
Balaca qardaşım, yaşıdlarının çoxuna baxsan, görərsən ki, böyüklərin, insanların yanında hörmət qazanmaq üçün özlərini olduqlarından fərqli göstərməyə çalışır, kiməsə oxşamağa can atırlar. Kimi futbol oyunçularını, kimi film aktyorlarını təqlid edir, digərləri isə müğənnilərə bənzəmək üçün dəridən qabıqdan çıxırlar.
Əslən bu insanların özlərinin gözəl nümunəyə ehtiyacları olduğundan, kənardan belə parodiya bayağı görünür, hörmətdən çox təbəssüm doğurur.
Amma bir oğlan var ki, İslam elmini, Quranı sevdiyi üçün heç bir təşəbbüs göstərmədən, kiçik yaşlarından özündən qat-qat böyük insanların sevgisini və hörmətini Allah ona nəsib etmişdi.
İnşaAllah, indi sənə onun haqqında danışacağam:
Təxminən sən yaşlarda olarkən, sevimli peyğəmbərimiz Muhəmməd (Allahın ona salavat və salamı olsun) ona dünyanın ən dəyərli, əzəmətli nəsihətini etmişdi:
"Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə Allahdan kömək istə. Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur» Tirmizi
Bəli, yəqin ki tanıdın. Bu oğlan böyük səhabələrdən və Quran təfsirçilərindən olan AbduLLah ibn Abbas idi. Allah ondan da, atasından da razı olsun. Amin!
İbn Abbas (Allah ondan razı olsun) hələ lap balaca vaxtlarından İslam elminə xüsusi maraq göstərirdi, əsasən də Quranı çox sevər, öyrənərdi. Onun elmə hərisliyindən xəbərdar olan Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) səhabələrin görüşlərinə getdiyi zaman İbn Abbası (Allah ondan razı olsun) da özü ilə götürərdi. Yaşlı səhabələr övladları yaşında olan bu oğlanın böyüklərin məclisində iştirakını görüb təəccüblənərdilər. Bir gün müdrik Ömər (Allah ondan razı olsun) özünəməxsus tərzdə bunun səbəbini onlara aydınlaşdırmaq qərarına gəldi. Bədr döyüşündə iştirak etmiş yaşlı səhabələri bir yerə toplayıb, İbn Abbası da (Allah onların hamısından razı olsun) həmin məclisə çağıdı.
Məclis əsnasında Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) səhabələrə üzünü tutub, onlara Nəsr surəsinə dair sual verdi.
Bilirsənmi, bu surə Qurani Kərimin 110-cu surəsidir, Mədinədə nazil olmuşdur və üç ayədən ibarət qısa surələrdən biridir. İnşaAllah, valideynlərindən xahiş et ki, Nəsr surəsini əzbərləməkdə sənə kömək etsinlər. Beləliklə də ata-ananla birlikdə sevimli Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) dediyi:«Quran öyrənən və öyrədən xeyirli insanlardan olarsınız.»(Buxari)
Surənin ümumi məzmunu belədir:
Allahın köməyi və qələbə gəldiyi zaman,
insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
Bəli, Ömər (Allah ondan razı olsun) yaşlı səhabələrdən "Allahın köməyi və qələbə gəldiyi zaman…”surəsində nədən danışıldığı barədə soruşduqda, onlardan kimisi bunu qələbə gələn zaman müsəlmanların Allaha şükr edib, günahlarının bağışlanmasını istəməli olduğu kimi izah etdilər, digərləri isə sualın düzgün cavabını bilmədiklərindən susdular. Vəziyyəti belə görüb, Ömər İbn Xəttab (Allah ondan razı olsun) "Ey, Abbasın oğlu, sən də belə fikirləşirsən?” deyə oğlana sual verdi. Cavabında isə İbn Abbas (Allah ondan razı olsun) bir vaxtlar Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) bu ayə sonadək nazil olduqdan sonra İslamın tezliklə qələbə çalacağını, Məkkənin müsəlmanlar tərəfindən fəth ediləcəyini və missiyası sona yetdiyi üçün artıq vəfat edəcəyini anlayaraq, dediyi sözləri xatırlayaraq, cavab verdi: "Allahın köməyi və qələbə gəldiyi zaman..”ayəsində Uca Allah Öz Rəsuluna əcəlinin yaxın olduğuna işarə edir”.
Əslən böyük səhabələrin ayəyə verdikləri izah düz olsa da, dəqiq, daha dərin, bütöv mənanı ehva edən cavabı İbn Abbasın söylədiklərində tapan Ömər ibn Xəttab (Allah onlardan razı olsun) dedi: "Sənin dediyindən daha düzgün cavabı bilmirəm”.
Bəli, balaca müsəlman, görürsənmi, insan İslamı elmini, Quranı sırf Allahın razılığı üçün səmimi qəlbdən sevib öyrəndikdə, əməl etdikdə, başqalarına öyrətdikdə, Allah da ona elə bir ucalıq nəsib edir ki, insanların qəbləri həmin insana yönəlir, onlar arasında hörmətə layiq görülür. Kim də Allahın yanında yox, insanların yanında sevilmək istəyirsə, son nəticədə gülüş hədəfinə çevrilir.
Sonda Allahın izni ilə, dediklərimə dəlil olan, peyğəmbərimiz Muhəmmədin (Allahın ona salavat və salamı olsun) dediyi və mənim çox sevdiyim bir hədisi çatdırmaq istərdim.
"Kim insanları hirsləndirmə bahasına Allahın razılığını axtararsa Allah ondan razı olur və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə bahasına insanların razılığını axtararsa Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər.»
Tirmizi
Balaca müsəlman, qoy bu sözlər sənin də həyat prinsipinə çevrilsin. Daim Allahın razı qaldığı əməllər üçün çalış!
Nəsr surəsinin təfsiri əsasında hazırlanmışdır, İbn Kəsir. Ummu AbdulAziz
MuslimBala.Com
Oğlun atasına verdiyi suallar-2
01 May 2012 Hekayələr
Oğlun atasına verdiyi suallar-2 Ata: Oğlum, qonşumuz xəstələnib, mənimlə gedək, ona baş çəkək.Oğul: Atacan, xəstə bir qonşunun ziyarət etməyin nəkimi faydası var? Ata: Oğlum, Bu hər bir kəsin borcudur və bizi Uca Allaha yaxınlaşdıracaq bir...
ƏtraflıOğlun atasına verdiyi suallar
01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar Ata qonşularından birinin can üstə olması xəbərini eşidir. Oğlunu da özü ilə götürərək onlara gəlir.…Xəstənin yaxınlarından biri artıq onları qabaqlayaraq özünü xəstəyə yetirmiş , ona "lə iləhə illəllah"...
ƏtraflıIbrahim Peyğəmbər (aleyhissələm)
26 Mart 2012 Hekayələr

