image image image image image image
Övladına Quran əzbərlədirsən?
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur: «Kim Quran oxuyar, öyrənər və ona əməl edırsə, Qiyamət günü onun valideynlərinə günəş kimi parıldayan nurlu tac taxılar. Həmçinin onlara dünyada misli olmayan ipəkdən paltar geyindirilər. Onlar təəccüblə soruşarlar: «Bunlar bizə nə üçün verilmişdir?» Cavab verilər: «Sizin övladlarınız Quran öyrəndikləri üçün». Hakim.
Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)
Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)
İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 
Qiyamət qopsa da, ağac əkmək istəyən əksin
Qiyamətin başladığını görsəz də əlinizdə bir budaq qalıbsa, onu əkə bilən durmadan əksin. Muhəmməd səllallahu əleyhi vəsəlləm: Bir müsəlman bir ağac əksə bu onun üçün davamlı sədəqə hesablanar və hətta ölümündən sonra onun meyvəsindən insanlar, heyvanlar və hətta quşlar qidalansa ağac əkən savab qazanmış olar.
Uşaqlarımız yalan danışmasın
Allah Təala buyurur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar. [ən-Nəhl, 105]. Yalan danışmağın xoşagəlməz nəticələri hələ İslam dini bunu məzəmmət etməzdən öncə sağlam düşüncəli insanlara yaxşı məlum idi.
Quranı sevənlərdən ol
Balaca qardaşım, yaşıdlarının çoxuna baxsan, görərsən ki, böyüklərin, insanların yanında hörmət qazanmaq üçün özlərini olduqlarından fərqli göstərməyə çalışır, kiməsə oxşamağa can atırlar. Kimi futbol oyunçularını, kimi film aktyorlarını təqlid edir, digərləri isə müğənnilərə bənzəmək üçün dəridən qabıqdan çıxırlar.
Zibillikdə ruzi axtaranlar Hər gün yarımçıq çörək qırıqlarını zibilə tökərkən nə qədər insanın o qırıntıya ehtiyacı olduğundan xəbərdarsanmı?
Rəsulallah səllallahu əleyhi vəsəlləm "yeməyin qalığını şeytana buraxmayın" demişdi. Amma bu gün yaxınlıqdakı zibil qutusuna baxsan orda çoxlu sayda yemək, meyvə və çörək qalıqları görərsən.

