Uşaqlarla davranmağa dair bəzi nəsihətlər

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər çox öyrənsək, araşdırsaq bir o qədər də faydalardan bəhrələnəcəyik. Bu gün bizlərə, həmçinin bizdən sonra gələn nəsillərə gələcəkdə fayda verəcək şeyləri öyrənəcəyik.
Uşaqlarımızın tərbiyəsində Peyğəmbərimizi sallallahu aleyhi və səlləm özümüzə nümunə götürməklə faydalanmaq mümkündür. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm uşaqlara necə qayğı göstərdiyini dərindən öyrənsək və bu istiqamətdə yarışsaq, Allahın neməti sayəsində inşallah öz uşaqlarımızı tərbiyə etməkdə müvəffəqiyyət qazanacağıq.

Uşaqlara insanlara göstərilən ehtirama müvafiq olaraq hörmət etməliyik. Uşaqların hörmət edilməyə ethiyacları var. Əfsuslar olsun ki, bir çox valideynlər bu hörməti, ehtiramı onlara göstərməkdə adətən qafil olurlar və nəticə etibarilə müvəffəq olmurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm gələcək nəsillərə həmişə hörmət nümayiş etdirdiyini onlara əyani şəkildə göstərmiş və onların məqamını yüksək tutmuşdur. Uhud döyüşü baş verən zaman Sad bin Malik kiçik bir uşaq idi. Atası həmin döyüşdə ölmüşdü. Peyğəmbər sallallahu aleyhi və səlləm ona yaxınlaşdı və dedi: "Sad bin Malik?" Oğlan kim olduğunu təsdiqlədikdə, peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Atanın ölümü ilə qoy Allah Öz xeyirini, bərəkətini sənə bəxş etsin".

Burada biz Peyğəmbər sallallahu aleyhi və səlləmin böyük insanlara davrandığı kimi ona da eynilə davrandığının şahidi oluruq. Rəsulullah sallallahu aleyhi və səlləm tam bir yaşlı kişiyə baş sağlığı verdiyi kimi ona da vermişdir. Rəsulullah sallallahu aleyhi və səlləm ona himayədarlıq etmədi və baş verənləri ona dərhal çatdırdı.

Uşaqlarımızın düşüncələrinə, zəkasına və dərrakələrinə daha çox qiymət, əhəmiyyət verməliyik. Onların zəka və düşüncələrini lazımınca qiymətləndirməliyik, laqeyd yanaşmamalıyıq. Onlara ehtiram göstərməli və onların hissiyyatlarına hörmət etməli, öz növbəsinə başqalarına hörmət etmək əxlaqını onlara tərbiyə etməliyik. Bu cür davranış uşaqların zehni və sosial cəhətdən inkişafına imkan verir.

Uşaqlarımızı məsuliyyət daşımağa, məsuliyyətli işlərin, tapşırıqların öhdəsindən gəlməyə öyrəşdirmək olduqca mühümdür. Bu gün bizlərdən bir çoxu, yaşlılar həmçinin uşaqlar cavabdehlik, məsuliyyətdən yaxamızı qurtarmağa və öz yükümüzü başqalarının üzərinə yükləməyə meyilliyik.

Bunun qarşısını almaq üçün, bizlərdən uşaqları olanlar, uşaqlarını tərbiyə edənlər hər şeydən öncə onlarda özləri haqqında müsbət fikirləşmək düşüncəsini yaratmağa yardım etməliyik. Bu cür davranış böyüdükçə onların məsuliyyətin öhdəsindən gəlməyi onlar üçün daha da asanlaşdıracaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ətrafındakı gənclərin şəxsiyyətini inkişaf etdirmək, yetişdirmək üçün böyük zəhmətlərə qatlaşmışdır. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm oturmuşdu. Ona içmək üçün bir şey təklif edildi. O sallallahu aleyhi və səlləm onu aldı və içdi. Rəsulullahın sallallahu aleyhi və səlləm sağ tərəfində gənc bir oğlan oturmuşdu. Sol tərəfində isə bir neçə yaşlı kişilər oturmuşdu. Ənənəvi olaraq xidmət sağdan başladığından, rəsulullah sallallahu aleyhi və səlləm oğlana tərəf döndü və dedi: "Olar (icazə verərsən) ki, ilk öncə içkini onlara (yaşlılara) təklif edim? (Səhih Muslim).

