image image image image image image
Övladına Quran əzbərlədirsən?
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur: «Kim Quran oxuyar, öyrənər və ona əməl edırsə, Qiyamət günü onun valideynlərinə günəş kimi parıldayan nurlu tac taxılar. Həmçinin onlara dünyada misli olmayan ipəkdən paltar geyindirilər. Onlar təəccüblə soruşarlar: «Bunlar bizə nə üçün verilmişdir?» Cavab verilər: «Sizin övladlarınız Quran öyrəndikləri üçün». Hakim.
Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)
Bünövrəni qoyuruq. Körpələrlə evdə İslam Proqramı Tövsiyyəsi (1,6 - 3 yaş)
İlk öncə unutmamalıyıq ki, övladlarımızda görmək istədiklərimiz özümüzdə olmalıdır. Bəzən məhz övlad tərbiyəsi bizim özümüzü islah etməyimizə səbəb olur. 
Qiyamət qopsa da, ağac əkmək istəyən əksin
Qiyamətin başladığını görsəz də əlinizdə bir budaq qalıbsa, onu əkə bilən durmadan əksin. Muhəmməd səllallahu əleyhi vəsəlləm: Bir müsəlman bir ağac əksə bu onun üçün davamlı sədəqə hesablanar və hətta ölümündən sonra onun meyvəsindən insanlar, heyvanlar və hətta quşlar qidalansa ağac əkən savab qazanmış olar.
Uşaqlarımız yalan danışmasın
Allah Təala buyurur: Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar. [ən-Nəhl, 105]. Yalan danışmağın xoşagəlməz nəticələri hələ İslam dini bunu məzəmmət etməzdən öncə sağlam düşüncəli insanlara yaxşı məlum idi.
Quranı sevənlərdən ol
Balaca qardaşım, yaşıdlarının çoxuna baxsan, görərsən ki, böyüklərin, insanların yanında hörmət qazanmaq üçün özlərini olduqlarından fərqli göstərməyə çalışır, kiməsə oxşamağa can atırlar. Kimi futbol oyunçularını, kimi film aktyorlarını təqlid edir, digərləri isə müğənnilərə bənzəmək üçün dəridən qabıqdan çıxırlar.
Zibillikdə ruzi axtaranlar Hər gün yarımçıq çörək qırıqlarını zibilə tökərkən nə qədər insanın o qırıntıya ehtiyacı olduğundan xəbərdarsanmı?
Rəsulallah səllallahu əleyhi vəsəlləm "yeməyin qalığını şeytana buraxmayın" demişdi. Amma bu gün yaxınlıqdakı zibil qutusuna baxsan orda çoxlu sayda yemək, meyvə və çörək qalıqları görərsən.

Övladına Quran əzbərlədirsən?

rsz_247770_209950349045965_209771745730492_600229_2422828_n
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur: «Kim Quran oxuyar, öyrənər və ona əməl edırsə, Qiyamət günü onun valideynlərinə günəş kimi parıldayan nurlu tac taxılar. Həmçinin onlara dünyada misli olmayan ipəkdən paltar geyindirilər. Onlar təəccüblə soruşarlar: «Bunlar bizə nə üçün verilmişdir?» Cavab verilər: «Sizin övladlarınız Quran öyrəndikləri üçün». Hakim.
Uşaqlara Quran əzbərlətməkdə valideynlər üçün praktik məsləhətlərUşaqlara Quran əzbərlətməkdə valideynlər üçün praktik məsləhətlər
Uca Allahın insana verdiyi dünya nemətləri içərisində bəlkə də ən şirini övladdır. Valideyn olmaq səbəbi ilə insan əvəz gözləmədən sevməyi və fədakarlığı öyrənir, səhlənkarlıq və yelbeyinliyin daşını bir tərəfə atır, özünə və ətrafındakılara daha məsuliyyətlə yanaşmağa başlayır.
«Bircə balalarımı böyüdüb bir yana çıxara bilsəydim», «həyatda öz ayaqları üstündə durmağı bacarsınlar, başqa heç nə istəmirəm» və s. və i. şəklindəki fikirlərlə övladlarının taleyi barədə daim səksəkə içində olan, uzun-uzun arzulara bağlanan, rifahları üçün müxtəlif arayışlara çıxan valideynlər onlara bütün ömürləri boyunca həyat düsturu, qaranlıq dəlmədeşikli yollarda nurlu çıraq ola biləcək bir Kitabın – Allah Kəlamı Qurani Kərimin mövcudluğunu niyəsə ya inkar edir, ya unudur, ya da lazımi əhəmiyyəti vermirlər. Nəticədə isə əksər hallarda ciyərparalarının həyatından nigaran, peşman halda dünyadan köçüb gedirlər.