Uşaqlarımız yalan danışmasın


Allah Təala buyurur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar. [ən-Nəhl, 105]. Yalan danışmağın xoşagəlməz nəticələri hələ İslam dini bunu məzəmmət etməzdən öncə sağlam düşüncəli insanlara yaxşı məlum idi.
Belə ki, İslamın gəlişindən öncəki cəhalət dövründə insanlar özlərinin yalançı kimi vəsf olunmasına nifrət edərdilər. Bir çox valideyn uşaqlarının yalan danışmasına görə özlərini narahat hiss edirlər. Lakin adətən onlar yalanın bütün növlərini bir başlıq altında təsnif etməklə səhvə yol verir və buna əsaslanaraq da problemi həll etməyə cəhd edirlər. Böyüklərin danışdığı yalan ilə cəzadan qorunmaq və yaxud öz təsəvvür, xəyallarının təsiri altında qaldığından dolayı uşaqların istifadə etdikləri "yalanlar” arasında böyük bir fərq vardır. Deməli, himayədar və yaxud tərbiyəçi uşağın belə bir metoda əl atmasına və yaxud belə bir xüsusiyyətin onda yaranmasında motiv və yaxud şərtlərin nə olduğu araşdırmalıdır. Valideyn nə qədər ki, övladının davranışını tədqiq edir, ona doğru yolu öyrətmək və yönəltməklə yanaşı ona qarşı sevgi və şəfqət hisslərini ifadə edirsə uşaq, eləcə də onun ailəsi hər zaman bu cür şeylərdən sağ-salamat qalacaqdır. Uşağa yalan danışmağı öyrətməkdə ailənin rolu Ata öz övladına həddiyyə alacağını və yaxud həftə sonunda onu gəzintiyə aparacağını vəd edir. Lakin müəyyən bir səbəbdən vədini yerinə yetirə bilmir;əgər bu cür davranış təkrarlanırsa övladlarında belə bir fikir formalaşacaq ki, deməli bir kəs əslində bunu nəzərdə tutmadığı halda başqa bir söz söyləyə bilər...yəni yalan danışmaq olar. Beləliklə də, uşaqlar yalan danışmağı özləri üçün örnək kimi gördükləri atalarından bilavasitə öryənmiş olurlar. Və yaxud uşağın anası qonşudan bir şey borca götürür və qonşusuna yalandan üzrxahlıq edir ki, götürdüyü əşyanı qızının yanında qaytarmaq istəmir, halbuki qızı yaxşı bilir ki, onun bu üzrü yalandır və beləliklə də ana öz qızına yalan danışmağı öyrədir, baxmayaraq ki, ananın özü yalan danışdığını dərk etmir. Valideyn öz övladına telefona cavab verməyi və zəng edənə onun evdə olmadığını söyləməsini əmr edir, əslində isə uşağa yalan danışmağı öyrədir. Beləliklə də uşaq bu cür pis vərdişlərə yiyələnərək boya başa çatır. Valideynin davranışı ilə bağlı təhlükə budur ki, uşaqlar valideynlərinin müəyyən bir səbəbdən və yaxud İslama görə üzrlü hesab edilən müəyyən şərtlər altında qalaraq yalan danışdığını başa düşmürlər və ona görə də uşaqlar həyatlarında bütün şərtlər altında yalan danışmağı ümumiləşdirirlər. Üstəlik, evdə hökm sürən son dərəcə sərt abu-hava və sevgi mühitinin olmaması, bir şey etdikdə bağışlamamaq və atanın anlayışlı olmaması uşaqları yalan danışmağa həvəsləndirir. Uşağa yalan danışmağı öyrətməkdə cəmiyyətin rolu Sevgi, ahəng və islam qardaşlığı ilə bir-birinə pərçimlənən, istənilən bir fərdi əziyyət çəkdikdə digər üzvlərinin ona qayğı və mərhəmət göstərmək üçün yardımına qaçdığı Müsəlman cəmiyyəti ilə video kassetlər və yaxud televiziya filmləri vasitəsilə bizim uşaqlarımızın da məruz qala biləcəyi müasir cəmiyyətlər arasında böyük bir fərq vardır. Bu cəmiyyətlər saxta münasibətlər əsasına söykənir. Məsələn, bir işçi onu işə götürəni onda olmayan xüsusiyyətlərinə görə tərif edir ki, müdürü razı salsın və özündə layiq olmadığı məziyyətlər, məsələn vəzifədə yüksəlmə,məvacibin artırılması və s. qazansın Yalanın növləri Bir uşağın danışdığı yalanların müxtəlif növləri ola bilər və bu cür davranışlarına rəvac verən səbəbə əsaslanmaqla bunların arasında ən geniş yayılmış formaları aşağıda əks olunur: Təxəyyülünün təsirində qalaraq yalan danışmaq Yalanın bu növü adətən uşaqlarda özünü şiddətli yaradıcı təsəvvür şəklində biruzə verir. Belə ki, uşaqlar öz təsəvvürlərində bir şey barədə düşünürlər və öz ağıllarına görə bunun həqiqət olduğunu düşünürlər. Tutaq ki, uşağın yadına düşür ki, atası evə buynuzlu keçi gətirmişdi. Bunu yadına salır və ağlayır, yalvarır ki, atası ona əvvəlki heyvanda olduğu kimi buynuzlu lakin bu dəfə it gətirsin. Bu sözün əsl mənasında yalan deyil