfına yol verməmək. Çünki bunlar güc, izzət və ciddilik ilə bir araya sığmayan şeylərdir.

Güc və izzəti artıracaq və uşaqlarımızı mühafizə edəcək bəzi yollar və üsullar var.

Doğru Yolda hidayət edən yalnız Allahdır.

Muhəmməd Saleh əl-Münəccid

dinifetvalar

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Məqalələr

Əvvəlki Növbəti Səhifə:

Uşaqlarımız yalan danışmasın

07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...

Şərh əlavə et!

Ətraflı

"Əvəz-əvəz" dünyası

15 Fev 2012 Məqalələr

Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...

Şərh əlavə et!

Ətraflı

Gündəlik "Mənim dinim" dərsləri

15 Fev 2012 Məqalələr

Gündəlik "Mənim dinim" dərsləri  Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...

Şərh əlavə et!

Ətraflı

Ultra səs müayinəsinin təhlükəsi

11 Fev 2012 Məqalələr

Ultra səs müayinəsinin təhlükəsi

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...

Şərh əlavə et!

Ətraflı

Saleh ana və ata

30 Yan 2012 Məqalələr

     Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar.   Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...

Şərh əlavə et!

Ətraflı

"Pamperslər" nədən hazırlanır?

23 Yan 2012 Məqalələr

Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...

Şərhlər(2)

Ətraflı

Tərbiyədə cəza tədbirlərinin rolu

16 Yan 2012 Məqalələr

Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...

Şərh əlavə et!

Ətraflı

Körpələrlə evdə İslam Proqramı Tövsiyyəs…

21 Dek 2011 Məqalələr

Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 

Şərh əlavə et!

Ətraflı

4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…

21 Dek 2011 Məqalələr

4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....

Şərh əlavə et!

Ətraflı

Uşaqlara Ramazan ayının fərqliliyini his…

23 İyun 2011 Məqalələr

Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...

Şərh əlavə et!

Ətraflı

Uşaqların əxlaqına güc və izzət hissləri…

23 İyun 2011 Məqalələr

Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...

Şərh əlavə et!

Ətraflı

Tərbiyə etməyə nə vaxt başlayaq?

23 İyun 2011 Məqalələr

İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...

Şərh əlavə et!

Ətraflı

Uşaq və sizin nümunə

23 İyun 2011 Məqalələr

Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...

Şərh əlavə et!

Ətraflı

Qadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…

22 İyun 2011 Məqalələr

Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...

Şərh əlavə et!

Ətraflı

Zikrin uşaqlar üzərində təsiri

22 İyun 2011 Məqalələr

Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...

Şərh əlavə et!

Ətraflı

Körpələrin gizli aləmi

14 İyun 2011 Məqalələr

Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...

Şərh əlavə et!

Ətraflı

Islamda uşaqlar

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....

Şərh əlavə et!

Ətraflı

Allah uşaqlara niyə xəstəlik və bəla gön…

14 İyun 2011 Məqalələr

Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...

Şərh əlavə et!

Ətraflı

Bir neçə gündən sonra dünyaya gələcək ye…

14 İyun 2011 Məqalələr

Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?

Şərh əlavə et!

Ətraflı

Uşaqların islamda xoşbəxtliyi

14 İyun 2011 Məqalələr

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...

Şərh əlavə et!

Ətraflı

Uşaqlarla davranmağa dair bəzi nəsihətlə…

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...

Şərh əlavə et!

Ətraflı

Cahil cəmiyyətlərdə valideynlərin uşaqla…

14 İyun 2011 Məqalələr

Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Şərh əlavə et!

Ətraflı

Ramazan nəfsə hakim olmanı uşaqlara öyrə…

13 İyun 2011 Məqalələr

Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.

Şərh əlavə et!

Ətraflı

Övlad haqqları

13 İyun 2011 Məqalələr

Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...

Şərh əlavə et!

Ətraflı

Beş yaşında olan balacaya Quranı necə öy…

12 İyun 2011 Məqalələr

Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...

Şərh əlavə et!

Ətraflı

Yeni doğulan uşağa gözəl ad qoymaq

02 İyun 2011 Məqalələr

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...

Şərhlər(1)

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 3 qonaq Xətdə