Müsəlman valideynlər isə övlad yetişdirmək məsuliyyətinin təkcə körpənin yemək, geymək, təhsil, ailə, fiziki sağlamlıq kimi ehtiyaclarının ödənməsi ilə məhdudlaşmadığını dərk edərək, onların mənəvi, əqidəvi cəhətdən tərbiyə olunmasını ön plana salırlar. Ona görə də körpənin kiçik yaşlardan qəlbinin Allah Kəlamına bağlanması, sözlərin ən gözəlinin balaca ürəyinə nəqş olunması üçün əlindən gələni etmək aktual məsələlərdəndir. Bu yöndə göstərilən səy həm övladın Cəhənnəm alovundan qorunması üçün, həm də valideynin özü üçün Axirət həyatında Uca Allahın rəhməti üçün səbəbdir. Belə ki:
«Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!» (Quran, Təhrim, 6)
Eləcə də İbn Abbasdan (Allah ondan da, atasından da razı olsun) rəvayət edilən hədisdə Rəsulullah (səllallahu aleyhi və səlləm) buyurmuşdur:»İçərisində (əzbərində) Allahın kitabından heç nə olmayan kimsə xaraba qalmış ev kimidir» Tirmizi.
Elə isə hər bir müsəlman öz qeydinə qaldığı kim, övladını da mənən xaraba qalmaqdan qorumaq üçün, ona Quran öyrətmək üçün səy göstərməlidir.
Səmimi niyyət, ixlaslı olmaq.
Hər iş niyyətdən başlayır, niyyətlə əməllər bahalı yaxud ucuz palatara bürünmüş olur. Övladına Quran öyrətmək istəyən valideyn ilk əvvəl ixlaslı olmalı, hansısa dünyəvi mənfəət xatirinə yox, sırf Uca Allahın razılığını qazanmaq üçün bu işə girişməlidir. İlk baxışdan niyyəti Allah razılığına kökləmək asan görünsə də tədricən körpə Quran əzbərləməkdə uğur qazandıqca, şeytan valideyn qəlbinə gizli şirkin – riyakarlığın toxumlarını səpməyə, göstəriş və şöhrətpərəstlik üçün zəmin hazırlamağa çalışacaqdır. Qarşısı alınmadığı təqdirdə saf olmayan niyyət valideynin göstərdiyi səyin Qiyamət Günü puç olmasına, eləcə də uşaqda bu elmin bərəkətinin silinməsinə səbəb ola bilər. Ona görə də müsəlman valdeyn bu xeyir əməldə daim öz nəfsini hesaba çəkməli, niyyətini təmizləyib, təzələməyə çalışmalı yalnız Allahın razılığını qazanmaq üçün səy göstəməlidir.
Ömər bin Xəttab (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) belə buyurduğunu bildirir:»Edilən işlər niyyətlərə görə dəyər qazanır. Hər kəs etdiyi işin qarşılığını niyyətinə görə alar». Buxari.

Allahdan yardım istəmək, dua etmək.
Qurani Kərimin Ərəb dilində nazil olması heç kimə sirr deyil. Qeyri-ərəb müsəlmanlar, xüsusən də uşaqlar üçün aradakı dil baryeri Allah Kəlamının əzbərlənməsində çətinlik törətsə də, savab baxımından onların və buna təşviq edən valideynlərin səyi daha yüksək qiymətləndirilir. Lakin bəzən ata-anaları bu maneənin qorxudub çəkindirdiyinin şahidi olmaq mümkündür. Buna baxmayaraq, bilmək gərəkdir ki, Allahın köməyi olmasa nəinki qeyri-mümkün görünən, hətta ən primitiv işlər də insana çətindir, çünki baş verən hər şey Xaliqin iradəsindən asılıdır. Ona görə də müsəlman daim işlərində Uca Rəbbindən kömək dilədiyi kimi, bu xeyir əməldə onu və övladını müvəffəq etməsi üçün də Allaha üz tutmalı, Ondan kömək istəməli, övladına və özünə Quran elmində bərəkət və asanlıq diləməlidir.
«...yalnız Səndən kömək diləyirik.» (Quran, Fatihə, 5)