Ibrahim Peyğəmbər. Bir neçə əsr bundan əvvəl İbrahim adlı bir cavan oğlan var idi, o elə bir dönəmdə yaşayırdı ki, insanlar Allaha tabe olmurdular və Onu sevmirdilər. Bu insanlar çox pis idilər...
ƏtraflıGənclər arasıda yayılmış “chat” fitnəsi
18 Mart 2012 Sən və dünya

Bu kiçik risalədə toxunacağım mövzu- bəziləri üçün adi görünən, əslində isə mühüm mövzulardan olan naməhrəm bacı və qardaşların sosial şəbəkələrdə "chat" və "email" vasitəsi ilə bir-biri ilə yazışma fitnəsidir.Bu məsələ...
ƏtraflıBəhim əl-İcli
13 Mart 2012 Sira

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...
ƏtraflıDuanın qəbul olan vaxtları
05 Mart 2012 Bilirdinmi?

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...
Ətraflıİmam Huseynin duası
26 Fev 2012 Sira

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.
ƏtraflıƏn böyük xəzinənin sirri
24 Fev 2012 Bilirdinmi?

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...
ƏtraflıƏrəb hərfləri ilə inkişafetdirici rənglə…
13 Dek 2011 Ərəb dili şəkilli kitablar

Azərbaycan dilində müxtəlif inkişafetdirici tapşırıqlarla ərəb hərfləri ilə tanış ol.
Ətraflı“Bunda da bir xeyir var”
05 Dek 2011 Hekayələr

Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirini yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, "Bunda da bir...
ƏtraflıMuslimBala Piknikdə (Yemək ədəbləri kita…
03 Dek 2011 Körpələrlə İslam