Bax bu şəkildə, qaydada uşaqlarımız necə davranmağı öyrənirlər. Həmçinin bu cür müamilə uşaqlarda özləri haqqında mənfi görüş və zəif rəylərini deyil güclü şəxsiyyət hissinin və daha iti zəkanın inkişafına səbəb olur.

Uşaqlar ilə müamiləmizdə, davranışlarımızda ədalətli, adil olmalıyıq. Uşaqlarda sabitlik, dayanıqlıq hissiyyatını təmin etməkdə ədalət amili ən ümdə əhəmiyyətə malikdir. Bu amil uşaqların bir-birinə qarşı qısqanc, paxıl olmasının və üstünlük iddiasına qarşı arzuolunmaz rəqabətin, yarışmanın qarşısını alır. Bir uşağı digərindən daha çox öpmək və yaxud birinə daha çox gülümsəmək və ya yemək və paltarda birini digərindən üstün tutmaq kimi kiçik məsələlərdə uşaqlara zülm etmiş, ədalətsiz davranmış ola bilərsiniz.

Bir dəfə Bəşir radiyallahu anhu öz oğlu Numana hədiyyə vermişdi. O peyğəmbər sallallahu aleyhi və səlləmin yanında getdi ki, o sallallahu aleyhi və səlləm buna şahid olsun, görsün. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: Ey Bəşir! Sənin ondan başqa uşaqların varmı? Bəşir uşaqlarının olduğunu dedikdə, peyğəmbər sallallahu aleyhi və səlləm ondan soruşdu: "Sən onlardan hər birinə eyni hədiyyənimi verdin? Bu suala Bəşir "mənfi" cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Elə isə mənim sənin üçün şahid olmağımı xahiş etmə. Mən ədalətsizliyiə şahid olmaram".
(Səhih Muslim)

Bizlər uşaqlarımızla səmimi, mehriban və bəzən isə şən ədalı, oynaq davranmalı, onarın həyatına girməliyik.İslamın təyin etdiyi hüdudlar çərçivəsində uşaqlarımızın öz həyatlarını şadyanalıq və şən keçirməyə ehtiyacları var. Lakin şənlik və sevgimizdə uşaqlarımızın ərköyün böyüməsinə səbəb yaratmamaq üçün həddi keçməməliyik. Bununla belə, uşaqlarımızın sevgi və şənlik ilə əlaqədar olduqca təbii ehtiyaclarından onları məhrum etməmək üçün də qətiyyətli olmamalıyıq. Bu ehtiyacın məhrum edilməsi uşaqların daxilən gərginlik yaşamasına və digərlərindən qorxması ilə nəticələnir.

Aişə rəvayət edir ki, uşaqlığında Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olanda onun yanına gələn qızlarla oynayardı. Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil olduğunda, onlar kənara çəkilərdilər. Bununla belə, peyğəmbər sallallahu aleyhi və səlləm onları mənim yanıma geri çağırardı ki, bir az da əlavə oynayaq.

Uşaqlar oynamaq və şənlənmək haqqlarından məhrum edilməməlidirlər. Şüurlu, məqsədəuyğun çərçivə və hüdudlarda icazə verildiyi təqdirdə, oyun uşaqları ürəkləndirir, canlandırır və rövnəqləndirir. Onların şəxsiyyətlərinin münasib şəkildə təşəkkül tapmasına kömək edir və onların emosional inkişafa təşviq edir.

