Uşaqların islamda xoşbəxtliyi
Əbu Hüreyrə (Allah ondan razı olsun!) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bu ayəni aşağıdakı kimi açıqladığını demişdir: "Doğulan hər bir insan fitrətlə (təkallahlı kimi) dünyaya göz açar. Sonradan valideynləri onu yəhudiliyə, xristianlığa və yaxud məcusiliyə (atəşpərəstliyə) sürükləyərlər."
Əbu Hüreyrə (Allah ondan razı olsun!) belə buyurur: "Allahın insanları yaradarkən onlara bəxş etdiyi fitrəti Onun məxluqatı üçün dəyişilməzdir. Doğru din budur. Din və fitrət isə İslamdır."
İmam Müslim İyad ibn Himərdən Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: Allah deyir: "Həqiqətən, Mən Qullarımı hənif (xalis təkallahlı) olaraq yaratdım. Şeytan isə onlara öz dinlərində pusqu quraraq, halal etdiklərimi haram göstərdi."
Əbu Cəfər Məhəmməd ibn Cərir ət–Təbəri (Allah ona rəhmət etsin!) Bəni Səd qəbiləsindən olan əl–Əsvad ibn Sərinin belə dediyini rəvayət edir: "Allah Elçisi ilə (ona Allahın salavatı və salamı olsun!) birgə dörd döyüşdə oldum. Camaat müharibədə qələbə çaldıqdan sonra uşaqları əsir götürdü. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) gəlib bu hadisəyə çox qəzəbləndi və belə dedi: "Camaat nəyə görə uşaqları əsir götürür?" Bir nəfər: Ya Rəsulallah! Məgər onlar müşriklərin övladları deyilmi? – dedi. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə ona belə cavab verdi: "Sizin burada ən xeyirliniz müşriklərin övladlarıdırlar. (Yəni, sizin də valideynləriniz müşrik olublar). Həqiqətən, doğulan hər bir insan fitrətlə doğulur. O dil açdıqdan sonra valideynləri onu yəhudiliyə və yaxud xristianlığa sürükləyərlər."
Həsən əl-Bəsri deyir ki, Allaha and olsun ki, Rəbbimiz Öz kitabında belə buyurur: "(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" – demişlər. (Əraf, 172)
Ayənin mənası budur ki, doğulan hər bir insan öz Xaliqini tanıyaraq Onun rəbb olduğunu qəbul edir.
Deməli Allah təala bizdən oncə hələ uşaqlarımızın ana bətnində olmazdan əvvəl onların xoşbəxtliyini istəmişdir. Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müsəlmanlara öyrətdiyi zikrlərdən birinə diqqət yetirək. O, zövcəsi ilə yaxınlıq edən müsəlmanın aşağıdakı sözləri söyləməsini tövsiyə edir:
"Bismilləh, Allahım şeytanı bizdən və bizə verdiyin ruzidən uzaq et." (Buxari).
Hədisdə ruzi övlada işarədir. Müsəlman hələ heç ana bətninə düşməmiş bir övladının Allah tərəfindən qorunmasını dua edir. O, Allahın ona övlad verəcəyini də bilmir. Lakin o Allahın tükənməz ruzi sahibi olduğunu bilərək ümidini üzməyir və gələcək övladının xoşbəxtliyini istəyir.
Uşaqların dini tərbiyə altında böyütməsinə qayğı göstərən Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur:
"Övladlarınızı yeddi yaşına çatanda namaza çağırın. On yaşında isə onları (namaza gəlmədikləri təqdirdə) vurun və (bu yaşda onların) yataqlarını ayırın."
Peyğəmbərin bu göstərişi hər bir valideynə öz övladlarına və öhdəliyində olan uşaqlara diqqətlə yanaşmağı tövsiyə edir. Bununla da sevimli Peyğəmbərimiz onların dünya və axirətdə xoşbəxt olmalarını istəmişdir.
Buxari və Müslimin rəvayət etdiyi hədisdə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) deyir: "Hər biriniz bir himayəçisiniz və öz rəiyyətinizə görə məsulsunuz."
Bu mənada kişi öz ailəsinin himayəçisi və öz rəiyyətinə görə məsuldur. Həmçinin qadın da öz ərinin evində himayəçi və ailəsinə görə məsuldur.
Bizim hər birimiz öz övladlarımıza diqqət yetirir, himayə edir və qayğı göstəririk. Lakin bir çoxlarımızın göstərdiyi himayə və qayğı yalnız onların fiziki sağlamlığı və maddi rifahı üzərində qurulmuşdur. İnsanın öz övladının yüksək səviyyədə qayğısına qalması tərifəlayiq bir işdir. Lakin övladını maddi cəhətdən təminatlı mənəvi cəhətdən isə kasıb görmək heç bir valideynin arzusu deyil. Xüsusən də Peyğəmbərimiz buyurur ki,"Zəngin şəxs var-dövləti çox olan deyil, əksinə nəfsi tox olandır." (Buxari) Buna görə də hər iki istiqamətə diqqət göstərmək lazımdır.
Müslimin "Səhih" əsərində Abdulla ibn Məsuddan belə bir hədis rəvayət olunur: "Nütfənin ana bətninə düşdüyü yüz iyirminci günündə mələyə ruh üfürülməsi və dörd kəlimə yazmazı əmr olunur: Ruzisi, əcəli, əməli, bədbəxt və ya xoşbəxt olması..."