Yemək sünnələrini, ərəbcə yemək adlarını öyrənmək üçün kitab - oyunŞəkilləri kəsərək boşqablar, yeməklər və hədiyyələrlə oynamaq olar2 - 10 yaş
ƏtraflıHəccə aid oyun və tapşırıqlar
01 Noy 2011 Körpələrlə İslam

BismiLLəhir Rahmənir Rahim Bu fayllar zülhiccə ayında uşaqlara Həcci anlatmaq üçün faydalı olar inşəAllah. Jannahsteps hazırladığı bu faylları çap edib oyunlara çevirin. 3-4 yaşdan yuxarı uşaqlarla məşğul olmaq olar, böyüklərin...
ƏtraflıOğlunu Allaha qurban verən peyğəmbər
29 Okt 2011 Sira

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...
ƏtraflıRamazan nə üçün 11 ayın sultanıdır?
30 İyul 2011 Bilirdinmi?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...
ƏtraflıIlk orucum
27 İyul 2011 Hekayələr

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu axşam sabah başlayacaq...
ƏtraflıMuslimbaladan uşaqlara Ramazan bukleti
02 İyul 2011 Özün düzəlt

Ramazan ayı dostlarını islama dəvət etmək üçün gözəl fürsətdir. Sən bu bukleti çap edib, rəngli və zərli flomasterlərlə rəngləyib, ətraflarına rəngli lentlər və konfetlər yapışdırıb qonşu və dostlarına paylaya bilərsən.
ƏtraflıBayram zəncirləri
02 İyul 2011 Özün düzəlt

Bu şəkilləri çap edib, qıraqlarını kəsib rəngləyə bilərsən ki, evdə bayram əhval ruhiyyəsi olsun. Dostlarına da hədiyyə edə bilərsən. Əgər printerin yoxdursa evdə olan kağızların üstünə bu şəkillərə bənzər zəncirlər...
ƏtraflıKitab səhifələrini saxlamaq üçün
02 İyul 2011 Özün düzəlt

Bu şəkilləri qalın kağız üzərində çap edə və ya adi kağızda çap edib qalın kağıza yapışdıra bilərsən. Kitab səhifələrini itirməmək üçün gözəl vasitə. Buna oxşarlarını da öz fantaziyandan istifadə edib...
ƏtraflıHəzrət Əli oğluna nə nəsihət etdi?
28 İyun 2011 Sira

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...
ƏtraflıTVmaniya - Televiziya xəstəliyi necə olu…
23 İyun 2011 Sən və dünya

Televizor bu gün demək olar hər evdə olan cihazdır. İnsanlar onu alarkən düşünmürlər ki, televiziya xəstəliyinə tutula bilərlər. Televiziya xəstəliyi ilə xəstələnən insanlar həyatlarının 3də birini bu cihazın qarşısında keçirirlər....
ƏtraflıPinqvinlər -88 dərəcəyə dözür
22 İyun 2011 Bilirdinmi?

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...
ƏtraflıXoruzu söymək olmaz
22 İyun 2011 Bilirdinmi?

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...
ƏtraflıQədr gecəsi nə etməli?
22 İyun 2011 Bilirdinmi?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...
ƏtraflıSöz verirəm
21 İyun 2011 Sira

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...
ƏtraflıMusa əleyhissəlamın şeytan ilə söhbəti
21 İyun 2011 Hekayələr

Rəvayət olunur ki, iblis Musa əleyhissəlam ilə görüşüb demişdir:- Ey Musa, Allah səni Öz peyğəmbəri seçmişdir və səninlə ünsiyyət qurmuşdur, məni də Allah yaradıb, mən günah işlətdim və tövbə etmək...
ƏtraflıZarafat etmək
16 İyun 2011 Sən və dünya

Zarafat etmək -insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.
ƏtraflıSəhabəni söyənin aqibəti
14 İyun 2011 Sira

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...
ƏtraflıGəl vaxtı öldürək
02 İyun 2011 Sən və dünya

Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir.Allah bəzi hallarda hətta vaxta and içir. Allah təala buyurur: "And olsun axşam çağına ki,..." (əl-Əsr 103:1)Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
ƏtraflıHicri Tarix
27. Jamadi-ul-Akhir 1433
Namaz Vaxtları
| Baku |
| Namaz | Vaxtı |
|---|---|
| Sübh | 4:48 |
| Günəş | 6:19 |
| Zöhr | 1:38 |
| Asr | 5:34 |
| Məğrib | 8:55 |
| İşa | 10:27 |


