Təqva.
Gizlində və aşkarda Allaha asi olmaqdan qorxmaq, Axirətdə əzaba düçar olan əməllərdən çəkinmək təqvadır. Təqvalı insanı daim haramlardan qorunaraq tövbə etdiyinin, fərzlərə məsuliyyətlə yanaşdığını, nafilə əməllərdə səy göstərdiynin şahidi olmaq mümkündür. Təqva səbəbi ilə də əməllər bərəkətlənir, müvəffəqiyyətlə nəticələnir. Uca Allah buyurur:
«Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. « (Quran, Əraf, 96)
Övladı ilə Quran məşğələləri keçirən müxtəlif valideynlərin səyləri bəlkə eyni olsa da, məhz təqvada irəlidə olanların müvəffəqiyyətinin istər kəmiyyət, istərsə də keyfiyyət baxımından qat-qat üstün olduğunu görmək mümkündür. Təsadüfi deyil ki, sələflər tez-tez ailə üzvləri və tabeçiliklərində olanların asilik etməsinin günahını ilk növbədə öz imanları ilə bağlayardılar.
Ona görə də müsəlman övladı ilə münasibətlərində və ümumiyyətlə işlərində uğura nail olmaq istəyirsə, ilk növbədə öz nəfs və əməllərinə baxmalı, prioritet olaraq, ilk növbədə öz üzərində Axirəti üçün çalışmalıdır. Bunun nəticəsində isə Uca Rəbbi onun digər işlərini yoluna qoyacaqdır:
«Kimin niyyəti Axirəti qazanmaq olarsa, Allah onun dünya işlərini yoluna qoyar».

İbn Macə, Şeyx Albani (Allah ona rəhmət etsin) hədisin səhih olduğunu bildirmişdir.
Mümkün qədər erkən yaşlardan başlamaq.
Uşaq hafizəsi olduqca güclü olur. Mütəxəssislər həyatının birinci ili körpələrin qavrayışının hər sonrakı illə müqayisədə təəccüb doğuracaq qədər daha sürətli olduğunu bildirirlər. Bu, onun söz ehtiyatı toplamaq bacarığına da aiddir. Danışmağı bacarmasa da balaca ətrafındakı insanların söz-söhbətini beyninə həkk edir, yaddaşına yazmağa başlayır. Araşdırmalar göstərir ki, əgər altı aylıq körpə 700-ə yaxın sözün mənasını bilirsə, bir yaşında bu ehtiyat 4-5 dəfəyədək artmış olur.
Bu bacarığı səmərəli istiqamətə yönətmək üçün nə qədər tez işə girişilərsə, qazanılan uğur Allahın izni ilə bir o qədər asan və çox olar.
İbn Abbasın (Allah ondan və atasından razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət etdiyi hədisdə belə deyilir:»Qoy uşaqlarınızın ilk sözü «Lə ilaha illAllah» olsun. Ölərkən də onlara bunu təlqin edin».
Beyhəqi, Hakim, İbn Hibban.
Sözlərin ən gözəli olan «Lə ilahə illAllah»ın dil açmamış körpənin yaddaşına təlqin olunması həm Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) əmrinə tabe olmaq baxımından, həmçinin də Quran məşğələlərinə başlamaq üçün ilkin tramplin kimi də qiymətləndirilə bilər.
Nəticədə tədricən dili açılarkən ona əvvəldən qulağının öyrəşdiyi sözləri demək daha asan və doğma gələcək, həmçinin artıq uşağın hansı istiqamətdə tərbiyə edilməsi üçün bünövrə qoyulmuş olacaqdır.
Nəzərə almaq lazımdır ki, bir sıra valideynlər məşğələlər zamanı uşağın yaşının kiçikliyini unudaraq, niyəsə ondan ayə və sözləri tam düzgün formada tələffüz etməsini ya da bir neçə saat ərzində surəni artıq əzbər bilməsini şüuraltı şəkildə gözləyir, bunun əvəzində isə anlaşılmaz, dolaşıq sözləri eşitdikdə məyusluğa qapılırlar. Əslində isə erkən yaşlardan aparılan Quran məşğələlərininin ilkin mərhələsində əsas məqsəd sözlərin tam şəkildə, tərtiblə əzbərdən deyilməsi yox, uşaq yaddaşında yaxşı emosiyalarla assosasiya olunması, habelə körpənin (uğurlu və uğursuzluğundan asılı olmayaraq) ata-anasının bu səyinə cavab vermək istəməsidir. İlkin etapda təkcə bunu görmək belə uğurun başlanğıcı kimi qiymətləndirilə bilər. Dil bacarığının inkişaf etdiyi hər növbəti mərhələdə isə ata-ana bu bünövrənin sonrakı məşğələləri necə asanlaşdırdığının şahidi olacaqlar.