Bizlər uşaqlarımızı sadəcə digərlərindən yaxşı olması, üstün olması üçün deyil , Allahın razılığını qazanmaq üçün tərbiyə etməli və böyütməliyik. Uşaqlarımız gözəl davranış nümayiş etdirdiklərndə onları bu istiqamətdə daha da təşviq etməli, həvəsləndirməliyik. Onlara sadəcə mühazirə demək ən effektiv yanaşma üsulu sayılmır. Bizdən tələb olunan onlara gözəl söz söyləmək və sonra isə onlar üçün canlı, əyani nümunə olmaqdır.

Bu həqiqət Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri tərəfindən tamamilə dərk edilmiş, başa düşülmüşdü. Səhabələrdən biri rəvayət edir ki, digər bir səhabə Vail bin Məsud radiyallahu anhu onlara hər Cümə axşamı bir dəfə xütbə verirdi. Kişilərdən biri onlara hər gün xütbə verilməsini arzu etdiklərini dedi. Vail cavab verdi: "Mən bu cür etməkdən ona görə çəkinirəm ki, çünki sizləri bezdirmək istəmirəm. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə xütbə verdiyi qaydada sizə xütbə verirəm. Rəsulullah sallallahu aleyhi və səlləm mötədil, orta yol tutardı ki, biz yorulmayaq". (Səhih Buxari və Səhih Muslim)

Məqaləni xəlifə Müaviyə radiyallahu anhuya onun müşavirlərindən birinin verdiyi nəsihət ilə qurtarıram:

Bir gün Müaviyə radiyallahu anhu oğlu Yezidə qəzəblənmişdi və onu töhmət etdi. Əl-Əhnəf bunu gördü və ona dedi: "Ey möminlərin əmiri! Uşaqlarımız qəlblərimizin meyvələridir və bizə dəstək verən sütunlardır. Biz onlara başımızın üstündəki səma və ayaqlarının altındakı yer kimiyik. Onlar qəzəblənsə onları sakitləşdir və səndən istəsələr onlara ver. Onların həyatına maneə olma ki, sənin mövcudluğuna nifrət etsinlər və sənin ölümünü, həlakını arzulasınlar".

Sonda Allahın salamı və salavatı aləmlər üçün rəhmət olaraq göndərilən, ən gözəl tərbiyəçi, müəllim, hidayət rəhbəri olan Muhəmməd sallallahu aleyhi və səlləmə, onun pak ailəsinə və səhabələrinə və qiyamətə qədər hidayətdə onların yoluna tabe olanların üzərinə olsun.

mənbə: azerislam

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Məqalələr

Əvvəlki Növbəti Səhifə:

Uşaqlarımız yalan danışmasın

07 Mart 2012 Məqalələr

Uşaqlarımız yalan danışmasın

Uşaqlarımız yalan danışmasın Sağlam düşüncəli bir insan üçün yalan danışmaq ən dəhşətli və təhlükəli sosial bir fenomendir. Çünki bununla cəmiyyətlər məhv ola və cəmiyyətin fərdləri arasındakı inam, etibar hissi yoxa çıxa...

Şərh əlavə et!

Ətraflı

"Əvəz-əvəz" dünyası

15 Fev 2012 Məqalələr

Allah bizə bir çox nemət bəxş etmişdir, və o nemətlərdən biri də bizim övladlarımızdır. Onları ya gözəl gül kimi bəsləyib böyüdərik, ya da günün yandırıb qurutduğu saman çöpü kimi zay...

Şərh əlavə et!

Ətraflı

Gündəlik "Mənim dinim" dərsləri

15 Fev 2012 Məqalələr

Gündəlik "Mənim dinim" dərsləri  Hər bir müsəlman valideyinin arzusu budur ki, saleh övlad yetişdirsin. Bununçün isə vacib olan övlada üşaq çağından dini bilikləri aşılamaqdır. Nəzərinizə çatdıracağımız tədris növü uşaqların bəzi...

Şərh əlavə et!

Ətraflı

Ultra səs müayinəsinin təhlükəsi

11 Fev 2012 Məqalələr

Ultra səs müayinəsinin təhlükəsi

Heç vaxt ultra səs müayinəsindən istifadə etməyin, çünki o diastazları məhv edir və kəllədaxili qan axmaya səbəb olur. Dr. Zalmanov.Araşdırmalar göstərir ki, ultra səs muayinəsindən istifadə edən insanlarda perinatal ölümün...