və bu vaxt valideyinin üzərinə düşən vəzifə uşağa onun başa düşdüyü, anladığı səviyyəyə müvafiq olaraq istiqamət verməkdir ki, uşaq xəyali şeylər ilə real şeylər arasındakı fərqi müəyyən edə bilsin. Bundan əlavə, bu cür uşaqları yalan danışmaqda ittiham etmək və yaxud cəzalandırmaq olduqca səhv bir davranışdır. Yalnış anlayışdan dolayı yalan danışmaq Bəzi uşaqlar real həyatda təsəvvür etdiklərini dolaşıq salır və əqli qabiliyyətindəki zəiflik səbəbindən bunların ikisi arasındakı fərqi müəyyən edə bilmirlər. Ola bilsin ki, bir nağıl eşitsinlər və nağılın bəzi obrazlarında cüzi dəyişiklik etməklə bunu həqiqi bir hekayət kimi danışsınlar. Başqaları isə ola bilsin ki, yuxu görsün və yuxunu əslində baş vermiş kimi danışsınlar. Yalan iddialar irəli sürməklə yalan danışmaq Uşaqların bu cür yalana əl atmalarının səbəbi digər uşaqlarda olan şeylərdən özlərini məhrum hiss etməsindən irəli gəlir. Bir uşaq başqa uşaqlara özündə müəyyən bahalı və əla oyuncaqların və yaxud atasının böyük var-dövlətinin və qəşəng bir evinin olduğunu söyləyə bilər. Bu yalanı həyata keçirməyin digər bir üsulu məktəbə getməmək üçün uşağın özünü xəstə kimi göstərməsidir. Uşağı bu cür yalana sövq edən iki amil vardır: Birincisi: Zəngin valideynləri, gözəl evləri və yaxud bahalı oyuncaqları barədə danışan dostları qarşısında lovğalanmaq və onlar ilə eyni səviyyədə olduğunu göstərməyə çalışmaq. İkincisi: Valideynlərin rəğbətini qazanmağı qarşısına məqsəd qoymaq; Yalanın bu növü o zaman baş verir ki, uşaq hiss edir ki, onun qardaşları və yaxud bacılarına daha çox diqqət yetirilir, onlara üstünlük verilir.Deməli, valideynlər mütləq bunun arxasında duran səbəbləri başa düşməli, müalicə etməli və uşağın özünü məhrum hiss etdiyi ehtiyaclarını yeirnə yetirməyə çalışmalıdılar. Məqsədə nail olmaq üçün yalan danışmaq Uşaq yalanın bu növünə o halda müraciət edir ki, valideynlərinin ona məqsədinə çatmasına mane olduğunu hiss edir; məsələn oyuncaq istəyir, lakin bilir ki, atası bunu heç vaxt alan deyil və beləliklə də, yalana əl atır. Məsələn, iddia edir ki, məktəbdən bu qədər pul istəyirlər. Halbuki bu pul ilə o öz istəyinə nail olmaq istəyir. İntiqam almaq üçün yalan danışmaq Bu adətən məktəbdə və yaxud evdə uşaqlar arasında ədalətsizliyin hökm sürdüyü bir mühitdə baş verir. Uşaq ola bilsin ki, bir şeyi xarab etsin, sonra da qardaşını və yaxud sinif yoldaşını bunu etməkdə ittiham etsin və adətən özlərindən daha çox diqqət yetirilən, qayğı göstərilən uşaqları ittiham edirlər. Qoruyucu tədbir kimi yalan danışmaq Uşaq istər valideynlər və yaxud müəllimləri tərəfindən cəzalandırılacağından qorxduqda bu cür yalana əl atır. Yalanın bu növü qızlardan çox oğlanlar arasında geniş yayılıb, sərtlik və cəzanın hakim olduğu mühitlərdə özünü daha çox biruzə verir. Başqalarına oxşamaq üçün yalan danışmaq Uşaq görür ki, valideynlərindən biri və yaxud hər ikisi yalan danışır və beləliklə də o da yalan danışır, hətta bəzən yalan danışmağa ehtiyac olmadığı hallarda belə yalan danışır. Xroniki vərdiş halını almış yalan Bu cür vərdişə mübtəla olan uşaqlar adətən yalan danışmaq işində çox mahir və diribaş olurlar. Belə ki, artıq bu xüsusiyyət onların şəxsiyyətinə o qədər dərindən nüfuz edir ki, onların nə vaxt yalan danışdığını və nə vaxt doğru danışdığını müəyyən etmək çətinləşir. Yalanın ən çox yayılmış növü: Aparılmış sorğularla müəyyən edilmişdir ki, uşaqlar arasında yalanın ən çox yayılmış növü qoruyucu tədbir kimi istifadə olunan formasıdır. Belə ki, uşaqların 70 faizi yalanın bu növünə, 10 faizi yanlış anlayış səbəbindən, qalan 20 faizi isə intiqam almaqdan ötrü yalan danışırlar. Yalanın müalicəsi: Yalan uşaqların sonradan qazandığı və yaşa dolduqca öyrəndiyi bir xüsusiyyətdir. Deməli, valideynlər uşaqlarının doğru və dürüst olması üçün onların tərbiyəsi məsələsinə böyük əhəmiyyət verməli və uşaqlarının arasında yayılan yalanın müalicəsi və həll yolunu tapmaqda ciddiyyət nümayiş etdirməlidirlər. Əks halda bu yalan vaxt keçdikcə sonradan özlərinin də əl çəkməkdə aciz qaldıqları, şəxsiyyətlərinin tərkib hissəsinə çevrilə bilər. Yalan fenomeninin müalicəsi işində baş vurulan bəzi mühüm metodlar aşağıda verilir: Birinci: Uşağın yalan danışmasına rəvac verən səbəbləri başa düşmək və onun danışdığı yalanın kateqoriyasını müəyyən etmək. Çünki yalanın hər bir növünün öz müalicəsi var. İkinci: Uşağın yaş həddini nəzərə almaq. Xüsusilə də , çünki uşaq təxəyyülünün məhsulu və ya yalan anlayışdan doğan yalanın növü ilə bir məqsədə nail olmaq və yaxud intiqam almaq üçün yalan danışmaq arasında fərq vardır. Üçüncü:Uşağın fiziki, emosional və yaxud psixoloji olsun, ehtiyaclarını yerinə yetirməyə cəhd göstərmək. Dördüncü: Uşaqlara qarşı dözümlülük nümayiş etdirmək və onlar ilə dostca münasibət qurmaq. Çünki bu cür davranış uşaqlarda öz valideynlərinə qarşı əmin-amanlıq hissi formalaşdırır, özlərini rahat, əmin hiss edirlər. Nəticədə onlar yalana baş vurmağa məcbur qalmırlar. Digər tərəfdən, valideynlərin sərt və hədələyici davranışlar sərgilədiyi ailələrdə uşaqlar çaş-baş qalır, özlərini narahat hiss edirlər və beləliklə də yalana baş vururlar. Beşinci: Haqqı, doğru olanı söyləməyə alışdırmaq məqsədilə uşaq haqqı söylədikdə onu cəzalandırmamaq və əfv etmək və yaxud ən azı cəzanı yüngülləşdirmək. Çünki uşaq doğru danışdıqda və bununla belə cəzalandırıldıqda, bu halda o doğrunu söyləməkdə bir faydanın olmayacağını düşünəcək və cəzadan qorunmaq üçün yalana baş vurmağa məcbur qalacaq. Altıncı: Uşaq yalan danışdıqda ona gülməmək. Çünki uşaq yalan danışarkən bəzi hallarda gülməli görünə bilər. Əgər valideyn onun bu halına gülərsə, uşaq düşünəcək ki, yalan danışmaq məqbul bir şeydir və hətta gözəl bir şeydir. Nəticədə öz valideynlərini güldürmək üçün yalan danışmağı təkrar-təkrar edəcək. Yeddinci: Yalanın şərli fəsadları barədə danışaraq uşaqları maarifləndirmək. Quranda Allah Təalanın yalan danışan kəsləri lənət etdiyini və Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) yalan danışmağın münafiq, riyakarların xüsusiyyətlərindən olduğunu və yalanın əxlaqsızlığa yol açacağını bildirdiyin onların diqqətinə çatdırmaq. Səkkizinci: Yalan danışdıqda uşağı xəbərdarlıq etmək və lazım gəldikdə ona qarşı sərt dillə danışmaq. Bütün bunlar ilə yanaşı yalanın növünü nəzərə almaq lazımdır. Uşağı bəzən yalan danışmağa görə cəzalandırmağa məcbur qala bilərik, çünki əks halda bu uşağın sonradan əl çəkə bilməyəcəyi bir xüsusiyyətinə çevrilər bilər. Doqquzuncu: Uşaqların qarşısında yalan danışmaq və onlara yalan danışmamağı əmr edərək onlar üçün gözəl nümunə olmaq. Bundan daha əhəmiyyətlisi isə budur ki, valideynlərin özləri uşaqlara yalan danışmamalıdır. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir. Abdullah ibn Amrın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: "Hələ mən uşaq ikən Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bizim evimizə gəlmişdi. Mən bayırda oynayırdım və anam məni səsləyərək "Ay Abdullah bura gəl sənə bir şey verəcəm” dedi. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) soruşdu: "Ona nə vermək istəyirsən ki? Anam dedi: "Xurma.” O (Ona Allahın salavatı və salamı olsun) dedi: "Əgər ona bir şey vermək niyyətin olmasa idi, bu əməlin sənin əleyhinə bir yalan kimi yazılacaq idi.” Əhməd, Əbi Davud rəvayət etmişdir. Onuncu: Uşaqlara verilən vədi yerinə gətirmək. Çünki uşaq valideynlərin vədini yerinə yetirməmək barədə üzrünü ola bilsin ki, başa düşməsinlər və bunu yalan kimi qəbul etsinlər. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Uydurma nağıllar danışmaqdan həzər edin! Çünki yalan istər ciddi, istərsə də zarafatla olsun, məqbul deyil, yolverilməzdir. Sizdən heç biriniz uşağına bir şeyi vəd edib sonra isə onu yerinə yetirməməkdən çəkinsin.” On birinci: Uşaqların hamısına qarşı ədalətli davranmaq. On ikinci: Uşaqlarda özünə inam hisslərini formalaşdırmaq. Sonda həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Allahın salam və salavatı doğru-dürüst, əmin Peyğəmbərimiz Muhəmmədə, onun pak ailəsinə və səhabələrinin üzərinə olsun. Uşaqlarımıza Rəbbani tərbiyə vermək ümidi ilə. selef.info

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

MuslimBala.Com

Əvvəlki Növbəti Səhifə:

Oğlun atasına verdiyi suallar-2

01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar-2 Ata: Oğlum, qonşumuz xəstələnib, mənimlə gedək, ona baş çəkək.Oğul: Atacan, xəstə bir qonşunun ziyarət etməyin nəkimi faydası var? Ata: Oğlum, Bu hər bir kəsin borcudur və bizi Uca Allaha yaxınlaşdıracaq bir...

Şərh əlavə et!

Ətraflı

Oğlun atasına verdiyi suallar

01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar

Oğlun atasına verdiyi suallar Ata qonşularından birinin can üstə olması xəbərini eşidir. Oğlunu da özü ilə götürərək onlara gəlir.…Xəstənin yaxınlarından biri artıq onları qabaqlayaraq özünü xəstəyə yetirmiş , ona "lə iləhə illəllah"...

Şərh əlavə et!

Ətraflı

Ibrahim Peyğəmbər (aleyhissələm)

26 Mart 2012 Hekayələr

Ibrahim Peyğəmbər (aleyhissələm)

Ibrahim Peyğəmbər. Bir neçə əsr bundan əvvəl İbrahim adlı bir cavan oğlan var idi, o elə bir dönəmdə yaşayırdı ki, insanlar Allaha tabe olmurdular və Onu sevmirdilər. Bu insanlar çox pis idilər...

Şərh əlavə et!

Ətraflı

Gənclər arasıda yayılmış “chat” fitnəsi

18 Mart 2012 Sən və dünya

Gənclər arasıda yayılmış “chat” fitnəsi

Bu kiçik risalədə toxunacağım mövzu- bəziləri üçün adi görünən, əslində isə mühüm mövzulardan olan naməhrəm bacı və qardaşların sosial şəbəkələrdə "chat" və "email" vasitəsi ilə bir-biri ilə yazışma fitnəsidir.Bu məsələ...

Şərh əlavə et!

Ətraflı

Bəhim əl-İcli

13 Mart 2012 Sira

Bəhim əl-İcli

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...

Şərh əlavə et!

Ətraflı

Duanın qəbul olan vaxtları

05 Mart 2012 Bilirdinmi?

Duanın qəbul olan vaxtları

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...

Şərh əlavə et!

Ətraflı

İmam Huseynin duası

26 Fev 2012 Sira

İmam Huseynin duası

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.

Şərh əlavə et!

Ətraflı

Ən böyük xəzinənin sirri

24 Fev 2012 Bilirdinmi?

Ən böyük xəzinənin sirri

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...

Şərh əlavə et!

Ətraflı

Ərəb hərfləri ilə inkişafetdirici rənglə…

13 Dek 2011 Ərəb dili şəkilli kitablar

Ərəb hərfləri ilə inkişafetdirici rəngləmə

Azərbaycan dilində müxtəlif inkişafetdirici tapşırıqlarla ərəb hərfləri ilə tanış ol.

Şərh əlavə et!

Ətraflı

“Bunda da bir xeyir var”

05 Dek 2011 Hekayələr

“Bunda da bir xeyir var”

Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirini yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, "Bunda da bir...

Şərh əlavə et!

Ətraflı

MuslimBala Piknikdə (Yemək ədəbləri kita…

03 Dek 2011 Körpələrlə İslam

MuslimBala Piknikdə (Yemək ədəbləri kitab-oyun)

Yemək sünnələrini, ərəbcə yemək adlarını öyrənmək üçün kitab - oyunŞəkilləri kəsərək boşqablar, yeməklər və hədiyyələrlə oynamaq olar2 - 10 yaş

Şərh əlavə et!

Ətraflı

Həccə aid oyun və tapşırıqlar

01 Noy 2011 Körpələrlə İslam

Həccə aid oyun və tapşırıqlar

BismiLLəhir Rahmənir Rahim Bu fayllar zülhiccə ayında uşaqlara Həcci anlatmaq üçün faydalı olar inşəAllah. Jannahsteps hazırladığı bu faylları çap edib oyunlara çevirin. 3-4 yaşdan yuxarı uşaqlarla məşğul olmaq olar, böyüklərin...

Şərhlər(1)

Ətraflı

Oğlunu Allaha qurban verən peyğəmbər

29 Okt 2011 Sira

Oğlunu Allaha qurban verən peyğəmbər

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...

Şərh əlavə et!

Ətraflı

Ramazan nə üçün 11 ayın sultanıdır?

30 İyul 2011 Bilirdinmi?

Ramazan nə üçün 11 ayın sultanıdır?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...

Şərh əlavə et!

Ətraflı

Ilk orucum

27 İyul 2011 Hekayələr

Ilk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu axşam sabah başlayacaq...

Şərh əlavə et!

Ətraflı

Muslimbaladan uşaqlara Ramazan bukleti

02 İyul 2011 Özün düzəlt

Muslimbaladan uşaqlara Ramazan bukleti

Ramazan ayı dostlarını islama dəvət etmək üçün gözəl fürsətdir. Sən bu bukleti çap edib, rəngli və zərli flomasterlərlə rəngləyib, ətraflarına rəngli lentlər və konfetlər yapışdırıb qonşu və dostlarına paylaya bilərsən.

Şərh əlavə et!