Səbrli olmaq.
Uşaqlarla ünsiyyət ilk baxışdan insana asan görünsə də, xüsusən təlim və tədris işlərində körpə idrakının tam inkişaf etməməsi səbəbi ilə qarşıya bir sıra çətinliklər çıxır. Bəzən insan məqsədinə nail olanadək eyni şeyi dəfələrlə təkrarlamalı yaxud hansısa uşaq şıltaqlıqlarına dözməyə məcbur olur. Bu, bəzən insanı hövsələdən çıxara bilər, lakin şüurlu insan qəzəbinə qapılmamağı, özünü ələ almağı ilə seçilən olmalıdır. Ona görə də müsəlman daim daxili müvazinətini saxlamağı bacarmalı, hövsələdən çıxmamağa çalışmalı, nəfsinə uyub yerli-yersiz balacanı tənqid etməyi bir kənara atmalı, səbr etməyi öyrənməlidir. Susaraq səbr etməkdən əlavə, uşağın qəlbinə düzgün şəkildə yol tapmaq üçün də müxtəlif metodların araşdırılmasında da təmkin göstəməlidir. Yəqin bilinsin ki, Uca Allah onun bu əməyini məqsədinə çatmaq üçün asanlıq səbəbi edəcəkdir. Çünki:
«Allah səbr edənlərlədir»
(Quran, Bəqərə, 153)

İndividual məqamları nəzərə almaq.
Hər uşaq bir şəxsiyyətdir və onun inkişafının fərdi və ümumi məqamları mövcuddur. Valideyn bu məqamları imkan daxilində müşahidə edərək, araşdıraraq və fitrətən mövcud olan instinktinə güvənərək, ümumi qaydalardan əlavə individual məqamları da nəzərə almalıdır. Bu özünü Quran məşğələlərində də birzuzə verməlidir.
Tədris zamanı hətta eyni ailədən iki uşaq arasında belə fərqli cəhətləri görmək mümkündür: əgər biri üçün nizam-intizam vacib şərtdirsə, digəri üçün mülayimlik daha effektiv nəticə verir, əks halda isə birincidə səhlənkarlığa, ikincidə isə tərsliyi və inadkarlığa qapı açmaq olar.
Eləcə də Quran tədrisi zamanı uşağın inkişaf dərəcəsini və tempini, dil bacarığını da nəzərə almaq gərəkdir. Əgər yaşıdları daha irəlidədirsə, bu heç də valideynin öz övladını yarış atı kimi qamçılamağına səbəb olmamalıdır. Hər toxumun cücərib torpağın altından baş qaldırmasının öz vaxtı var, bununla yanaşı onların hamısı suvarılmağa möhtacdırlar. Unutmaq olmaz ki, əsas göstərici ilk növbədə kəmiyyət yox, keyfiyyətdir və valideyn də həyatı boyunca məhz bu prinsipi uşağa aşılamalıdır. Onun neçə surə bilməsi əlbəttə təqdirəlayiq olsa da, həmin surələrin mahiyyətini dərk edib, həyatına tətbiq etməsi, fayda götürməsi daha vacibdir.
«Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır».
(Quran, Hücurat, 13)
Digər ayədə:
«Ən yaxşı azuqə təqvadır».
(Quran, Bəqərə, 197)
Eləcə də hər bir valideyn uşağının zehninin daha açıq olduğu, diqqətinin yemək, içmək, yuxu, oyun və s. kimi başqa tərəflərə yönəlmədiyi saatları müşahidə edib, bu münasib vaxtlardan Quran əzbərlətmək üçün əlverişli şəkildə istifadə etməlidir.

