Nuh əleyhissalam Adəm peyğəmbərdən əleyhissalam çox illər sonra yaşamışdır.Nuh ə.s. ilə bir vaxtda yaşayan insanlar onu dinləmək istəmirlər. O, yalnız Allaha ibadət etməyi və yaxşılıq etməyi tövsiyə edəndə, ona fikir vermirlər.
Nuh ə.s həmin adamlara ona və ona Allah tərəfindən gələn vəhyə inanmadıqları halda, cəzalandırılacaqlarını deyir. Lakin insanlar yenə ona inanmırlar.
Onlar ona gülüb deyirlər: "Sən də bizim kimi adi adamsan. Yalnız kasıblar və zəiflər sənə inanır. Doğru söyləyirsənsə, cəzanı göstər görək! Sən ancaq bir yalançısan!"
Nuh ə.s. cavab verir: "Mən sizdən heç nə istəmirəm, kasıb və zəifləri qovan da deyiləm. Sizə xəbərdarlıq edilib və Allah istədiyi vaxt cəzanı sizin üzərinizə göndərəcək. Siz Allahı dayandıra bilməzsiniz!"
Nuh ə.s insanların belə münasibətinə həm kədərlənir, həm də hirslənir. Lakin Allah ona xəbər verir ki, o, qəm yeməməlidir. Onu daha önəmli işlər gözləyir; o, gəmi tikməlidir.
Beləliklə, Nuh əleyhissalama böyük gəmi tikmək əmr edilir. Allahın göstərişinə əsasən, o, gəminin tikintisinə başlayır. Bunu görən insanlar ona və gəmiyə ishehza edir. Nuh ə.s. isə onlara xəbərdarlıq edir: "İndi siz bizə gülürsünüz, lakin tezliklə kimin böyük cəzaya düçar olacağını biləcəksiniz!" Gəminin tikintisi başa çatdıqda, yağış yağmağa başlayır
və yerdə suların səviyyəsi artır. Allah Subhanəhu və Təalə Nuh əleyhissalama ailəsi və iman gətirmiş dostları ilə birgə gəmiyə minməyi əmr edir. Ona həmçinin bütün heyvanlardan bir erkək və bir dişi götürmək tapşırılır. Nuh ə.s. bütün əmrləri yerinə yetirir və deyir: "Allahın adı ilə biz indi üzüb getməliyik və vaxtı gələndə yenidən bura qayıdacağıq."
Su get-gedə yuxarı çıxır və bütün vadiləri doldurur. Nuh ə.s. hələ
də gəmidə olmayan oğullarından birini görür və narahatlıqla onu çağırır: "Oğlum, bizimlə gəmiyə min və kafirlərdən olma!" Lakin oğlu buna razı olmur və Nuh əleyhissalama deyir: "Mən hündür dağa dırmaşacağam və su mənə dəyməyəcək"
Nuh ə.s. çox həyəcanlanır. "Yalnız Allahı dinləyənlər xilas olur!"- deyə oğlunu səsləyir. Elə bu an böyük bir dalğa insanları yuyub aparır. Nuhun ə.s. oğlu da onların arasında olur.
Yağış uzun müddət davam edir. Su elə qalxır ki, bütün hündür dağları örtür. Nəhayət, yağış dayanır və sel bitir. Nuh ə.s. dağın bir tərəfində ailəsi, dostları və gəmidə olan heyvanlarla birgə gəmidən enir. Onlar ürəkdən Allaha minnətdarlıq edirlər, axı Allah onları xilas etmişdi!
Tərcümə etdi Fidan
© MuslimBala
Sira
Bəhim əl-İcli
13 Mart 2012 Sira

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...
Ətraflıİmam Huseynin duası
26 Fev 2012 Sira

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.
ƏtraflıOğlunu Allaha qurban verən peyğəmbər
29 Okt 2011 Sira

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...
ƏtraflıHəzrət Əli oğluna nə nəsihət etdi?
28 İyun 2011 Sira

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...
ƏtraflıSöz verirəm
21 İyun 2011 Sira

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...
ƏtraflıNuh peyğəmbər əleyhissəlam
21 İyun 2011 Sira

Nuh əleyhissalam Adəm peyğəmbərdən əleyhissalam çox illər sonra yaşamışdır.Nuh ə.s. ilə bir vaxtda yaşayan insanlar onu dinləmək istəmirlər. O, yalnız Allaha ibadət etməyi və yaxşılıq etməyi tövsiyə edəndə, ona fikir...
ƏtraflıSəhabəni söyənin aqibəti
14 İyun 2011 Sira

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...
Ətraflıİslamı qəbul edən ilk uşaq
13 İyun 2011 Sira

Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə...
ƏtraflıMəscidül-Nəbi necə tikildi?
05 İyun 2011 Sira

Muhəmməd səllAllahu aleyhi və Səlləm bir parça torpaq almışdı. Torpaq Əbu Əyyubun radiAllahi anhu evinin qarşısında idi. Həzrət Peyğəmbər öz səhabələri ilə birlikdə həmin torpaqda məscid tikintisinə başlayır. Bununla Peyğəmbər...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |