Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir də eyni yuxunu görəndə bunun ilahi bir əmr olduğu qənaətinə gəlir. Allah-təala Hz.İbrahimi çox çətin bir üsulla imtahan edirdi: İllərlə uşağa həsrət qalandan və nəhayət, övladı olandan sonra sevdiyi oğlunu qurban kəsmək. Əlbəttə, Allah-təala üç gün dalbadal göstərdiyi yuxuyla Hz.İbrahimi yoxlamaq istəyirdi. Hz.İbrahim bir tərəfdən bu əmri necə yerinə yetirəcəyini fikirləşir, bir tərəfdən də oğlu İsmailin bu əmrə itaət edib-etməyəcəyindən çəkinirdi. İsmail qəbul etməsə, Allahın əmrini necə yerinə yetirəcəyini qara-qara düşünürdü. Bir gün oğlu İsmailə ip və bıçaq götürüb birlikdə dağa getmək istədiyini söylədi. "Mina” adlanan yerə çatanda məsələdən İsmaili agah etdi, bunun Allah tərəfindən gələn bir əmr olduğunu bildirdi və onun bu barədəki fikrini soruşdu. İsmail atasının bu təklifinə heç bir tərəddüd etmədən bu cavabı verdi: "Əziz atam! Əmr edildiyi kimi hərəkət et. İnşəallah, mənim səbir edənlərdən olduğumun şahidi olacaqsan”. Bu söz Hz.İsmailin Allahın əmrlərinə qarşı təslimiyyətinin dərəcəsini açıq şəkildə göstərirdi. Bu cavab atası Hz.İbrahimi tərəddüdlərdən qurtardı. Oğlunun ilahi əmrə bu qədər iradəli olduğuna görə Allaha şükr etdi. Hz.İbrahim oğlu İsmaili qurban kəsməyə apararkən yolda şeytan qarşısına çıxdı və onu bundan çəkindirmək istədi. Əvvəlcə atalıq şəfqətindən istifadə edərək yuxusunun doğru olmadığına inandırmağa səy göstərdi. Lakin Hz.İbrahim (ə) lənətlənmiş şeytana heç fikir də vermədi. Şeytan bu dəfə Hz.İsmailə (ə) yaxınlaşıb onu aldatmaq istədi. Atasının yanlış anladığını, Cənabi-Haqqın belə bir şey əmr etmədiyini, anasının necə ağlayacağını xatırladıb onu bu yoldan döndərməyə çalışdı. Hz.İsmail (ə) də atası kimi şeytana aldanmadı. Üstəlik onu qovdu və arxasınca yeddi dənə daş da atdı (hacıların həcc əsnasında şeytana simvolik daşatma adəti buradan qalıb). Bundan sonra Hz.İbrahim oğlunu sağ tərəfinə uzadıb Allahın əmrini yerinə yetirməyə hazırlaşdı. Bu hadisə hazırda Minada qurbanların kəsildiyi yerdə cərəyan edir. İbrahim (ə.s.) oğlunu yerə uzadandan sonra bir neçə dəfə bıçağı boğazına dayadı, ancaq bıçaq kəsmədi. İsmail atasına onu üzü üstə çöndərib kəsməsini söylədi. Çünki elə zənn edirdi ki, atası onun sifətini gördüyünə görə kəsə bilmir. Hz.İbrahim də oğlunun dediyi kimi etdi. Lakin bıçaq yenə kəsmədi. Çünki Allahdan bıçağın kəsməməsinə dair əmr gəlmişdi. Bu, atəşə Hz.İbrahimi yandırmaması üçün gələn əmrə oxşayırdı. Atəş Hz.İbrahimi yandırmadığı kimi indi də Hz.İsmaili bıçaq kəsmirdi. Bu hadisədə əsl məqsəd İsmailin kəsilməsi yox, ataya oğlunun Allaha olan bağlılıq dərəcələrinin ölçülməsiydi. Bununla Allah mələklərə və gələcək nəsillərə insanoğlunun yer kürəsində xəlifə olmasının bir hikmətini də göstərmiş oldu. Nəticədə bu hikmət gerçəkləşdi, ata və oğul Allahın əmrinə tabe oldular: "Niyə belə əmr edirsən, ata da oğlunu öldürərmi, mən nə gün görmüşəm?”, kimi suallar verməyərək bu imtahandan müvəffəqiyyətlə çıxdılar. Allah-təala Hz.İbrahimə belə nida etdi: "Ey İbrahim! Sən yuxuda əmr olunana tabe oldun. Yaxşılıq edəni və yaxşı ibadət edənləri biz belə mükafatlandırırıq. Şübhəsiz ki, bu bir imtahan idi. Ona, oğlunun əvəzinə böyük qurbanlıq qoç göndərdik” ("Saffat”, 103-107). Hz.İbrahim bu xitabı eşidəndə ətrafına göz gəzdirdi. Gördü ki, Hz.Cəbrail (ə.s.) göydən buynuzlu bir qoçla gəlir. Qoç yerə düşən kimi qaçmağa başladı. Hz.İbrahim qoçu tutdu və "Bismillah” deyib qoçu qurban kəsdi, Allaha sonsuz şükr etdi. Qurbanın Allaha şükr olaraq müsəlmanlar arasında bir ibadət olması bu hadisəyə əsaslanır. "İsmail Qurbanı” deyilməsi də bu səbəbdəndir. no_angel
Sira
Bəhim əl-İcli
13 Mart 2012 Sira

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...
Ətraflıİmam Huseynin duası
26 Fev 2012 Sira

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.
ƏtraflıOğlunu Allaha qurban verən peyğəmbər
29 Okt 2011 Sira

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...
ƏtraflıHəzrət Əli oğluna nə nəsihət etdi?
28 İyun 2011 Sira

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...
ƏtraflıSöz verirəm
21 İyun 2011 Sira

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...
ƏtraflıNuh peyğəmbər əleyhissəlam
21 İyun 2011 Sira

Nuh əleyhissalam Adəm peyğəmbərdən əleyhissalam çox illər sonra yaşamışdır.Nuh ə.s. ilə bir vaxtda yaşayan insanlar onu dinləmək istəmirlər. O, yalnız Allaha ibadət etməyi və yaxşılıq etməyi tövsiyə edəndə, ona fikir...
ƏtraflıSəhabəni söyənin aqibəti
14 İyun 2011 Sira

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...
Ətraflıİslamı qəbul edən ilk uşaq
13 İyun 2011 Sira

Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə...
ƏtraflıMəscidül-Nəbi necə tikildi?
05 İyun 2011 Sira

Muhəmməd səllAllahu aleyhi və Səlləm bir parça torpaq almışdı. Torpaq Əbu Əyyubun radiAllahi anhu evinin qarşısında idi. Həzrət Peyğəmbər öz səhabələri ilə birlikdə həmin torpaqda məscid tikintisinə başlayır. Bununla Peyğəmbər...
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |