İslamı qəbul edən ilk uşaq

Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə radiAllahu anha də eyni hərəkətləri edərək, onun yanında dayanmışdı. Əli onlara tamaşa etdiyi vaxt, Məhəmməd səllAllahu aleyhi və səlləm və Xədicə radiAllahu Anha torpağa tərəf əyildilər. Bir anlıq bu vəziyyətdə dayanıb, yenidən dikəldilər. Əliyə bütün bunlar çox maraqlı gəldi. Sonra baxdı ki, onlar əllərini dizlərinə qoydular və sonra isə alınlarını torpağa qoydular. "A, nə təəccüblü şeydir", Əli radiAllahu Anhu düşündü. "Mən müxtəlif bütlər qarşısında əyilən insanları çox görmüşəm, amma burda heç bir büt yoxdur. Məhəmməd səllAllahu aleyhi və səlləm və Xədicə radiAllahu anha yüz faiz heç bir bütə ibadət etmirlər. Onlar kiməsə Başqasına ibadət edirlər." Əli çox həssas uşaq idi. O, Məhəmmədin səllAlahu aleyhi və səlləm nə etdiyini tam başa düşməsə də, bir şey aydın idi: O, ibadət edir. O, düşündü ki, Məhəmməd səllAlahu aleyhi və səlləm gözə görünməyən Allaha ibadət edir. Əli Bu gözə görünməyən Allahın kim olduğunu öyrənmək istəyirdi. Məhəmməd səllAlahu aleyhi və səlləm namazını qurtaran kimi, Əli ondan nə etdiyini soruşdu. Məhəmməd səllAlahu aleyhi və səlləm Əlinin ona bu sualı verdiyi üçün sevindi. O, gülümsədi və dedi: "Diqqətlə qulaq as, oğlum! Xədicə və mən Allaha ibadət edirdik. O, yeganə və həqiqi Allahdır. Ondan başqa tanrı yoxdur. Allah məni Özünə elçi seçib. O, mənə Öz xəbərdarlığını insanlara çatdırmağı əmr etmişdir. Bu, onun xəbərdarlığıdır və mən onu insanlara çatdırmalıyam. Onlar bütün yalançı tanrıları tərk edib, yalnız Ona ibadət etməlidirlər. Onlar, yalnız Ona tabe olmalıdırlar, çünki O, yeganə və həqiqi tanrıdır.
"Məhəmməd səllAlahu aleyhi və səlləm sonra Əlinin gözünün içinə baxdı və dedi: "Sən bilirsən ki, səni nə qədər çox istəyirəm. Sənə öz oğlum kimi baxmışam. Səni heç vaxt aldatmamışam və yalan deməmişəm. Mən sənə indicə dediyim həqiqətə inanmağını istəyirəm. Allahdan başqa tanrı yoxdur və O, məni Özünə elçi seçmişdir." Əli radiAllahu anhu bilirdi ki, Məhəmməd səllAlahu aleyhi və səlləm doğru danışır, ona görə də onun dediklərinə inandı. Həzrət Peyğəmbər səllAlahu aleyhi və səlləm buna çox şad oldu. "Xoş gəldin, Əli" – o dedi. "Sən ürəyində də bilirsən ki, mənim dediklərim həqiqətdir. Görürəm ki, sən Allahı yeganə və həqiqi tanrı olduğunu qəbul edirsən. Sən müsəlman olan birinci oğlansan
Tərcümə: Fidan © Muslim Bala

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

Sira

Əvvəlki Növbəti

Bəhim əl-İcli

13 Mart 2012 Sira

Bəhim əl-İcli

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...

Şərh əlavə et!

Ətraflı

İmam Huseynin duası

26 Fev 2012 Sira

İmam Huseynin duası

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.

Şərh əlavə et!

Ətraflı

Oğlunu Allaha qurban verən peyğəmbər

29 Okt 2011 Sira

Oğlunu Allaha qurban verən peyğəmbər

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...

Şərh əlavə et!

Ətraflı

Həzrət Əli oğluna nə nəsihət etdi?

28 İyun 2011 Sira

Həzrət Əli oğluna nə nəsihət etdi?

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...

Şərhlər(3)

Ətraflı

Söz verirəm

21 İyun 2011 Sira

Söz verirəm

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...

Şərh əlavə et!

Ətraflı

Nuh peyğəmbər əleyhissəlam

21 İyun 2011 Sira

Nuh peyğəmbər əleyhissəlam

Nuh əleyhissalam Adəm peyğəmbərdən əleyhissalam çox illər sonra yaşamışdır.Nuh ə.s. ilə bir vaxtda yaşayan insanlar onu dinləmək istəmirlər. O, yalnız Allaha ibadət etməyi və yaxşılıq etməyi tövsiyə edəndə, ona fikir...

Şərh əlavə et!

Ətraflı

Səhabəni söyənin aqibəti

14 İyun 2011 Sira

Səhabəni söyənin aqibəti

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...

Şərhlər(1)

Ətraflı

İslamı qəbul edən ilk uşaq

13 İyun 2011 Sira

İslamı qəbul edən ilk uşaq

Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə...

Şərh əlavə et!

Ətraflı

Məscidül-Nəbi necə tikildi?

05 İyun 2011 Sira

Məscidül-Nəbi necə tikildi?

Muhəmməd səllAllahu aleyhi və Səlləm bir parça torpaq almışdı. Torpaq Əbu Əyyubun radiAllahi anhu evinin qarşısında idi. Həzrət Peyğəmbər öz səhabələri ilə birlikdə həmin torpaqda məscid tikintisinə başlayır. Bununla Peyğəmbər...

Şərh əlavə et!

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Kim var Kim yox?

Hazırda 1 qonaq Xətdə