Şərh əlavə et!

Ətraflı

Saleh ana və ata

30 Yan 2012 Məqalələr

     Bu addimların ilki, ən önəmlisi və təməli, ana və atanın saleh bir insan olmalarıdır. Beləki onların saleh olmaları sayəsində ovladları da saleh olarlar.   Bizim gənclərimiz,atalarının əlində böyüyür.Halbuki atadan əvvəl ana gəlir,...

Şərh əlavə et!

Ətraflı

"Pamperslər" nədən hazırlanır?

23 Yan 2012 Məqalələr

Uca Allah övladları bizə nemət və əmanət olaraq bəhş edib. Onları düzgün şəkildə böyütmək, düzgün tərbiyə vermək, səhih əqidəni öyrətmək bizim borcumuzdur və buda onların haqqıdır. Onların qayğısına qalmaq bizim...

Şərhlər(2)

Ətraflı

Tərbiyədə cəza tədbirlərinin rolu

16 Yan 2012 Məqalələr

Islamda övlad tərbiyəsi vacib məsələlərdən biridir. Bu barədə Uca Allah Qurani Kərimdə belə buyurur: «Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6) Əli İbn Əbu...

Şərh əlavə et!

Ətraflı

Körpələrlə evdə İslam Proqramı Tövsiyyəs…

21 Dek 2011 Məqalələr

Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 

Şərh əlavə et!

Ətraflı

4-6 yaşlı uşaqlar üçün islam tədrisi dər…

21 Dek 2011 Məqalələr

4 - 6 yaşlı uşaqlarla islam tədrisi proqramı. Birinci kitab.Hansı suallara üz tutmalı, hansı dərsləri keçməli.Məsələn, əqidə bölümündən bir parça.1. Allah bizi nə üçün yaradıb? – Allaha ibadət etmək üçün.2....

Şərh əlavə et!

Ətraflı

Uşaqlara Ramazan ayının fərqliliyini his…

23 İyun 2011 Məqalələr

Uşaqlara Ramazanın fərqini hiss etdirin.İftar vaxtının erkən olması ilə əlaqədar olaraq bir çoxları orucunu iş yerində açır - Heç olmazsa ilk gündə imkan yaradaraq orucunuzu evdə açmağa çalışın! Uşaqlar Ramazanın...

Şərh əlavə et!

Ətraflı

Uşaqların əxlaqına güc və izzət hissləri…

23 İyun 2011 Məqalələr

Həmd Allaha məxsusdur.Sualda qeyd olunan bu məsələ indiki dövrdə uşaqların tərbiyə edilməsi zamanı qarşılaşdıqları ən ciddi problemlərdəndir. Bu problemə islamın gətirdiyi həll yolları, uşaqların şəxsiyyəti duyğularına güc və izzət hisslərinin...

Şərh əlavə et!

Ətraflı

Tərbiyə etməyə nə vaxt başlayaq?

23 İyun 2011 Məqalələr

İnsan mənfi, əxlaqa zidd əməllərdən uzaq olduğu müddətdə insan sayılır. Bu səbəbdən də tərbiyə insan həyatında çox mühümdür. İnsan əsasən bir neçə mərhələdə tərbiyə alır. İnsanın ilk tərbiyəsi genetik tərbiyə,...

Şərh əlavə et!

Ətraflı

Uşaq və sizin nümunə

23 İyun 2011 Məqalələr

Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın...

Şərh əlavə et!

Ətraflı

Qadınlara nəsihətim (Şeyx Muqbilin (rahi…

22 İyun 2011 Məqalələr

Qadınlara nəsihətim...İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir.Bu insandan böyük səbr və bacarıq tələb edir.Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır.Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.Təbii...

Şərh əlavə et!