Gündəlik çalışmaq, dissiplina.
Uşağa Quran əzbərlətməkdə Allahın izni ilə müvəffəqiyyət qazanmağın sirlərindən biri kimi də təyin olunmuş ən münasib bir vaxtı gündəlik olaraq, eyni saatlarda məşğələlərə ayırmaqdır. Bu, balacanın Quran məşğələlərində nizam-intizama alışdırılması üçün, həmçinin də həyatının növbəti illərində istər Rəbbi qarşısında ibadətlərində, istərsə də insanların haqqına qarşı məsuliyyət hissinə yiyələnməsi üçün tramplin rolunu oynayır. Məşğələ saatlarının uşaqda darıxdırıcılıqla asossasiya olunmaması üçün isə işə bir qədər əyləncəli yanaşmaq mümkündür.
Məsələn, yalnız bunun üçün ayrılmış (alınmış) hər hansı bir zəngli saat fantaziyaya uyğun olaraq, gül-çiçək, bant, muncuq və s. ilə bəzənə, evdə ən gözəgəlimli yerdə yerləşdirilib, və «Quran saatı» adı ilə təriflənərək, təqdim oluna bilər. Əvvəlcədən məşğələ saatına köklənən belə saatın zəng çalmasını uşaqların səbirsizliklə gözləyəcəyinə heç şübhəniz olmasın. Beləliklə də məşğələləri darıxdırıcılıqdan qurtarıb, qeyri-adi atmosferdə keçirmək mümkündür.

Mərhəmət və şəfqət göstərmək.
İslam dininin bünövrəsi sevgi üstündə qurulmuşdur. Müsəlman valideynin öz övladına mərhəmət göstərməsi də bunun təzahürüdür. Bəxmayaraq ki, yuxarıdakı bölmədə dissiplinanın və nizam-intizamlı saatların Quran məşğələlərində vacib şərt olduğu qeyd edilir, bəzən güzəştə getmək, istisnalar etmək də vacibdir. Bu, xüsusən uşağın xəstə, nasaz, çox yorğun yaxud kefsiz olduğu vaxtlara şamil edilməlidir. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurmuşdur: «İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət göstərməz».
Buxari, Müslim.
Digər bir hədisdə isə: «Möminlərin bir-birilərinə olan sevgi, mərhəmət və şəfqətləri, necə ki, bir bədənin üzvlərinin bir-birilərilə olan münasibətinə bənzər. Bədənin bir üzvü rahatsızlandığında digər üzvlərdə onunla birlikdə rahatsız və yuxusuz olurlar."
Buxari, Muslim.
Haşiyə olaraq qeyd etmək lazımdır ki, bəzi valideynlərdə mövcud olan həddən artıq qayğıkeşlik və uşağa ziyan verən mərhəmət, himayəçilik ilə sağlam şəfqət hissi arasındakı həddə fikir vermək lazımdır. Belə ki, birinci xüsusiyyət uşağa tənbəllik, ərköyünlük və istəyinə yetmək üçün özünü naza qoymaq və s. keyfiyyətləri aşılayırsa, ikinci xüsusiyyəti, yəni sağlam mərhəmət hissini isə balaca gözəl fitrəti sayəsində böyük minnətdarlıqla qarşılayaraq, əvəzini ikiqat səy göstərməklə ödəməyə çalışır.

Ardı var...
Ummu Abdul Aziz
 

Şərh  

 
0 #1 Sarpanit 2011-12-15 17:21
dissiplina? :)
Quote
 

Şərh əlavə et


təhlükəsizlik kodu
Yeniləmək

MuslimBala.Com

Əvvəlki Növbəti Səhifə:

Oğlun atasına verdiyi suallar-2

01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar-2 Ata: Oğlum, qonşumuz xəstələnib, mənimlə gedək, ona baş çəkək.Oğul: Atacan, xəstə bir qonşunun ziyarət etməyin nəkimi faydası var? Ata: Oğlum, Bu hər bir kəsin borcudur və bizi Uca Allaha yaxınlaşdıracaq bir...

Şərh əlavə et!

Ətraflı

Oğlun atasına verdiyi suallar

01 May 2012 Hekayələr

Oğlun atasına verdiyi suallar

Oğlun atasına verdiyi suallar Ata qonşularından birinin can üstə olması xəbərini eşidir. Oğlunu da özü ilə götürərək onlara gəlir.…Xəstənin yaxınlarından biri artıq onları qabaqlayaraq özünü xəstəyə yetirmiş , ona "lə iləhə illəllah"...

Şərh əlavə et!

Ətraflı

Ibrahim Peyğəmbər (aleyhissələm)

26 Mart 2012 Hekayələr

Ibrahim Peyğəmbər (aleyhissələm)

Ibrahim Peyğəmbər. Bir neçə əsr bundan əvvəl İbrahim adlı bir cavan oğlan var idi, o elə bir dönəmdə yaşayırdı ki, insanlar Allaha tabe olmurdular və Onu sevmirdilər. Bu insanlar çox pis idilər...

Şərh əlavə et!

Ətraflı

Gənclər arasıda yayılmış “chat” fitnəsi

18 Mart 2012 Sən və dünya

Gənclər arasıda yayılmış “chat” fitnəsi

Bu kiçik risalədə toxunacağım mövzu- bəziləri üçün adi görünən, əslində isə mühüm mövzulardan olan naməhrəm bacı və qardaşların sosial şəbəkələrdə "chat" və "email" vasitəsi ilə bir-biri ilə yazışma fitnəsidir.Bu məsələ...

Şərh əlavə et!

Ətraflı

Bəhim əl-İcli

13 Mart 2012 Sira

Bəhim əl-İcli

Onun adı,Bəhim əl-İcli,kunyəsi isə Əbu Bəkr idi. Əbu İshəq əl-Fəzaridən hədis rəvayət edərdi.Muəviyyə ibn Əmr onu təsvir edərək buyurur:"Bəhim uzun boylu və qarabuğdayı bir adam idi. Onu gördüyün zaman, sanki...

Şərh əlavə et!

Ətraflı

Duanın qəbul olan vaxtları

05 Mart 2012 Bilirdinmi?

Duanın qəbul olan vaxtları

Hər bir insanın olduğu kimi,sənində öz istəklərin və arzulan vardır.Bu istəklərdən doğan ən zəruri əməl də,məhz duadır.Bu məqalədə isə,sənin dualarının qəbul olmasına kömək edəcək bəzi vasitələri sənə bildirmək istəyitik ki,bunlarda...

Şərh əlavə et!

Ətraflı

İmam Huseynin duası

26 Fev 2012 Sira

İmam Huseynin duası

Əziz oxucu!Sənə təqdim edəcəyimiz bu dua,aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin(sallallahu aleyhi va səlləm) nəvəsinin Kərbalada döyüşdən əvvəl etdiyi duasıdır.

Şərh əlavə et!

Ətraflı

Ən böyük xəzinənin sirri

24 Fev 2012 Bilirdinmi?

Ən böyük xəzinənin sirri

Əziz müsəlman bacım və ya qardaşım! Bu məqalədə sənə ənböyük xəzinənin açarını necə əldə edəcəyini xəbər vermək istərdim.Bu xəzinənin nə olduğunu isə,düşünürəm ki,sən artıq başa düşdün... Bəli,bu məhz Rəbbinin sevgisini necə qazanabiləcəyinin...

Şərh əlavə et!

Ətraflı

Ərəb hərfləri ilə inkişafetdirici rənglə…

13 Dek 2011 Ərəb dili şəkilli kitablar

Ərəb hərfləri ilə inkişafetdirici rəngləmə

Azərbaycan dilində müxtəlif inkişafetdirici tapşırıqlarla ərəb hərfləri ilə tanış ol.

Şərh əlavə et!

Ətraflı

“Bunda da bir xeyir var”

05 Dek 2011 Hekayələr

“Bunda da bir xeyir var”

Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral heç vaxt vəzirini yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi.Vəzirinin qəribə bir xasiyyəti vardı. Nə iş olsa, "Bunda da bir...

Şərh əlavə et!

Ətraflı

MuslimBala Piknikdə (Yemək ədəbləri kita…

03 Dek 2011 Körpələrlə İslam

MuslimBala Piknikdə (Yemək ədəbləri kitab-oyun)

Yemək sünnələrini, ərəbcə yemək adlarını öyrənmək üçün kitab - oyunŞəkilləri kəsərək boşqablar, yeməklər və hədiyyələrlə oynamaq olar2 - 10 yaş

Şərh əlavə et!

Ətraflı

Həccə aid oyun və tapşırıqlar

01 Noy 2011 Körpələrlə İslam

Həccə aid oyun və tapşırıqlar

BismiLLəhir Rahmənir Rahim Bu fayllar zülhiccə ayında uşaqlara Həcci anlatmaq üçün faydalı olar inşəAllah. Jannahsteps hazırladığı bu faylları çap edib oyunlara çevirin. 3-4 yaşdan yuxarı uşaqlarla məşğul olmaq olar, böyüklərin...

Şərhlər(1)

Ətraflı

Oğlunu Allaha qurban verən peyğəmbər

29 Okt 2011 Sira

Oğlunu Allaha qurban verən peyğəmbər

Hz.İbrahim Məkkədəykən zilhiccə ayının səkkizinci günü yuxuda oğlu İsmaili Allaha qurban etdiyini görür. Əvvəlcə yuxunun həqiqət olub-olmadığına tərəddüd edir. Ertəsi gün eyni yuxunu bir də görür. Zilhiccənin 10-cu günü bir...

Şərh əlavə et!

Ətraflı

Ramazan nə üçün 11 ayın sultanıdır?

30 İyul 2011 Bilirdinmi?

Ramazan nə üçün 11 ayın sultanıdır?

Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Sizə Ramazan ayı təşrif buyurub. Bu mübarək ayda Allah sizə oruc tutmağı əmr etmişdir. Bu ayda cənnətin qapıları açılar, cəhənnəmin qapıları...

Şərh əlavə et!

Ətraflı

Ilk orucum

27 İyul 2011 Hekayələr

Ilk orucum

O gün Şaban ayının 30-u idi. Ertəsi gün isə Mübarək Ramazan ayı daxil olacaqdı. O Ramazan ayı ki, o ayda oruc tutmaq bütün müsəlmanlara vacib edilib. Bu axşam sabah başlayacaq...

Şərh əlavə et!

Ətraflı

Muslimbaladan uşaqlara Ramazan bukleti

02 İyul 2011 Özün düzəlt

Muslimbaladan uşaqlara Ramazan bukleti

Ramazan ayı dostlarını islama dəvət etmək üçün gözəl fürsətdir. Sən bu bukleti çap edib, rəngli və zərli flomasterlərlə rəngləyib, ətraflarına rəngli lentlər və konfetlər yapışdırıb qonşu və dostlarına paylaya bilərsən.

Şərh əlavə et!

Ətraflı

Bayram zəncirləri

02 İyul 2011 Özün düzəlt

Bayram zəncirləri

Bu şəkilləri çap edib, qıraqlarını kəsib rəngləyə bilərsən ki, evdə bayram əhval ruhiyyəsi olsun. Dostlarına da hədiyyə edə bilərsən. Əgər printerin yoxdursa evdə olan kağızların üstünə bu şəkillərə bənzər zəncirlər...

Şərh əlavə et!

Ətraflı

Kitab səhifələrini saxlamaq üçün

02 İyul 2011 Özün düzəlt

Kitab səhifələrini saxlamaq üçün

Bu şəkilləri qalın kağız üzərində çap edə və ya adi kağızda çap edib qalın kağıza yapışdıra bilərsən. Kitab səhifələrini itirməmək üçün gözəl vasitə. Buna oxşarlarını da öz fantaziyandan istifadə edib...

Şərh əlavə et!

Ətraflı

Həzrət Əli oğluna nə nəsihət etdi?

28 İyun 2011 Sira

Həzrət Əli oğluna nə nəsihət etdi?

Əli ibn Əbu Talib (radıyaLlahu anhu)-nun oğlu Hüseyn (radıyaLlahu anhu)-ya nəsihəti:"Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm də zəif halında haqqı deməyi, həm varlı həm...

Şərhlər(3)

Ətraflı

Mişari Raşid uşaqlara Quran təlimi

26 İyun 2011 Quran

Mişari Raşid uşaqlara Quran təlimi

Mişari Raşid uşaqlara Quran dərsi.

Ətraflı

TVmaniya - Televiziya xəstəliyi necə olu…

23 İyun 2011 Sən və dünya

TVmaniya - Televiziya xəstəliyi necə olur?

Televizor bu gün demək olar hər evdə olan cihazdır. İnsanlar onu alarkən düşünmürlər ki, televiziya xəstəliyinə tutula bilərlər. Televiziya xəstəliyi ilə xəstələnən insanlar həyatlarının 3də birini bu cihazın qarşısında keçirirlər....

Şərh əlavə et!

Ətraflı

Pinqvinlər -88 dərəcəyə dözür

22 İyun 2011 Bilirdinmi?

Pinqvinlər -88 dərəcəyə dözür

Çox Soyuqlarda Yaşaya bilirlərYellənə-yellənə yeriyən pinqvinlər əslində bir quş növüdürlər, lakin uça bilmirlər. Böyük kütlələr halında yaşayarlar. Allah onları, temperaturun -88 dərəcəyə qədər düşdüyü dondurucu mühitlərdə belə həyatlarını davam etdirə...

Şərhlər(2)

Ətraflı

Xoruzu söymək olmaz

22 İyun 2011 Bilirdinmi?

Xoruzu söymək olmaz

Xoruz banlayarkən nə baş verir?Onlar bizim görmədiyimiz mələkləri görürlər...Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Xoruzu söyməyin. Çünki...

Şərh əlavə et!

Ətraflı

Qədr gecəsi nə etməli?

22 İyun 2011 Bilirdinmi?

Qədr gecəsi nə etməli?

Uca Allah Peyğəmbərimizə səllallahu əleyhi vəsəlləm Qurani-Kərimin ilk ayələrini Hira mağarasında vəhy etdi. Ən böyük mələk olan Cəbrayıl "Ələq" Qan laxtası surəsinin Oxu əmri ilə başlayan ilk 5 ayəsini burada...

Şərh əlavə et!

Ətraflı

Söz verirəm

21 İyun 2011 Sira

Söz verirəm

Bir dəfə bir kişi peyğəmbərimiz Muhəmməd səllallahu aleyhi vəsəlləmin yanına gəlir və deyir:"Ya Rəsulallah, mənim pis vərdişlərim çoxdur, onlardan hansını ilk öncə tərgitməliyəm?""Yalan danışmağı tərgit, və həmişə doğru danış."Kişi belə...

Şərh əlavə et!

Ətraflı

Musa əleyhissəlamın şeytan ilə söhbəti

21 İyun 2011 Hekayələr

Musa əleyhissəlamın şeytan ilə söhbəti

Rəvayət olunur ki, iblis Musa əleyhissəlam ilə görüşüb demişdir:- Ey Musa, Allah səni Öz peyğəmbəri seçmişdir və səninlə ünsiyyət qurmuşdur, məni də Allah yaradıb, mən günah işlətdim və tövbə etmək...

Şərh əlavə et!

Ətraflı

Zarafat etmək

16 İyun 2011 Sən və dünya

Zarafat etmək

 Zarafat etmək -insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.

Şərh əlavə et!

Ətraflı

Səhabəni söyənin aqibəti

14 İyun 2011 Sira

Səhabəni söyənin aqibəti

Bir gün Cənnətlə müjdələnmiş on nəfərdən biri olan, Sad bin əbu Vaqqas (Allah ondan razı olsun) Mədinədə bir kişinin söyüşlərini eşitdi. Bu əxlaqsız adam Allah Rəsulunun (səllallahu əleyhi vəsəlləm) səhabələrini...

Şərhlər(1)

Ətraflı

Gəl vaxtı öldürək

02 İyun 2011 Sən və dünya

Gəl vaxtı öldürək

Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdəndir.Allah bəzi hallarda hətta vaxta and içir. Allah təala buyurur: "And olsun axşam çağına ki,..." (əl-Əsr 103:1)Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

Şərh əlavə et!

Ətraflı

Hicri Tarix

20.05.2012  
27. Jamadi-ul-Akhir 1433

Namaz Vaxtları

Baku
Namaz Vaxtı
Sübh 4:48
Günəş 6:19
Zöhr 1:38
Asr 5:34
Məğrib 8:55
İşa 10:27

Maraqlı Şəkillər

balaca müsəlman_3
balaca müsəlman_2
h1_1
Müsəlman Balalar_4

Səsvermə

Yeni dizayn xoşunuza gəldimi?

Kim var Kim yox?

Hazırda 1 qonaq Xətdə