Həzrət Əli oğluna nə nəsihət etdi?


Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:

"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm də kasıb olanda qənaət etməyi, həm dosta, həm düşmənə qarşı ədalətli olmağı, həm tənbəllik, həm də yaxşı əhval-ruhiyyən olduqda çalışmağı, həm çətin, həm də asan vaxtı Allahdan razı olmağı tövsiyyə edirəm.
Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heç bir xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da hər bir bəla heç kimidir.
Oğlum, bil ki, öz eyiblərini görən şəxs, heç zaman başqasında eyib tutmaz. Allahın ona böldüyü payla razılaşan şəxs heç zaman itirdiyi bir şeyə təəssüflənməz. Pis niyyətlə qılıncını qınından çıxaran elə onunla da öldürülər. Qardaşına quyu qazan özü düşər. Özgəsinin hicabını açan şəxsin ailə üzvlərinin örtüyü açılar. Öz səhvlərini unudan şəxs başqalarının səhvlərini böyüdər. Hər işə dözən tələf olar. Dənizə surətlə atılan batar, özünü bəyənən kəs yolunu azar, ağlını hamıdan yüksək tutan alçalar, başqalarını səfeh sayan söyülər, pis yerlərə gedən böhtanlara məruz qalar, alçaqlara qarışan rəzil olar, alimlərlə oturub-duran isə ucalar, çox sevinən ələ salınar, ayrı olan salamat qalar, şəhvətlərini tərk edən azad olar, həsədi tərk edəni insanlar sevər.
Oğlum, möminin izzəti insanlardan heç bir şey istəməməyidir. Aza qane olmaq tükənməz bir maldır. Ölümü tez-tez xatırlayan azacıq dünya nemətlərinə razı olar. Əzabdan qorxub pis əməli tərk etməyənin və xeyir istəməyib çalışmayanın halı necə də qəribədir.
Oğlum, bil ki, zikr nurdur, qəflət zülmətdir, cahillik zəlalətdir, başqasından ibrət götürən xoşbəxtdir, ən xeyirli miras ədəbdir, ən yaxşı dost gözəl əxlaqdır.
Oğlum, qohumluq əlaqələrini kəsməklə irəliləyiş, pisliklə də varlanmaq olmaz.
Oğlum, salamatlıq on qisimdir: onun doqquzu, - zikr istisna olmaqla, - susmaqdır. Biri isə səfeh insanların məclisindən uzaq olmaqdır. Kim məclislərdə Allaha asilik nümayiş etdirsə rəzil olar. Elm tələb edən isə bilikli olar.
Oğlum, elmin zirvəsi mülayim olmaqdır. Müsibətlərə səbir etmək isə iman xəzinələrindəndir. İffətli olmaq kasıbın, şükür etmək isə varlının zinətidir. Bir şeyi çox edən onunla tanınar. Çox danışanın səhvi də çox olar. Xətası çox olanın isə həyası az olar. Həyası az olanın təqvası da azalar. Təqvası azalanın isə qəlbi məhv olar. Qəlbi məhv olan kəs isə Cəhənnəm oduna girər.
Oğlum, günahlarından dolayı ümidsizliyə düşmə, əməllərini xeyirlə bitirən o qədər günahkar var ki. Həmçinin nə çox əməl edib sonda Cəhənnəmə düşənlər var. Məqsədini axtaranın işləri yüngülləşər.
Oğlum, bil ki, çox ziyarət etmək adamı bezdirir. Təcrübə toplamadan rahat olmaq səhv bir addımdır. İnsanın özünü bəyənməsi isə onun ağıldan kəm olduğuna sübutdur.
Oğlum, islamdan daha şərəfli, təqvadan daha ülvi, tövbədən yaşxı şəfqət, iffətdən gözəl libas yoxdur.
Oğlum, elmini və əməlini, sevgisini və nifrətini, alış-verişini, danışığını və sükutunu yalnız Allah üçün edən kimsəyə Cənnət vacib olar."

(Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 5/147-148; əl-Bidayə vən-Nihayə, 7/328-329)
Əlixan Musayevin "İmam Hüseyn" kitabından.

Şərh  

 
0 #3 esmira 2012-04-30 15:18
Allah razi olsun,mwAllah cox gozeldi
Quote
 
 
0 #2 şəbnəm 2011-11-08 18:07
bir sözlə möhtəşəmdir :-)
Quote
 
 
+3 #1 meryem 2011-07-28 14:47
:roll: cox faydalidir
Quote
 

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Sira

Əvvəlki Növbəti

Bəhim əl-İcli

13 Mart 2012 Sira

Bəhim əl-İcli

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...

Şərh əlavə et!

Ətraflı

İmam Huseynin duası

26 Fev 2012 Sira

İmam Huseynin duası

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.

Şərh əlavə et!

Ətraflı

Oğlunu Allaha qurban verən peyğəmbər

29 Okt 2011 Sira

Oğlunu Allaha qurban verən peyğəmbər

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...

Şərh əlavə et!

Ətraflı

Həzrət Əli oğluna nə nəsihət etdi?

28 İyun 2011 Sira

Həzrət Əli oğluna nə nəsihət etdi?

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...

Şərhlər(3)

Ətraflı

Söz verirəm

21 İyun 2011 Sira

Söz verirəm

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...

Şərh əlavə et!

Ətraflı

Nuh peyğəmbər əleyhissəlam

21 İyun 2011 Sira

Nuh peyğəmbər əleyhissəlam

Nuh əleyhissalam Adəm peyğəmbərdən əleyhissalam çox illər sonra yaşamışdır.Nuh ə.s. ilə bir vaxtda yaşayan insanlar onu dinləmək istəmirlər. O, yalnız Allaha ibadət etməyi və yaxşılıq etməyi tövsiyə edəndə, ona fikir...

Şərh əlavə et!

Ətraflı

Səhabəni söyənin aqibəti

14 İyun 2011 Sira

Səhabəni söyənin aqibəti

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...

Şərhlər(1)

Ətraflı

İslamı qəbul edən ilk uşaq

13 İyun 2011 Sira

İslamı qəbul edən ilk uşaq

Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə...

Şərh əlavə et!

Ətraflı

Məscidül-Nəbi necə tikildi?

05 İyun 2011 Sira

Məscidül-Nəbi necə tikildi?

Muhəmməd səllAllahu aleyhi və Səlləm bir parça torpaq almışdı. Torpaq Əbu Əyyubun radiAllahi anhu evinin qarşısında idi. Həzrət Peyğəmbər öz səhabələri ilə birlikdə həmin torpaqda məscid tikintisinə başlayır. Bununla Peyğəmbər...

Şərh əlavə et!

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 1 qonaq Xətdə