Alın yazısı mübahisə olunmaz bir məsələdir. Bu heç də o demək deyil ki, insan dünya ruzisi qazanmaqda, axirətdə xoşbəxtlik və yaxud bədbəxtliyə nail olmaqda əmək sərf etməyərək bütün ümidini qədərinə bağlamalıdır. Əvvəla mələyin onun üçün nə gətirdiyi qeybdir. Heç kəs bilə bilməz ki, onun qədərində nə yazılıb. Buna görə də müsəlman dünya və axirət xoşbəxtliyini qazanmaq üçün var gücü ilə çalışmalıdır. Çünki hər bir xeyir əməldə güclü olan mömin zəif mömindən daha xeyirli və Allah qatında daha sevimlidir. Allah buyurur: "Dünyadakı nəsibini də unutma." (əl-Qasas, 77)
Qədərin yəni, Allah tərəfindən hər bir insanın alın yazısının yazıldığını və hər şeyin də ona uyğun cərəyan edəcəyini öz əshabələrinə çatdırdıqdan sonra Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara belə demişdir: "Əməl edin. Kim nə üçün yaradılmışsa ona da yetişəcək."
Qeyd edildiyi kimi, müsəlman valideyn öz övladlarının və öhdəliyində olan uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Yaddan çıxartmaq lazım deyil ki, ibadət təkcə namaz qılmaqla bitmir.
Böyük fəziləti olan bu vacib əməl yəni, namaz qılmaq Allahın buyurduğu vaciblərdən biridir. Onunla yanaşı digər vacib əməllər vardır ki, həmin işlərə də Cənnət vəd verilib. Böyük İslam alimlərindən birinə sual verilir ki: "Bəs Allah Quranda deyir ki, namaz insanı pis əməllərdən çəkindirir. Lakin mən namaz qılmaqla yenə də pis əməllərə yol verirəm. Alim isə ona belə cavab verir: Sən Allahın Öz Kitabında tələb etdiyi namazı qılmırsan."
Deməli savab əməllər bir-birinə bağlıdır. Onların sanki biri o birini ardıca dartır. Valideynin öz övladının qayğısını çəkməsi savab əməllərdəndir. Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) demişdir: "Kim iki qız böyüdərsə, onların təhsilinə və tərbiyəsinə diqqət yetirərsə, Cənnətə daxil olar."
Allah bizim övladlarımızı əməlisaleh bəndələrdən etsin. Amin!
Azər Abdulla
Məqalələr
Uşaqlarımız yalan danışmasın
07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...
Ətraflı"Əvəz-əvəz" dünyası
15 Fev 2012 Məqalələr
Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...
ƏtraflıGündəlik "Mənim dinim" dərsləri
15 Fev 2012 Məqalələr
Gündəlik "Mənim dinim" dərsləri Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...
ƏtraflıUltra səs müayinəsinin təhlükəsi
11 Fev 2012 Məqalələr

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...
ƏtraflıSaleh ana və ata
30 Yan 2012 Məqalələr
Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar. Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...
Ətraflı"Pamperslər" nədən hazırlanır?
23 Yan 2012 Məqalələr
Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...
ƏtraflıTərbiyədə cəza tədbirlərinin rolu
16 Yan 2012 Məqalələr
Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...
ƏtraflıKörpələrlə evdə İslam Proqramı Tövsiyyəs…
21 Dek 2011 Məqalələr
Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur.
Ətraflı4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…
21 Dek 2011 Məqalələr
4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....
ƏtraflıUşaqlara Ramazan ayının fərqliliyini his…
23 İyun 2011 Məqalələr
Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...
ƏtraflıUşaqların əxlaqına güc və izzət hissləri…
23 İyun 2011 Məqalələr
Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...
ƏtraflıTərbiyə etməyə nə vaxt başlayaq?
23 İyun 2011 Məqalələr
İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...
ƏtraflıUşaq və sizin nümunə
23 İyun 2011 Məqalələr
Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...
ƏtraflıQadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…
22 İyun 2011 Məqalələr
Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...
ƏtraflıZikrin uşaqlar üzərində təsiri
22 İyun 2011 Məqalələr
Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...
ƏtraflıKörpələrin gizli aləmi
14 İyun 2011 Məqalələr
Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...
ƏtraflıIslamda uşaqlar
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....
ƏtraflıAllah uşaqlara niyə xəstəlik və bəla gön…
14 İyun 2011 Məqalələr
Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...
ƏtraflıBir neçə gündən sonra dünyaya gələcək ye…
14 İyun 2011 Məqalələr
Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?
ƏtraflıUşaqların islamda xoşbəxtliyi
14 İyun 2011 Məqalələr
Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...
ƏtraflıUşaqlarla davranmağa dair bəzi nəsihətlə…
14 İyun 2011 Məqalələr
Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...
ƏtraflıCahil cəmiyyətlərdə valideynlərin uşaqla…
14 İyun 2011 Məqalələr
Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri
ƏtraflıRamazan nəfsə hakim olmanı uşaqlara öyrə…
13 İyun 2011 Məqalələr
Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.
ƏtraflıÖvlad haqqları
13 İyun 2011 Məqalələr
Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...
ƏtraflıBeş yaşında olan balacaya Quranı necə öy…
12 İyun 2011 Məqalələr
Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...
ƏtraflıYeni doğulan uşağa gözəl ad qoymaq
02 İyun 2011 Məqalələr
Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |