Ramazan planların

Ramazan ayında gündəlik həyat tərzimizə daha nələri əlavə etmək barədə düşünə bilərik. Öz dostlarına və kiçik bacı qardaşlarına nümunə olmaq, Ramazan ayının gözəlliyini hər kəsə çatdırmaq artıq sənin də vəzifəndir.
1. Ramazan ayına gözəl şəkildə hazırlaşmalıyıq:
Bildiyimiz kimi, Ramazan ayı özünə məxsus müjdəyə malik aydır. Ramazan ayı gəlməmiş ona layiqli şəkildə hazırlaşmalıyıq.

2. Evdə daha çox təmizlik işləri aparmalıyıq:
Belə ki, evimizi gözəl şəkildə bəzəyib Ramazan təqvimi hazırlaya bilərik.

3. Ramazan ayını yaşayaraq təbliğ etməliyik:
Uşaqlar eşitdiklərindən çox gördüklərini təqlid etməyə çalışırlar. Belə ki, biz pis əməllərdən mümkün qədər uzaqlaşmaqla fərqli bir şəkildə kiçik dostlarımıza örnək olmalıyıq.

4. Lap balacaları da oruc tutmağa ruhlandırmalıyıq:
Uşaqların yaşlarına uyğun şəkildə oruc tutmaları üçün onları gözəl söz və hədiyyələrlə ruhlandırmalıyıq. Kiçik yaşlı uşaqlar bir neçə saat oruc tuta bilərlər.

5. Başqalarını ziyarət etməyi unutmamalıyıq:
Valideynlərimizlə yaxınlarımızı, xəstə və ehtiyacı olanları ziyarət edərək, diqqətdən kənarda qalanları xatırlamalıyıq.

6. İftar və sahuru ailəvi şəkildə etməliyik:
Kimsə oruc tutmasa da iftar və sahurlarda ailəvi şəkildə süfrəyə oturmalıyıq.

7. Tez-tez məscidləri ziyarət etməliyik:
Ədəbiyyatçı Xalid Fəxri Ozansoy atasının onu uşaq vaxtı qədr gecəsində Sultan Əhməd məscidinə aparmasını belə xatırlayır: "Uşaq vaxtı keçirilən bu cür gecələr din, Allah və Peyğəmbər duyğusunun ruhda daha da dərinləşdiyi gecələrdir. Görəsən, atalar bunu bu gün də fikirləşirlərmi? Mən Quranın nazil olduğu qədir gecəsində uşaqlığımın o heyran və iman dolu gecəsinin xatırlayıram. Atam məndə qoyduğu bu müqəddəs xatirə ilə məzarında rahat ola bilər".

8. Uşaq iftarları təşkil edib dostlarımızı dəvət edə bilərik:
Oruclu olanlara iftar süfrəsi verməyin savabı haqda dostlarımıza məlumat verməli, dostlarımıza Ramazan ayı və orucluq barədə məlumat verə bilə, qonaqları qəbul etməyi və süfrəyə nəzarət işini öhdəmizə götürə bilərik.

9. Sədəqə qutusu hazırlamalıyıq:
Valideynlərimizlə birlikdə bir sədəqə qutusu hazırlayıb həmin qutuya nəzarətçi ola bilərik. Ramazan ayı ərzində istər ailə üzvlərinin, istərsə də qonaqların bu sədəqə qutusuna sədəqə atmalarını məsləhət görməliyik.

10. Guşələr hazırlamalıyıq:
Evimizin gözəl bir guşəsinə Ramazan ayı ilə bağlı məlumatların, xatirələrin, gözəl söz və yazıların yerləşdiriləcəyi və hər gün yenilənən bir Ramazan guşəsi hazırlayıb cavabdehliyi bölüşdürməliyik.

11. Albomlar hazırlamalıyıq:
Ramazan ayı ərzində yaşadığımız xatirələrimizin, şəkillərimizin, oxuduqlarımızın və sairin yerləşdiriləcəyi bir Ramazan albomu hazırlamağımız gözəl olardı.

12. Ramazanla əlaqəli buklelər hazırlayıb qonşulara və dostlarımıza paylamaq:
Ramazan və Ramazan orucu barədə bukletləri hazırlayıb qonşularımız və dostlarımıza paylaya bilərik.

13. Bayram gününü xüsusi qeyd etmək:
Bayram günündə xüsusilə qonşuluqdakı uşaqları və dostlarımızı şirniyyat və xoş sözlərlə yad etməliyik ki, onlar Ramazan ayını və Ramazan bayramını batil bayramlardan daha çox sevsinlər.
 

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Sən və Dünya

Gənclər arasıda yayılmış “chat” fitnəsi

18 Mart 2012 Sən və dünya

Gənclər arasıda yayılmış “chat” fitnəsi

Bu kiçik risalədə toxunacağım mövzu- bəziləri üçün adi görünən, əslində isə mühüm mövzulardan olan naməhrəm bacı və qardaşların sosial şəbəkələrdə "chat" və "email" vasitəsi ilə bir-biri ilə yazışma fitnəsidir.Bu məsələ...

Şərh əlavə et!

Ətraflı

Ramazan planların

30 İyul 2011 Sən və dünya

Ramazan planların

Ramazan ayında gündəlik həyat tərzimizə daha nələri əlavə etmək barədə düşünə bilərik. Öz dostlarına və kiçik bacı qardaşlarına nümunə olmaq, Ramazan ayının gözəlliyini hər kəsə çatdırmaq artıq sənin də vəzifəndir.1....

Şərh əlavə et!

Ətraflı

TVmaniya - Televiziya xəstəliyi necə olu…

23 İyun 2011 Sən və dünya

TVmaniya - Televiziya xəstəliyi necə olur?

Televizor bu gün demək olar hər evdə olan cihazdır. İnsanlar onu alarkən düşünmürlər ki, televiziya xəstəliyinə tutula bilərlər. Televiziya xəstəliyi ilə xəstələnən insanlar həyatlarının 3də birini bu cihazın qarşısında keçirirlər....

Şərh əlavə et!

Ətraflı

Qiyamət qopsa da, ağac əkmək istəyən əks…

23 İyun 2011 Sən və dünya

Qiyamət qopsa da, ağac əkmək istəyən əksin

Qiyamətin başladığını görsəz də əlinizdə bir budaq qalıbsa, onu əkə bilən durmadan əksin. Muhəmməd səllallahu əleyhi vəsəlləmBir müsəlman bir ağac əksə bu onun üçün davamlı sədəqə hesablanar və hətta ölümündən...

Şərh əlavə et!

Ətraflı

Zarafat etmək

16 İyun 2011 Sən və dünya

Zarafat etmək

 Zarafat etmək -insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.

Şərh əlavə et!

Ətraflı

Kəpənəyin paltarı

14 İyun 2011 Sən və dünya

Kəpənəyin paltarı

Siz heç kəpənək gördünüzmü? Təbii ki gördünüz. Yoxsa kəpənəyin nə olduğunu haradan biləcəksiniz. Bəlkə içinizdə tək tük də olsa hələ gerçək bir kəpənək görməmiş olanlar çıxa bilər. Amma onlar da...

Şərh əlavə et!

Ətraflı

Gəl vaxtı öldürək

02 İyun 2011 Sən və dünya

Gəl vaxtı öldürək

Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir.Allah bəzi hallarda hətta vaxta and içir. Allah təala buyurur: "And olsun axşam çağına ki,..." (əl-Əsr 103:1)Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Şərh əlavə et!

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 2 qonaq Xətdə