Ətraflı

Zikrin uşaqlar üzərində təsiri

22 İyun 2011 Məqalələr

Uşağa üç-dörd yaşından etibarən səhər-axşam zikrlərini, yatağa gedərkən, yemək yeyərkən və içərkən edilən zikrləri öyrətmək olar. Uşaq bu zikrləri eşitdikdə və əzbərləyib oxuduqda bunlar onun ruhu ilə Allah Azzə və...

Şərh əlavə et!

Ətraflı

Körpələrin gizli aləmi

14 İyun 2011 Məqalələr

Biz güman edirik ki, körpələri tanıyır və onların haqqında hər şeyi bilirik. Lakin elm adamları həmin fikirdə deyil. Onların bu sahədə apardıqları tədqiqatlar sübut edir ki, hər şeyi nəzərdən keçirmək...

Şərh əlavə et!

Ətraflı

Islamda uşaqlar

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz(sav) buyurmuşdur:"Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz." (Tirmizi) İnsanın ailəsinə qarşı məsuliyyətli olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır....

Şərh əlavə et!

Ətraflı

Allah uşaqlara niyə xəstəlik və bəla gön…

14 İyun 2011 Məqalələr

Sual: Mən qeyri-müsəlman olan rəfiqəmi Allahın dini olan İslama dəvət edirəm və onun bu barədə bir çox sualları var. Onlardan biri belədir:" Mən Allahın həddi büluğa çatmış yaşlı insanları sınağa...

Şərh əlavə et!

Ətraflı

Bir neçə gündən sonra dünyaya gələcək ye…

14 İyun 2011 Məqalələr

Sual: Bir və yaxud bir neçə gündən sonra dünyaya gələcək yeni körpəni qarşılamaq üçün mən nə etməliyəm və yaxud hansı hazırlıq işlərini görməliyəm?

Şərh əlavə et!

Ətraflı

Uşaqların islamda xoşbəxtliyi

14 İyun 2011 Məqalələr

Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz...

Şərh əlavə et!

Ətraflı

Uşaqlarla davranmağa dair bəzi nəsihətlə…

14 İyun 2011 Məqalələr

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin həyatında həyatımızın bir çox yönlərində riayət edəcəyimiz və öyrənəcəyimiz çox sayda gözəl nümunələr var. Rəsulullahın sallallahu aleyhi və səlləm həyatının müxtəlif yönlərini nə qədər...

Şərh əlavə et!

Ətraflı

Cahil cəmiyyətlərdə valideynlərin uşaqla…

14 İyun 2011 Məqalələr

Uşaqların lazımınca islami tərbiyə almasına imkan yaratmayan cəmiyyətlərdə valideynlərin uşaqları qarşısında vəzifələri

Şərh əlavə et!

Ətraflı

Ramazan nəfsə hakim olmanı uşaqlara öyrə…

13 İyun 2011 Məqalələr

Sübut olunub ki, Ramazan uşaqlara erkən yaşlarında dini buyruqları yerinə yetirməyin öyrədilməsi baxımından ən münasib aydır. İmam Buxari və Müslimə görə, səhabələr azyaşlı uşaqlarına oruc tutmağı məşq etdirirdilər.

Şərh əlavə et!

Ətraflı

Övlad haqqları

13 İyun 2011 Məqalələr

Allah taala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi...

Şərh əlavə et!

Ətraflı

Beş yaşında olan balacaya Quranı necə öy…

12 İyun 2011 Məqalələr

Sual: Beş yaşında bir bacım var və ona Quran əzbərləməyi öyrətmək istəyirəm. Onunla haradan başlayım və necə? Cavab: Həmd Allaha məxsusdur. Erkən yaşlarından uşaqları İslam dininə itaət etmək üzərində tərbiyə etmək...

Şərh əlavə et!

Ətraflı

Yeni doğulan uşağa gözəl ad qoymaq

02 İyun 2011 Məqalələr

Yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Qoyulan adların gözəl bir mənasının olması, İslam inancına və hökmlərinə uyğun olması lazımdır. İslamda uşağa adətən doğulduğu...

Şərhlər(1)

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 3 qonaq Xətdə