Ətraflı

Bayram zəncirləri

02 İyul 2011 Özün düzəlt

Bayram zəncirləri

Bu şəkilləri çap edib, qıraqlarını kəsib rəngləyə bilərsən ki, evdə bayram əhval ruhiyyəsi olsun. Dostlarına da hədiyyə edə bilərsən. Əgər printerin yoxdursa evdə olan kağızların üstünə bu şəkillərə bənzər zəncirlər...

Şərh əlavə et!

Ətraflı

Kitab səhifələrini saxlamaq üçün

02 İyul 2011 Özün düzəlt

Kitab səhifələrini saxlamaq üçün

Bu şəkilləri qalın kağız üzərində çap edə və ya adi kağızda çap edib qalın kağıza yapışdıra bilərsən. Kitab səhifələrini itirməmək üçün gözəl vasitə. Buna oxşarlarını da öz fantaziyandan istifadə edib...

Şərh əlavə et!

Ətraflı

Həzrət Əli oğluna nə nəsihət etdi?

28 İyun 2011 Sira

Həzrət Əli oğluna nə nəsihət etdi?

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...

Şərhlər(3)

Ətraflı

Mişari Raşid uşaqlara Quran təlimi

26 İyun 2011 Quran

Mişari Raşid uşaqlara Quran təlimi

Mişari Raşid uşaqlara Quran dərsi.

Ətraflı

TVmaniya - Televiziya xəstəliyi necə olu…

23 İyun 2011 Sən və dünya

TVmaniya - Televiziya xəstəliyi necə olur?

Televizor bu gün demək olar hər evdə olan cihazdır. İnsanlar onu alarkən düşünmürlər ki, televiziya xəstəliyinə tutula bilərlər. Televiziya xəstəliyi ilə xəstələnən insanlar həyatlarının 3də birini bu cihazın qarşısında keçirirlər....

Şərh əlavə et!

Ətraflı

Pinqvinlər -88 dərəcəyə dözür

22 İyun 2011 Bilirdinmi?

Pinqvinlər -88 dərəcəyə dözür

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...

Şərhlər(2)

Ətraflı

Xoruzu söymək olmaz

22 İyun 2011 Bilirdinmi?

Xoruzu söymək olmaz

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...

Şərh əlavə et!

Ətraflı

Qədr gecəsi nə etməli?

22 İyun 2011 Bilirdinmi?

Qədr gecəsi nə etməli?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...

Şərh əlavə et!

Ətraflı

Söz verirəm

21 İyun 2011 Sira

Söz verirəm

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...

Şərh əlavə et!

Ətraflı

Musa əleyhissəlamın şeytan ilə söhbəti

21 İyun 2011 Hekayələr

Musa əleyhissəlamın şeytan ilə söhbəti

Rəvayət olunur ki, iblis Musa əleyhissəlam ilə görüşüb demişdir:- Ey Musa, Allah səni Öz peyğəmbəri seçmişdir və səninlə ünsiyyət qurmuşdur, məni də Allah yaradıb, mən günah işlətdim və tövbə etmək...

Şərh əlavə et!

Ətraflı

Zarafat etmək

16 İyun 2011 Sən və dünya

Zarafat etmək

 Zarafat etmək -insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.

Şərh əlavə et!

Ətraflı

Səhabəni söyənin aqibəti

14 İyun 2011 Sira

Səhabəni söyənin aqibəti

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...

Şərhlər(1)

Ətraflı

Gəl vaxtı öldürək

02 İyun 2011 Sən və dünya

Gəl vaxtı öldürək

Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir.Allah bəzi hallarda hətta vaxta and içir. Allah təala buyurur: "And olsun axşam çağına ki,..." (əl-Əsr 103:1)Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Şərh əlavə et!

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Maraqlı Şəkillər

balaca müsəlman_1
Müsəlman Balalar_8
Müsəlman Balalar_6
balaca müsəlman_3

Səsvermə

Yeni dizayn xoşunuza gəldimi?

Kim var Kim yox?

Hazırda 1 qonaq Xətdə